Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6603/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı (Açar sözlər: kredit borcunun qaytarılması, tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması, tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)-1953/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 dekabr 2007-ci il tarixli, 344/15 nömrəli kredit müqaviləsindən görünür ki, kreditor borcluya “Mersedes-Benz-230" markalı, Mühərrik M-230N-S, Ban WDB1240261B430597, buraxılış ili 1990-cı il olan minik avtomobilinin alınması üçün 24 ay müddətinə illik 28 faiz ödəməklə 5100 manat məbləğində pul vəsaiti vermişdir.
2. İş materiallarında olan 07 dekabr 2007-ci il tarixli, 344/15 nömrəli Girov müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq girovqoyan “Mersedes-Benz-230” markalı, Mühərrik M-230N-S, Ban WDB1240261B430597, buraxılış ili 1990-cı il olan avtomobili girovsaxlayana girov kimi təqdim etmişdir. Tərəflərin razılığı ilə girov predmeti 7500 manat dəyərində qiymətləndirilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYİ-yə ünvanlanan 16 noyabr 2021-ci il tarixli “ipoteka predmetinə tutmanın qeydə alınması” barədə ərizədən görünür ki, İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş Cavabdeh məxsus və kredit hesabına alınan “Mercedes Benz-230” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması İddiaçı ASC tərəfindən xahiş olunmuşdur.
4. İş materiallarında olan Cavabdeh ünvanlanan “ipoteka predmetinə tutma yönəldilməsi”nə dair 17 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixinədək ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş 10147,45 manat məbləğində kredit borcu vardır. Tərəflər arasında olan münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə 10147,45 manat məbləğində borcun 3 gün müddətində banka ödənilməsi və ya ipoteka predmetinə tutma yönəldilməsi, əks təqdirdə bankın kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə cavabdeh xəbərdar edilmişdir.
5. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilən 16 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, 07 dekabr 2007-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 10147,45 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 dekabr 2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən 16 noyabr 2021-ci il tarixə 4690 manat əsas borc, 2625.40 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832,05 manat faiz borcu, cəmi 10147.45 manat, 121 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan “Mersedes-Benz 230” markalı (tip:sedan, Ban:WDB12402361B430597, Rəngi Alüminium, buraxılış ili-1990), 10GE193 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka premdetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən “Mersedes-Benz-230” markalı (tip:sedan, Ban:WDB12402361B430597, Rəngi Alüminium, buraxılış ili-1990), 10GE193 dövlət qeydiyyat nişanlı avtomobilinin alınması məqsədilə cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 5100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mersedes-Benz-230” markalı (tip:sedan, Ban:WDB12402361B430597, Rəngi Alüminium, buraxılış ili-1990), 10GE193 dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 07 dekabr 2007 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciət olunması barədə bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh 07 dekabr 2007-ci tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən 16 noyabr 2021-ci il tarixə 4690 manat əsas borc, 2625.40 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2832.05 manat faiz borcu, cəmi 10147.45 manat təşkil edir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)- 1953/2022 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 07 dekabr 2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsinə əsasən, 16 noyabr 2021-ci il tarixə 4690 (dörd min altı yüz doxsan) manat əsas borc, 2625,40 (iki min altı yüz iyirmi beş manat, qırx qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1660 (min altı yüz altmış) manat faiz borcu, cəmi 8975,4 (səkkiz min doqquz yüz yetmiş beş manat, qırx qəpik) manat, ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqının iddiaçı LPO İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “Mersedes-Benz-230” markalı (Tip: Sedan, Ban: WDB12402361B430597, rəngi Aliminium, buraxılış ili-1990), **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 295, 317.1. 319.1, 319.6, 427.3, 442, 443.1, 449.1, 462.1, 467, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə xx.xx.2007-ci il tarixdə bağlanıb, cavabdeh həmin avtomobili iddiaçıya geri qaytarıbdır. xx.xx.2009-cu il müqavilənin müddətinin bitməsinin son günüdür. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Cavabdeh ona qarşı qaldırılmış iddiadan, məhkəmə proseslərindən xəbərdar olsaydı, sübutları və iddia müddətinin tətbiq olunması barədə ərizəni birinci instansiya məhkəməsinə hazırlıq iclasında təqdim edərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh həmçinin bildirdi ki, birinci instansiya məhkəməsində baxılan iş üzrə xəbərdar edilməmiş, ona sms vasitəsi ilə də məlumat verilməmişdir. Bu səbəbdən də iş üzrə iddia müddətinin tədbiq edilməsi barədə ərizənin birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sms bildirişdə qeyd edilən ********** mobil telefon nömrəsi nə ona, nə də ailə üzvlərinə aid deyil, kimə məxsus olmasını bilmir.
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
17. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
18. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
19. Həmin Məcəllənin 376-cı maddəsinə əsasə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
20. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.
28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC-nin 15 saylı filialı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə 344 nömrəli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən, “Mercedes-Benz-230” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsilə 5100 manat məbləğində kredit verilmişdir. xx.xx.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan “Mercedes-Benz- 230” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuşdur. Bank kredit müqaviləsinə nəzərdə tutulan öhdəliklərini tam icra etsə də, cavabdeh öz üzərinə düşən öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməmiş, buna görə də bank tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmışdır.
29. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 344 nömrəli kredit müqaviləsindən görünür ki, müqavilənin müddətinin bitməsinin son günü xx.xx.2009-cu il tarix olmuşdur. İddiaçı müqavilə tələbləri üzrə iddia müddəti üçün nəzərdə tutulmuş üç illik müddəti Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbini pozmaqla xeyli müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır.
30. Hazırda cavabdeh birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasları barədə məlumatının olmadığını, bu səbəbdən də iş üzrə iddia müddətinin tədbiq edilməsi barədə ərizənin birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyini qeyd edir.
31. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə xx.xx.22022-ci il tarixə saat 15:10-a təyin edilmiş məhkəmə hazırlıq iclası barədə xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi, xx.xx.2022-ci il tarixə saat 11:15-ə təyin edilmiş baxış iclası barədə xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi göndərilmiş, lakin həmin bildirişlərin cavabdeh tərəfindən alınıb-alınmaması barədə sübüt iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda xx.xx.2022-ci il saat 11:00-a təyin edilmiş məhkəmə iclası barədə cavabdehin məlumatlandırılması üçün 055 319 07 18 nömrəsinə xx.xx.2022ci il tarixdə sms xəbərdarlıq göndərilmişdir.
32. Kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə 055 319 07 18 nömrəsinin cavabdehin istifadəsində olubolmamasının yoxlanılması zamanı həmin nömrənin cavabdehin istifadəsində olmadığı müəyyən edilmiş, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili tərəfindən də həmin hal təsdiq edilmişdir.
33. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslar barədə məlumatlı olmamış, bu səbəbdən də iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəmə qərarı çıxarılanadək məhkəməyə təqdim edə bilməmişdir.
34. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
35. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəmə də iddia qaldırılması üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün hazırki iddia tələbi təmin edilə bilməz.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
37. Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
38. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
39. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(006)-1953/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.