Məhkəmə qərarları › İş №2(103)-6600/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6600/2025

20.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(103)-6600/2025 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı19 MMC, iddiaçı23, iddiaçı9, iddiaçı13, iddiaçı8, iddiaçı7, iddiaçı12,iddiaçı6, iddiaçı11, iddiaçı10 Vəliəhdin qızı, iddiaçı18, iddiaçı2, iddiaçı15, iddiaçı1, Hüseynli İlkin Asif oğlu, iddiaçı21, iddiaçı17, iddiaçı5, iddiaçı16, iddiaçı24, iddiaçı4 İltifat qızı, iddiaçı3, iddiaçı14 və iddiaçı20 cavabdehlər cavabdeh1 oğluna və cavabdeh2 qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi İddiaçı iddiaçı19 MMC-nin nümayəndəsi və vəkili nümayəndə2, İddiaçı iddiaçı19 MMC-nin təmsilçisi Qanuni nümayəndə, Cavabdeh cavabdeh1 iştirakları ilə, İddiaçılar iddiaçı19 MMC və digərlərinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “öhdəliyin qoyulması və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı19 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddiaçı19, iddiaçı23, iddiaçı9, iddiaçı13, iddiaçı8, iddiaçı7, iddiaçı12,iddiaçı6, iddiaçı11, iddiaçı10 Vəliəhdin qızı, iddiaçı18, iddiaçı2, iddiaçı15, iddiaçı1, Hüseynli İlkin Asif oğlu, iddiaçı21, iddiaçı17, iddiaçı5, iddiaçı16, iddiaçı24, iddiaçı4 İltifat qızı, iddiaçı3, iddiaçı14 və iddiaçı20 cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cavabdeh2 * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “öhdəliyin qoyulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının birinci girişində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən qanunsuz qoyulmuş qapının sökülməsi, sökülmüş divarın onun öz hesabına təmir-bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin onun üzərinə qoyulması, divarın gələcəkdə cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən dağıdılmasına yönəlmiş hərəkətlərin qadağan edilməsi, vəkil xərci üçün çəkilmiş 1.500 manat və dövlət rüsumuna ödənilmiş 100 manat pulun cavabehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Məhkəmə tərəfindən cavabdeh2 * saylı Bakı Ərazi İdarəsi cavabdeh, cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.Oruclu) iddia təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

4. İddiaçı iddiaçı19 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması və əlavə ödənilmiş 600 manat vəkil xərci ilə 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Apellyasiya baxışı zamanı cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs prosessual hüquq varisliyi qaydasında cavabdeh1 ilə, cavabdeh cavabdeh2 * saylı Bakı Ərazi İdarəsi cavabdeh2 ilə, üçüncü şəxs cavabdeh1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə əvəz edilmişlər.

6. İddiaçı iddiaçı19 MMC-nin nümayəndəsi və vəkili nümayəndə2 tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə iddiaçı19 MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış barışıq sazişi təqdim edilmiş və məhkəmədən barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir.

7. Məhkəmə iclasında iddiaçı iddiaçı19 MMC-nin qanuni təmsilçisi, nümayəndəsi və vəkili barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

8. Məhkəmə iclasında cavabdeh cavabdeh1 ərizə təqdim edərək tərtib olunmuş ##.##.2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

9. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Tərəflərin tərtib etdikləri ##.##.2026-cı il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:

1. Sazişin predmeti: Tərəflər bəyan edirlər ki, aralarında olan mübahisəni qarşılıqlı razılaşma, sülh ilə həll edirlər və bu məqsədlə cavabdeh cavabdeh1 iddianı qəbul edir və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin №**(004)-2045/2025, ## ####### 2025-ci il tarixli Qətnaməsinin icrasından imtina edir. Barışıq Sazişi bağlandıqdan sonra bir-birlərinə qarşı hər hansı bir iddia və tələb irəli sürməyəcəkləri barədə üzərlərinə öhdəliklər götürürlər.

2. Cavabdeh Gülər Qəhrəman qızının öhdəliyi: 2.1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 593-cü məhəllə, ev 2 “C” İ girişin 1-ci mərtəbəsində yerləşən Gülər Qəhrəman qızına məxsus 465 m2 qeyri-yaşayış sahəsinin ümumi yaşayış binasının foyesinə qanunsuz qoyulmuş qapının sökülməsi, sökülmüş divarın təmir-bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsini və bu barədə Texniki Pasportun dəyişdirilib, foyedə qapı yerinin ləğv edilməsini öz öhdəsinə götürür. 2.2. Cavabdeh cavabdeh1, ilkin layihəyə və həmin ünvanda olan idarəedici təşkilat “xxxx” MMC-nin razılığına uyğun Ə.Salamzadə küçəsi, 593-cü məhəllə, ev 2 “C” İ girişin 1ci mərtəbəsində yerləşən ona məxsus 465 m2 qeyri-yaşayış sahəsinə razılaşdırılmış hissədən, yəni qeyri-yaşayış sahəsinin arxa həyətə çıxan sol yan divarından və layihəyə uyğun olan sağ arxa yan divarından tikinti normalarına riayət etməklə, bina sakinlərinin hüquq və mənafelərini nəzərə almaqla və öz hesabına bütün işlərin xərclərini öz üzərinə götürərək, arxa ehtiyat və yanğın təhlükəsizliyi üçün qapının açılmasını və Texniki Pasportu dəyişdirib foyedə qapının yerini ləğv edib yeni qapılarına uyğun almasını öz öhdəsinə götürür.

3. İddiaçı idarəedici təşkilat olan “xxxx” MMMC-nin öhdəliyi: 3.1. İddiaçı “xxxx” MMC cavabdeh cavabdeh1, ona məxsus Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 593-cü məhəllə, ev 2 “C” İ girişin 1-ci mərtəbəsində yerləşən ona məxsus 465 m2 qeyri-yaşayış sahəsinə tikinti normalarına riayət etməklə, bina sakinlərinin hüquq və mənafelərini nəzərə almaqla, öz hesabına bütün işləri və xərclərini öz üzərinə götürərək, arxa ehtiyat və yanğın təhlükəsizliyi üçün razılaşdırılmış hissədən qeyriyaşayışın həyətə çıxan arxa sol və layihəyə uyğun sağ yan divarından qapının açılmasına və Texniki Pasportu dəyişdirib foyeyə çıxan qapını ləğv etmək şərti ilə yeni qapılarına uyğun almasına etiraz etmir. 3.2. İddiaçı, qeyd edilən şərtləri qəbul etməklə və bu şərtlər icra ediləcəyi təqdirdə, iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir - İddiaçı, cavabdehin şərtlərinə razıdır və bu şərtlərin yerinə yetirilməsi halında mübahisə üzrə daha da davam etməməyə və işin bağlanmasına razılıq verir. 3.3. Tərəflər, yuxarıda göstərilən şərtlər yerinə yetiriləcəyi halda, gələcəkdə texniki pasportla və orada göstərilən qapı yeri ilə bağlı bir-birilərinə qarşı iddia qaldırmamağı qəbul edirlər - Hər iki tərəf gələcəkdə bu məsələ ilə bağlı yeni hüquqi mübahisələrə başlamağa razı deyillər.

12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı iddiaçı19 MMC-nin cavabdeh cavabdeh1 qarşı “öhdəliyin qoyulması və s.” tələbinə aid hissəsində ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı iddiaçı19 MMC ilə cavabdeh cavabdeh1 arasında aşağıdakı şərtlərlə imzalanmış ##.##.2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Sazişin predmeti: Tərəflər bəyan edirlər ki, aralarında olan mübahisəni qarşılıqlı razılaşma, sülh ilə həll edirlər və bu məqsədlə cavabdeh cavabdeh1 iddianı qəbul edir və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin №**(004)-2045/2025, ## ####### 2025-ci il tarixli Qətnaməsinin icrasından imtina edir. Barışıq Sazişi bağlandıqdan sonra bir- birlərinə qarşı hər hansı bir iddia və tələb irəli sürməyəcəkləri barədə üzərlərinə öhdəliklər götürürlər.

2. Cavabdeh Gülər Qəhrəman qızının öhdəliyi: 2.1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 593-cü məhəllə, ev 2 “C” İ girişin 1-ci mərtəbəsində yerləşən Gülər Qəhrəman qızına məxsus 465 m2 qeyri-yaşayış sahəsinin ümumi yaşayış binasının foyesinə qanunsuz qoyulmuş qapının sökülməsi, sökülmüş divarın təmir-bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsini və bu barədə Texniki Pasportun dəyişdirilib, foyedə qapı yerinin ləğv edilməsini öz öhdəsinə götürür. 2.2. Cavabdeh cavabdeh1, ilkin layihəyə və həmin ünvanda olan idarəedici təşkilat “xxxx” MMC-nin razılığına uyğun Ə.Salamzadə küçəsi, 593-cü məhəllə, ev 2 “C” İ girişin 1ci mərtəbəsində yerləşən ona məxsus 465 m2 qeyri-yaşayış sahəsinə razılaşdırılmış hissədən, yəni qeyri-yaşayış sahəsinin arxa həyətə çıxan sol yan divarından və layihəyə uyğun olan sağ arxa yan divarından tikinti normalarına riayət etməklə, bina sakinlərinin hüquq və mənafelərini nəzərə almaqla və öz hesabına bütün işlərin xərclərini öz üzərinə götürərək, arxa ehtiyat və yanğın təhlükəsizliyi üçün qapının açılmasını və Texniki Pasportu dəyişdirib foyedə qapının yerini ləğv edib yeni qapılarına uyğun almasını öz öhdəsinə götürür.

3. İddiaçı idarəedici təşkilat olan “xxxx” MMMC-nin öhdəliyi: 3.1. İddiaçı “xxxx” MMC cavabdeh cavabdeh1, ona məxsus Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 593-cü məhəllə, ev 2 “C” İ girişin 1-ci mərtəbəsində yerləşən ona məxsus 465 m2 qeyri-yaşayış sahəsinə tikinti normalarına riayət etməklə, bina sakinlərinin hüquq və mənafelərini nəzərə almaqla, öz hesabına bütün işləri və xərclərini öz üzərinə götürərək, arxa ehtiyat və yanğın təhlükəsizliyi üçün razılaşdırılmış hissədən qeyriyaşayışın həyətə çıxan arxa sol və layihəyə uyğun sağ yan divarından qapının açılmasına və Texniki Pasportu dəyişdirib foyeyə çıxan qapını ləğv etmək şərti ilə yeni qapılarına uyğun almasına etiraz etmir. 3.2. İddiaçı, qeyd edilən şərtləri qəbul etməklə və bu şərtlər icra ediləcəyi təqdirdə, iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir - İddiaçı, cavabdehin şərtlərinə razıdır və bu şərtlərin yerinə yetirilməsi halında mübahisə üzrə daha da davam etməməyə və işin bağlanmasına razılıq verir. 3.3. Tərəflər, yuxarıda göstərilən şərtlər yerinə yetiriləcəyi halda, gələcəkdə texniki pasportla və orada göstərilən qapı yeri ilə bağlı bir-birilərinə qarşı iddia qaldırmamağı qəbul edirlər - Hər iki tərəf gələcəkdə bu məsələ ilə bağlı yeni hüquqi mübahisələrə başlamağa razı deyillər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - iddiaçı iddiaçı19 MMC-nin cavabdeh cavabdeh1 qarşı “öhdəliyin qoyulması və s.” tələbinə aid hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar