Məhkəmə qərarları › İş №2(103)-6601/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6601/2025

13.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6601/2025 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı "Azəriqaz" İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «borc və zərər tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “Azəriqaz” İstehsalat Birliyi (Paylayıcı) və Cavabdeh (İstehlakçı) arasında ##.##.2013-cü il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı haqqında */**** nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh (abonent kodu: 101204603210000) istehlakçı kimi təbii qazla təmin olunur.

2. ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulması) törətdiyindən ona 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiq edilib.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13738.56 manat maddi zərərin və sayğac göstəricisi üzrə 1099 manat sərfiyyat borcunun və ödənilmiş 134.51 manat dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. İddiada göstərilib ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2013-cü il tarixdə */**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı istehlakçıya məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Eyni zamanda, iddiaçının əməkdaşları tərəfindən istehlakçının qaz sayğacını dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:

1. ##.##.2018-ci il tarixli, ******* saylı akt üzrə 1944 manat (yalnız bu akt sayğaca müdaxilədir, digərləri qaz xəttinə qanunsuz qoşulmadır) 2. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 756 manat; 3. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 252 manat; 4. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 252 manat; 5. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 194.4 manat; 6. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 194.4 manat; 7. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 194.4 manat; 8. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 194.4 manat; 9. ##.##.2021ci il tarixli, ******* saylı akt üzrə 194.4 manat; 10. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 252 manat; 11. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 302.4 manat; 12. ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 743.04 manat; 13. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 397.44 manat; 14. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 302.4 manat; 15. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 423.36 manat; 16. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 578.88 manat; 17. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 18. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 19. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 20. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 21. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 22. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 23. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 354.24 manat; 24. ##.##.2022-ci il tarixli, ******* saylı akt üzrə 354.24 manat; 25. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 302.4 manat;

26. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 354.24 manat; 27. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 354.24 manat; 28. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 354.24 manat; 29. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 233.28 manat; 30. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 349.92 manat; 31. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 116.64 manat; 32. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 116.64 manat; 33. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 151.2 manat; 34. ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə 151.2 manat; 35. ##.##.2024-cü il tarixli, ******* saylı akt üzrə 725.76 manat; 36. ##.##.2024-cü il tarixli, ******* saylı akt üzrə 1245.12 manat olmaqla, ümumilikdə tərtib edilmiş aktlar üzrə 13738.56 manat məbləğində iddiaçıya maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikası Energetika Nazirliyinin X6 Agentliyinin İnzibati tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə edilir). Bununla bərabər, cavabdeh 2025-ci ilin mart ayına kimi 1158.8 manat məbləğində qaz sərf etdiyi halda cəmi 66 manat ödəniş etmiş, 1092.8 manat məbləğində sayğac göstəricisi üzrə sərfiyyat borcunu ödəməmişdir (Sərfiyyat borcunun hesablanması: (60,8+37,2+229,7+283+183,56+331,93)+(5,44+27,17)-66=1092,8). Eyni zamanda sayğac dəyişdirilən zamanlarda (##.##.2017 - 1,1, ##.##.2018 - 4, ##.##.2024 - 1,1 manat) sayğacın elektron və mexaniki göstəriciləri arasında yaranmış fərq nəticəsində 6,2 manat sərfiyyat borcu mövcuddur. Ümumilikdə, cavabdehin iddiaçıya olan borcu 14837.56 manat təşkil etməkdədir (1092,8+6,2+13738,56=14837,56 manat). Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia tələbinin qismən təmin edilərək Cavabdeh sayğaca müdaxilə və qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi kimi 4214.54 (dörd min iki yüz on dörd manat əlli dörd qəpik) manat, sayğacdan istifadə nəticəsində yaranmış debitor borc qismində 449.49 (dörd yüz qırx doqquz manat qırx doqquz qəpik) manat və sayğacın elektron və mexaniki göstəriciləri arasında yaranmış fərqə görə sərfiyyat borcu qismində 6.2 (altı manat iyirmi qəpik) manat olmaqla, cəmi 4670.23 (dörd min altı yüz yetmiş manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti və 66.7 (altmış altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq “Azəriqaz” İB-yə (Kod 805153, VÖEN 9900001881, M/H AZ03NABZ01350100000000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ38040039449955001922) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbi 3 hissədən – 1) qaz sayğacına müdaxilə və qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi, 2) sayğacdan istifadə nəticəsində yaranmış debitor borcun tutulması və 3) sayğacın elektron və mexaniki göstəriciləri arasındakı mövcud fərq nəticəsində yaranmış sərfiyyat borcunun tutulmasından ibarətdir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında ##.##.2013-cü il tarixli, */**** nömrəli qazın alğısatqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı cavabdehin yaşadığı ünvanı təbii qazla təchiz etmiş, qaz xəttinin üzərinə qaz sayğacı yerləşdirməklə *************** nömrəli abonent kodu vermişdir. İddiaçı cavabdeh tərəfindən qaz sayğacına müdaxilənin edilməsi və mütəmadi olaraq qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmiş, cavabdeh məhkəmə iclasında verdiyi izahatında sayğaca müdaxilə və qanunsuz qoşulma faktini etiraf etmişdir. Qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində iddiaçının əməkdaşları tərəfindən ümumilikdə 36 akt tərtib edilmiş, həmin aktlardan yalnız biri - ##.##.2018-ci il tarixli akt sayğaca müdaxilə, digərləri isə qanunsuz qoşulmanı özündə əks etdirmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə almalıdır. Sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Həmin prosesura əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qeyd edilən əlavələr “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa ##.##.2022-ci il tarixdən əlavə edilmiş və müvafiq normaların həmin dövrdən əvvəl paylayıcı və istehlakçı arasında yaranan mübahisəli hüquq münasibətlərinə tətbiq edilmə imkanı istisna edilmişdir. Hazırkı iş üzrə tərtib edilmiş 36 aktın 16-sı həmin dövrdən əvvələ təsadüf etsə də, həmçinin aktlardan yalnız biri - ##.##.2024-cü il tarixli akt üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X6 Agentliyinin Bakı fillialı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilsə də, hər bir halda, cavabdehin sayğaca müdaxilə və qanunsuz qoşulma kimi qanunazidd hərəkətləri etiraf etməsi, iddiaçını müvafiq prosedurlardan azad etməklə yanaşı vurulmuş zərərin əvəzinin də cavabdeh tərəfindən ödənilməsini birbaşa olaraq şərtləndirir. İş üzrə cavabdeh qanunsuz qoşulma və sayğaca müdaxilə kimi faktları etiraf etsə də, iddiaçı tərəfindən ona həddindən artıq yüksək zərər məbləğinin hesablandığını bildirmiş və tələb olunan ümumi məbləğlə razılaşmamışdır. Belə olan halda, məhkəmə araşdırması qanunsuz qoşulma və sayğaca müdaxilə nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi istiqamətində davam etdirilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə təbii qazdan istifadə qaydalarının pozulması barədə qaz paylayıcısı tərəfindən tərtib edilmiş hər bir akt üzrə onun tərtib edildiyi illərə uyğun vurulmuş zərərin həcminin müəyyən edilməsini zəruri hesab edir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlarda istehlakçının istifadə etdiyi qaz işlədiciləri qismində PQ4, kombi, raditor, dəmir soba və QSSQ qeyd edilmiş və dəymiş zərər hər bir qaz işlədicisi üzrə ayrı-ayrılıqda hesablanmışdır. Halbuki, məhkəmə iclasında iştirak edən cavabdeh istehlak etdiyi təbii qaz vasitəsilə yalnız PQ4 (4 gözlü qaz plitəsi) və QSSQ (su qızdırıcı - samovar) kimi qaz işlədicilərindən istifadə etdiyini bildirmiş, iddiaçı tərəfindən digər qaz işlədiciləri barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yalnız təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş akt və ona əsaslanan tələbnamələrdə bu barədə qeydlər aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, sayğaca müdaxilə nəticəsində itirilmiş qazın dəyərinin hesablanması zamanı qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi də nəzərə alınmaqla PQ4 (4 gözlü qaz plitəsi) və QSSQ (su qızdırıcı - samovar) üzrə hesablama aparılmalılıdır. I. 2018-ci il üzrə tərtib edilmiş akt. Bu akt istehlakçının qaz sayğacına qanunsuz müdaxilə etməsi nəticəsində tərtib edilmiş və akt əsasında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 1.2 x 6 x 180 = 1296 m3 , 2.6 x 18 x 180 = 8424 m3 kimi hesablanmışdır. Göründüyü kimi, hər bir qaz işlədicisi üzrə hesabat müddəti 180 gün müddətində hesablanmışdır. Halbuki, artıq yuxarıda qeyd edildiyi kimi, qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmçinin, həmin aktda qaz işlədiciləri qismində PQ4 və kombi qeyd edilmişdir. Lakin cavabdehin kombi istifadə etməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hesablama yalnız PQ4 üzrə aparılmalıdır. Odur ki, ##.##.2018-ci il tarixli akt üzrə qazdan istifadə nəticəsində yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır – (1.2 x 12 x 30) x 0.10 qəpik = 43.2 manat, (1.2 x 6 x 60) x 0.10 = 43.2 manat, ümumilikdə 3 ay üçün 86.4 manat. II. 2021-ci il üzrə tərtib edilmiş aktlar. ##.##.2021 – ##.##.2021-ci il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 11 akta münasibətdə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 90) x 0.10 = 129.60 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 12 x 90) x 0.10 = 162 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.10 = 43.2 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 12 x 30) x 0.10 = 54 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.10 = 43.2 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 12 x 30) x 0.10 = 54 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat, QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.10 = 27 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) 0.10 = 21.6 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.10 = 27 manat; ##.##.2021- ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.10 = 27 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.10 = 27 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 6 x 30) x 0.10 = 21.6 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.10 = 27 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.12 = 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.12 = 64.8 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.12 = 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.12 = 64.8 manat; ##.##.2021-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - (1.2 x 12 x 30) x 0.12 = 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - (1.5 x 6 x 30) x 0.12 = 64.8 manat olmaqla, ümumilikdə 1078.92 manat. III. 2022-ci il üzrə tərtib edilmiş aktlar ##.##.2022 – ##.##.2022-ci il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 12 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2022-ci il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat olmaqla, ümumilikdə 1108.08 manat. IV. 2023-cü il üzrə tərtib edilmiş aktlar. ##.##.2023 – ##.##.2023-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 10 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 25.92 manat; QSSQ tipli qaz işlədicisinə görə - 32.4 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat; ##.##.2023-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 51.84 manat; QSSQ tipli qaz işlədicisinə görə - 64.8 manat olmaqla, ümumilikdə 1108.08 manat. V. 2024-cü il üzrə tərtib edilmiş aktlar. ##.##.2024 – ##.##.2024-cü il tarixlərini əhatə edən dövr üzrə tərtib edilmiş 2 akta münasibətdə məhkəmə qeyd edir ki, qaz sayğacına qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə yaranmış zərər aşağıdakı qaydada hesablanmalıdır: ##.##.2024-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 207.36 manat; QSSQ tipli qaz işlədicisinə görə - 259.2 manat; ##.##.2024-cü il tarixli akt üzrə PQ4 tipli qaz işlədicisinə görə - 162.9 manat; QSSQ tipli qaz işlədicisinə görə - 203.60 manat olmaqla, ümumilikdə 833.06 manat. Beləliklə, cavabdehdən sayğaca müdaxilə və qanunsuz qoşulma nəticəsində istifadə edilmiş qaza görə vurulmuş zərərin əvəzi kimi ümumilikdə 4214.54 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia tələbinin ikinci hissəsinə - debitor borcun tutulmasına münasibətdə məhkəmə qeyd edib ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbində debitor borcuna görə cavabdehdən 1092.8 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Lakin cavabdehə məxsus *************** nömrəli abonent kodu üzrə abonent saldosunun araşdırılması zamanı müəyyən olunur ki, cavabdehə məxsus ünvanda 4 gözlü qaz plitələri (PQ-4)(1/1) və Samovar (1/1) qismində qaz işlədicilərindən istifadəyə görə 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayınadək ümumilikdə 515.49 (13,32+86,40+83,84+89,88+95,75+146,30+117,26+86,10+67,20) manat məbləğində borc hesablanmış, istehlakçı həmin borcdan 66 manat məbləğində ödəniş etmişdir (iddia ərizəsində də bu fakt öz əksini tapmışdır). Hazırda isə cavabdehin 449.49 manat məbləğində borcu qalmışdır. Abonentə qazın alğı-satqısına dair müqavilə bağlanmazdan əvvəlki dövr üçün qazdan istifadəyə görə hər hansı borcun hesablanması və həmçinin müvafiq aktlar üzrə vurulmuş ziyanla eyni zamanda həmin dövrlərə borcun hesablanaraq abonent saldosuna daxil edilməklə cavabdehdən tələb edilməsinin hər hansı müqavilə və ya qanuni əsası mövcud deyil. Odur ki, cavabdehdən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin iyul ayınadək qazdan istifadəyə görə hesablanmış borc tutulmalıdır. İddia tələbinin üçüncü hissəsinə - sayğacın elektron və mexaniki göstəriciləri arasındakı mövcud fərq nəticəsində yaranmış sərfiyyat borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edib ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş *************** nömrəli abonentin qaz sayğacından istifadəyə dair məlumatlarını əks etdirən “GASREP” çıxarışından aşkar olunur ki, abonentin 2017-ci il tarixinə 1.1 manat, 2018-ci il tarixinə 4 manat və 2024-cü il tarixinə 1.1 manat məbləğində qaz sayğacının elektron və mexaniki göstəriciləri arasında yaranmış mövcud fərq nəticəsində sərfiyyat borcu mövcuddur. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən qeyd edilənlərin əksini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmə mövcud, mümkün və əsaslı sübutlar əsasında iddia tələbinin müvafiq hissədə təmin edilməli olması nəticəsinə gəlir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində yol verilmiş səhvlər nəticəsində əsassız qətnamə qəbul etmişdir. Bu hallar mübahisələndirilən qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması üçün əsas təşkil edir. Belə ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar edilmişdir. Aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmiş və qeyri-qanuni birləşmələr ləğv edilərək bununla bağlı müvafiq aktlar tərtib edilmişdir (iş materiallarında mövcuddur). Daha sonra həmin aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələr təsdiq edilmişdir (iş materiallarında mövcuddur). Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmi ölçülmüş və bu əsasla dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, istehlakçı qanunazidd və təqsirli hərəkətlər edərək, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə iddiaçıya külli miqdarda maddi ziyan vurmuşdur. Faktla bağlı “Azəriqaz” İB tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında X6 Agentliyinə də rəsmi müraciət edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi “Azəriqaz” İB-nin iddia tələbini qismən təmin etməməklə səhv nəticəyə gəlmiş və əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam əsaslı olduğunu təsdiq edir. İş üzrə təqdim edilmiş aktlar, onlara əlavə edilmiş fotoşəkillər və cavabdehin saldo məlumatları qanunsuz qoşulma hallarını təsdiq edən sübutlar olmasına baxmayaraq, məhkəmə həmin sübutlara hüquqi qiymət verməmiş, eyni zamanda iddiaçı tərəfin yerində müayinə keçirilməsi barədə vəsatətini də təmin etməmişdir. İnzibati qərarın nəticəsi olaraq “Azəriqaz” İB tərəfindən ##.##.2024-cü il tarixli, ******* nömrəli akt və həmin akta əsasən hesablanmış 1245,10 manat məbləğində dəymiş ziyanın təsdiq edildiyi müəyyən edilmişdir. Lakin məhkəmə mövqeyində bildirmişdir ki, qeyd olunan inzibati xəta törətmə haqqında qərar cavabdehin keçmiş davranışına dair etiraf xarakteri daşısa belə, mülki hüquqi məsuliyyət baxımından əhəmiyyət kəsb etmir. Bu səbəbdən məhkəmə ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı əsaslı hesab etməyərək nəzərə almamışdır. Halbuki, bu hal yalnız o zaman mümkün ola bilərdi ki, cavabdeh Cavabdeh həmin inzibati qərarı mübahisələndirmiş olsun. Göründüyü kimi, cavabdeh sözügedən qərarı mübahisələndirməmiş və onu qüvvədən salan hər hansı yeni inzibati akt da mövcud deyildir. Belə olan halda, inzibati qərarın nəzərə alınmaması yalnız məhkəmənin şəxsi mülahizəsinə əsaslanmışdır. “Azəriqaz” İB-nin digər bir sübutu cavabdehin təqsirli hərəkətlərini əyani şəkildə əks etdirən video görüntülər olmuşdur. Məhkəmə qətnaməsində bu hal öz təsdiqini tapsa da, yeni qətnamədə “iş materiallarına əlavə edilmiş 1 ədəd fləşkartda olan fotoşəkillər və videoyazılardan cavabdehə məxsus fərdi yaşayış evində qaz sayğacına qanunsuz müdaxilə edildiyi, istifadə olunan qaz işlədicilərinin – samovar və 4 gözlü qaz plitəsinin mövcud olduğu müəyyən edilir” şəklində qeyd edilməsinə baxmayaraq, bu sübutlara hüquqi qiymət verilməmişdir. Heç bir mühasibatlıq və ya texniki ekspertiza keçirilmədən, məhkəmə yenə də şəxsi mülahizəsinə əsaslanaraq 10 301,84 manat məbləğində dəymiş ziyanı nəzərə almamış, yalnız 4 214,54 manat hissəsini təmin etmişdir. Bu hal məhkəmənin mülki işə qeyri-obyektiv yanaşmasının bariz göstəricisi kimi qiymətləndirilir. İş materiallarında mövcud olan abonent saldo sənədlərindən aydın olur ki, iddia tələbində göstərilən 1 099 manat məbləğ aktlarla qeydə alınmamış, istehlakçının sayğac göstəricilərinə əsasən hesablanmış debitor borcdur. Lakin məhkəmə yenə də şəxsi mülahizəsini əsas götürərək qətnaməsində iddia tələbinin ikinci hissəsi üzrə debitor borcun tutulmasına dair tələbin də qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Qeyri-obyektiv yanaşma tərzi debitor borcdan 449,49 manat məbləğin hansı meyarlar və hansı mütəxəssis rəyi əsasında müəyyən edildiyi barədə ciddi suallar doğurur. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2(## #### 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə). Bənd 6.5 (## #### 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5 (## #### 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər, eləcə də cavabdehin qanunsuz qoşulma ilə bağlı faktı etiraf etməsi qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməklə həmin hissədə qismən təmin edilməsi üçün əsasdır.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də cavabdehin qanunsuz qoşulma ilə bağlı faktı etiraf etməsi birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmayıb.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisələndirilən hissədə iddanın faktiki hallar tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də cavabdehin qanunsuz qoşulma ilə bağlı faktı etiraf etdiyindən o hissədə də haqlı sayılır.

22. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə hesab etdi ki, cavabdehin qazdan istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına ehtimal olunun vurulmuş zərərin həqiqi miqdarının hesablanması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyindən iş üzrə müətəxəss (ekspertiza) rəyi alınmalıdır.

23. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## #### 2026-cı il tarixli rəyində göstərilib ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində (abonent kodu 101204603210000 olan) sayğacdan kənar təbii qazdan istifadə olduğu barədə “Azəriqaz” İB tərəfindən Agentliyə daxil olmuş ##.##.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və təsdiq edici materiallar əsasında onun barəsində ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Digər hallar barədə “Azəriqaz” İB tərəfindən Agentliyə müraciət daxil olmadığı üçün qeyd olunan ünvanda hansı dövrdə sayğacdan kənar təbii qazdan istifadə olduğu barədə dəqiq rəy vermək mümkün deyil. Abonent saldosundan və təqdim edilmiş digər materiallardan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu 101204603210000 olan) debitor borcun məbləğini və hansı dövrü əhatə etdiyini müəyyən etmək mümkün deyil. İstehlakçılar tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na (bundan sonra – Qaydalar) dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. İstehlakçının qazın talanmasında təqsirli olması sübuta yetirildiyi halda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən qeyd olunmuş qaz qurğuları (1 ədəd PQ-4, 1 ədəd QSSQ, 1 ədəd Radiator) nəzərə alınmaqla Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə uyğun olaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - 2018-ci il üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 90 gün = 1296 m3; QSSQ üçün - 1,5 m3 x 12 saat x 90 gün = 1620 m3. Cəmi – 2915 m3, - 2021-ci üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 365 gün = 5256 m3; QSSQ üçün - 1,5 m3 x 12 saat x 365 gün = 6570 m3; Radiator – 0,8 m3 x 12 saat x 182 gün = 1747.2 m3 Cəmi - 13573.2 m3 - 2022-ci il üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 365 gün = 5256 m3; QSSQ üçün - 1,5 m3 x 12 saat x 365 gün = 6570 m3; Radiator – 0,8 m3 x 12 saat x 182 gün = 1747.2 m3 Cəmi - 13573.2 m3 - 2023-cü il üzrə PQ-4 qaz plitəsi üçün - 1,2 m3 x 12 saat x 365 gün = 5256 m3; QSSQ üçün - 1,5 m3 x 12 saat x 365 gün = 6570 m3; Radiator – 0,8 m3 x 12 saat x 182 gün = 1747.2 m3 Cəmi - 13573.2 m3 - 2024-cü il üzrə ##.##.2024-cü il tarixli, ******* saylı akt üzrə - 5864,4 m3 (X6 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli qərar ilə müəyyən edilib) Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” göstərilən il üzrə müvafiq Qərarlarını nəzərə alaraq qaz xəttinə qeyriqanuni qoşulma halında zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2018-ci il üzrə - 2915 m3 qaz həcminin 1700 m3-i 0,10 manat (1700 x 0,10 = 170), 1215 m3-i 0,20 manat (1215 x 0,20 = 243), cəmi 413 manat. 2021-ci il üzrə - 13573.2 m3 qaz həcminin 2200 m3-i 0,10 manat (2200 x 0,10 = 220), 11373.2 m3-i 0,20 manat (11373.2 x 0,20 = 2274.6), cəmi 2494.6 manat. 2022-ci il üzrə - 13573.2 m3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144), 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat (1300 x 0,20 = 260), qalan 11073.2 m3-i isə 0,25 manat (11073.2 x 0,25 = 2768.3), cəmi 3172.3 manat; 2023-cü il üzrə - 13573.2 m3 qaz həcminin 1200 m3-i 0,12 manat (1200 x 0,12 = 144), 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat (1300 x 0,20 = 260), qalan 11073.2 m3-i isə 0,25 manat (11073.2 x 0,25 = 2768.3), cəmi 3172.3 manat; 2024-cü il üzrə - 5864,4 m3 qaz həcmi, cəmi 1245.10 manat; İstehlakçının qazın talanmasında təqsirli olması sübuta yetirildiyi halda zərərin məbləği hər bir il üzrə 3-cü sualın cavabında göstərildiyi kimi hesablana bilər. Abonent saldosunun təhlili zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində (abonent kodu 101204603210000 olan yaxud başqa abonent kodu üzrə) 2021-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər qazdan istifadəyə görə ödəniş edilməmişdir. “Qaz təchizatı haqqında” Qanununun 11.4.4-cü bəndinə əsasən istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək qazpaylayıcı sistem operatorunun hüququdur.

24. Məhkəmə tərkibi vurğulayır ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar, dəymiş ziyanın bərpasına dair tələbnamələr işdə mövcud olmuşdur. İşdə olan bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.

25. Bundan əlavə, iddiaçının tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tələb edilən zərər məbləğində abonent sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən qeyd olunan məbləğdə zərər vurulduğunu görürdüsə, bu vaxta qədər ##.##.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə göndərilməsindən başqa “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə hazırkı iddiayadək zərər və borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

26. Göstərilənlərə baxmayaraq, cavabdeh sayğacdan kənar qaz xəttinə qoşulduğunu, iddiaçıya zərər vurmasını birinci və apellyasiya instansiya məhkəməsində də etiraf etmişdir. Məhkəmə isə zərərin məbləğini yuxarıda qeyd olunan 2 qaz cihazı üzrə istifadə dövrləri nəzərə alınmaqla özü hesablayıb. Cavabdehin də 2021-ci ilin yanvar ayından 2025-ci ilin yanvar ayına qədər qazdan istifadəyə görə ödəniş etdiyi təsdiq olunmur. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə iclasında verdiyi izahatında 2020-ci ildən qanunsuz qoşulma faktını və 3 ədəd qaz işlədici cihazdan istifadə etdiyini etiraf etdi, lakin zərərin məbləğinin həddindən artıq yüksək məbləğdə hesablandığını göstərdi. Düzdü, yuxarıda qeyd olunan rəydə zərərin qeyd olunan illər üzrə cəmi 10497,3 manat məbləğində hesablanmasının mümkün olduğu qeyd olunub. Lakin məhkəmə tərkibi də həqiqətən də bu məbləğdə zərərin vurulduğunu inandırıcı və ağlabatan hesab etmir və vurulmuş zərərin 9214.50 (doqquz min iki yüz on dörd manat əlli qəpik) manat olmasını təsbit edir.

27. Cavabdehin iddianı etiraf etməsi ilə əlaqədar yuxarıda Mülki Prosessual Məcəllədə iddianın etirafı ilə bağlı normalar və maddi hüquq normalarının təsbit edildiyi qanunvericilik aktlarının müddəaları nəzərdən keçirildi.

28. Belə ki, cavabdehin iddianı etiraf etmək kimi prosessual hüququ vardır və bunu ona qadağan etmək olmaz. Eyni zamanda iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə də belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

29. Cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

30. Göründüyü kimi, qeyd olunan prosessual hüquq normaları bir tərəfdən cavabdehin iddianı etiraf etmək hüququnun olduğunu təsbit edir, digər tərəfdən isə məhkəməyə səlahiyyət verir ki, iddianı etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, belə hərəkətləri qəbul etməsin. Etirafın hansısa qanuna və digər normativ hüquqi akta zidd olması hazırkı işdə müəyyən edilmir. Digər tərəfdən bu cür etiraf hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır, əks halda məhkəmə etirafı qəbul etməməlidir. Bu mənada məhkəmə tərkibi cavabdehin iddianı etiraf etməsini nə qanuna zidd, nə də hansısa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozan hal hesab etmir.

31. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla belə, məhkəmə tərkibi hazırkı mübahisənin mahiyyətinə və məzmununa uyğun maddi zərərin əvəzini düzgün hesablanmadığını müəyyən etdi. Ona görə də zərərin məbləği cavabdehin etiraf etdiyi həddə müəyyən edilməlidir.

32. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi maddi zərərə görə tutulan məbləğ hissəsində dəyişdirilməli və vurulmuş zərərin məbləği 9214.50 (doqquz min iki yüz on dörd manat əlli qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393-cü və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi maddi zərərə görə tutulan məbləğ hissəsində dəyişdirilsin və vurulmuş zərərin məbləği 9214.50 (doqquz min iki yüz on dörd manat əlli qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar