Məhkəmə qərarları › İş №2(103)-6606/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6606/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6606/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə Cavabdeh3 ilkin iddia üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə qarşı “dəymiş ziyanın, çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 tərəfindən verilmiş apxxlyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İlkin iddia üzrə iddiaçı, (bundan sonra-iddiaçı) “xxxxxxxxxxxxxxxxxxxxxASC ilkin iddia üzrə cavabdehlər (bundan sonra-cavabdehlər) Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxxxxxxx” ASC ilə “xx" Kiçik Müəssisəsi arasında bağlanmış 100526-1-10102/1/1 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə banka borclu olduğu 1.033.944 ABŞ dolları məbləğində əsas borc, 111.636,85 ABŞ dolları məbləğində faiz borcu, 38045,50 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 1.183.626,35 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh3ndən, Cavabdeh1 və Cavabdeh2 “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 310.000 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, X12, ölçüsü 0.16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət 3424A nömrəli bağ evinə yönəldilməsinə, evin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsində ərizə təqdim edərək bildirmişdir ki, gələcəkdə icra mərhələsində qətnamənin icrasında yarana biləcək problemlərin aradan qaldırılması üçün qətnamədə bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olan Sumqayıt şəhəri, X12, 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.m. ümumi sahədən ibarət 3424A nömrəli bağ evi ilkin çıxarışda qeyd edildiyi kimi “Sumqayıt şəhəri, X12, 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 254 kv.metr ümumi sahədən ibarət 3424A nömrəli bağ evi, ümumi sahəsi 213,7 kv.metr olan bağ evinin tərkibi (həyətyanı tikili və qurğular) ilə birlikdə qeyd olunmalıdır. Cavabdeh3 iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan Cavabdeh3 xeyrinə əldən çıxmış fayda qismində 1322 ton buğdanın saxlanmasına görə 57.120 manat, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.942,67 ABŞ dolları və onun saxlanılması, ekspertizası, daşınması və məhv edilməsinə görə 17.254 manat, cəmi 1.601.847,67 ABŞ dolları və 74.374 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 ərizə təqdim edərək bildirmişdir ki, Cavabdeh3 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında xx xxxxxx 2013-cü il tarixli, 100526-1-101021/1 saylı bərpa olunan kredit xətti müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtlərinə əsasən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən “xx” Kiçik Müəssisəsinə illik faiz dərəcəsi 13% olmaqla, 36 ay müddətinə 1.000.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilədən yaranan öhdəliklər üzrə o, zaminlik müqaviləsi imzalamış və öhdəlik götürmüşdür. “Bank VTB (Azərbaycan)” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, xx xxxxxx 2013-cü il tarixli 100526-1-101021/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə xx.xx.2015-ci il tarixdə və xx.xx.2016cı taridə əlavə razılaşmalar tərtib olunaraq imzalanmış və hər iki razılaşmadan da onun məlumatı olmadan kredit müqaviləsinin əsas şərtləri dəyişdirilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin müddəti və məbləğində dəyişikliklər olmuşdur. Bununla bağlı onun heç bir razılığı alınmamış və ona məlumat verilməmişdir. Kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməsi, “Bank VTB (Azərbaycan)” ASC- cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və Cavabdeh2 mməd oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsinə və.s” dair iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli, 2(004)-5130/2017 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 1.033.944 ABŞ dolları əsas borc, 111.636,85 ABŞ dolları faiz borcu, 38.045,50 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 1.183.626,35 ABŞ dolları, 60 manat məhkəmə xərcinin Cavabdeh3ndən tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, ekspertiza tədqiqatının aparılmasına görə 590 manat məbləğində pul vəsaitinin Cavabdeh3ndən tutularaq “X6” İctimai Birliyinə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, X12 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı sahəsi 254 kv.m olan 3424A nömrəli bağ evinə (bağ evinin tərkibinə daxil olan sahəsi 213,7 kv.metrdən ibarət həyətyanı tikili və qurğu (qaraj, h/tualet, gözətçi otağı, hovuz, yay mətbəxi, darvaza, hasar) birlikdə yönəldilərək, həmin evin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 1.350.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964.905 ABŞ dolları, real zərər qismində məhv olmuş 1322 ton buğdanın dəyəri olan 636.456,21 ABŞ dolları, onun daşınması və məhv edilməsi ilə bağlı xərclərə görə 13.500 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxxxxxxxxASC-dən tutularaq Cavabdeh3nə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğ qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunmuşdur. Həmin qətnamələn narazı qalan “xxxxxxxxxxxxxxxxxxxxxASC apxxlyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin qismən-yəni ipoteka predmetinin ilkin satış qiymətinin 1.350.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin iddianın rədd edilməsi hissələrində və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxASC-nin iddiasının tam təmin edilməsi, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 apxxlyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin “xxxxxxxxxxxxxxxxxxxxxASC-nin Cavabdeh3nə qarşı pul tələbi hissəsində qismən ləğv edilərək, Cavabdeh3 faiz borcu kimi ödədiyi 48.505,50 ABŞ dollarının əsas borcdan silinməsi, Cavabdeh3ndən “xxxxxxxxxxxxxxxxxxxxxASC-nin xeyrinə 314.551,83 ABŞ dolları əsas borc, 57.941 ABŞ dolları faiz borcunun tutulması və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apxxlyasiya Məhkəməsinin 2(103)-3279/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxlyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)5130/2018 qətnaməsi ilkin iddianın - “Bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına dair təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Sumqayıt şəhəri, X12 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı sahəsi 254 kv.metr olan 3424A nömrəli bağ evinə (bağ evinin tərkibinə daxil olan sahəsi 213,7 kv.metrdən ibarət həyətyanı tikili və qurğu (qaraj, h/tualet, gözətçi otağı, hovuz, yay mətbəxi, darvaza, hasar) tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin sahədən Cavabdeh2 çıxarılmaqla, bağ evi boşaldılması, qətnamənin ilkin iddia ilə bağlı qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh3 Kiçin Müəssisəsinin apxxyasiya şikayətinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 kasaasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(102)1617/2019 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apxxlyasiya Məhkəməsinin 2(103)- 3279/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apxxlyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apxxlyasiya Məhkəməsinin 2(103)-7665/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə, ilk iddia üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxlyasiya şikayəti rədd edilərək, ilk iddia üzrə cavabdeh xx” Kiçik Müəssisəsinin apxxlyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh3ndən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalı olan əsas borc 999.353,45 ABŞ dolları, faiz borcunun isə 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilməsi, ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən həmin məbləğin Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti verərək, iddia tələbinin ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməsini, bankın iddia tələbinin tam təmin olunmasına, qarşılıqlı iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)2044/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apxxlyasiya Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apxxlyasiya Məhkəməsinə göndərilmişdir. Apxxlyasiya şikayətləri və dəlilləri: İlk iddia üzrə iddiaçı apxxlyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin əmlakın ilkin satış qiymətinin müəyyən olunmasında sübut qismində əsas götürdüyü mütəxəssis rəyi məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssis tərəfindən deyil, Cavabdeh3 Kiçik məssəsinin şəxsi sifarişi əsasında tərtib edilmişdir. Yuxarıda qeyd etdiyi kimi mütəxəssis rəyinin məhkəmədə sübut qismində çıxış etməsi üçün həmin mütəxəssis tərəflərin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə cəlb edilməli idi, mütəxəssisə MPMnin 187-ci maddəsinə əsasən məsuliyyət barədə xəbərdarlıq edilməli idi. Lakin cavabdehin məhkəməyə təqdim etdiyi rəydə “X6 Birliyinin” verdikləri rəyin doğruluğu barədə xəbərdarlıq edilməsi barədə bənd və ya qeyd yoxdur. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, mütəxəssis rəyi ekspert rəyi ilə eyni qaydada əsaslandırılmışdır, lakin, sözü gedən mütəxəssis rəyində və ekspert rəyində bağ evinin texniki xüsusiyyətləri hissəsində uyğunsuzluq müşahidə olunur. İpoteka qoyan Cavabdeh2 Məməməd oğlunun mülkiyyət hüquqlarını təsdiq edən Seriya RX № 028601115, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il DƏDRX-dən çıxarışa əsasən əmlakın texniki göstərişləri Ekspert rəyinə əsasən qeyd edilmişdir. Lakin mütəxəssis rəyində isə əmlakın texniki göstəriciləri kəskin artırılmış, bağ evinin ümumi sahəsi isə ümumiyyətlə çıxarışda qeyd ediləndən iki dəfə çox 579.3 m2 qeyd edilmişdir. Aydındır ki, texniki göstəriciləri yalnış olan bir mütəxəssis rəyi əsasında qoyulmuş əmlakın ilkin satış qiyməti də yanlış olacaq. Bxxə ki, mütəxəssis tərəfindən əmlakın qiymətləndirilməsi həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlak dəyərinin həqiqi bazar dəyərindən qat-qat yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, qiymətləndirilmiş daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regiondaəmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. Nəzərə alınsa ki, hər iki rəydə “X6 Birliyinin” əməkdaşlarının əmlakı qiymətləndirməsi zamanı Bağ evinə baxış keçirdikləri qeyd edilib, çox maraqlıdır ki, mütəxəssis rəyində bağ evinin texniki göstəriciləri şişirdilmiş vəziyyətdə və tək sənədlə olan sahə deyil, həm də mövcudluğu məhkəmə baxışında araşdırılmamış və tədqiq edilməmiş faktiki sahə də qeyd edilib. Bütün yuxarıda qeyd edilən fərqləri nəzərə alaraq birinci instansiya məhkəməsində tərəfindən təkrar ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmiş və nəticədə ümumiyyətlə məhkəmədə sübut qismində qəbul edilə bilinməyəcək rəyin əsasında ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 1 350 000 manat məbləğində müəyyən edilmişdir.Bxxəliklə işin yuxarıda qeyd olunan halları ilə sübuta yetirilir ki, “X6 Birliyi” tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən qat-qat yuxarı müəyyən olunmuş və bununla da birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 1 350 000 manat müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan X10 və onun ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və evin boşaldılmasına hissəsinin təmin edilməməsi əsassızdır. Birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh1 və Cavabdeh2 oğlana qarşı iddiasının rədd edilməsinə dair gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinin kobud pozulması ilə qəbul edilmişdir. Bundan məhkəmə nəzərə almayıb ki, zaminliyə xitam verilməsi üçün əsas yaranmasına hər iki şərtin, yəni öhdəliyin dəyişdirilməsi və dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olması məcburdir. Bərpa olunan Kredit Müqaviləsinə edilmiş razılaşmaya nəzər yetirilsə, aydın olar ki, dəyişilən yeganə bənd kredit müddətinin artırılmasıdır. Bu isə heç bir halda zaminin məsuliyyətinin artırılmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb ola bilməz. Çünki zaminlərin məsuliyyəti zaminlklə təmin edildiyi öhdəlik müddətini keçməmişdir. Bundan başqa girov qoyana girov predmetinin tərkibinin və natural formasının girov dəyərini azaltmamaq şərti ilə dəyişmək hüququ verilmişdir. Nəzərə almaqlazımdır ki, dəyismək və daşımaq ayrı-ayrı anlayışlardır. Dəyişmək üçün onu ordan daşımaq lazım deyil, bunu üçün bir əmlakı gətirirsən, onu əvvəlkinin yerinə qoyub, əvvəlkini götürürsən. Burda bir sual çıxır: girov predmetinin xarab olmasını görən girov qoyan niyə bunun üçün əvvəlcədən tədbirlər görməmiş və həmin buğdanı yeni buğda ilə əvəz edə biləcəyi halda, niyə bunu etməmişdir? Bütün bunlar onu deməyə əsas verir ki, tərəf hüquqdan sui-istifadə etməyə qarşısına məqsəd qoymuş və məhkəməni yanlış yerə yönəltməklə məşğuldur. Cavabdeh3 kiçik müəssinin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi girova qoyulmuş buğda 2014-cü ildə Qazaxstandan idxal olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh3 kiçik müəssinin qarşılıqlı iddia ərizəsinə qoşma olaraq əlavə etdiyi xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, müəssisə tərəfindən Qazaxstandan fevral-mart aylarında 1704 ton, sentyabr oktyabr aylarında isə Rusiyadan 2078.85 ton ərzaq buğdası idxal olunmuşdur. Tərəfin məhkəməyə təqdim etdiyi “Fart ES” TOO və Cavabdeh3 arasında müqavilə xx.xx.2013-cü il tarixində bağlanmış, buğda idxalı üçün köçürmə sifarişinin surətinə əsasən buğda xx xxxx 2014-cü il tarixində idxal edilmşdir. Cavabdeh3 qeyd etdiyi kimi Nazirlər Kabinetinin qərarına əsasən buğdanın saxlama müddəti 8 aydır, bxxə çıxır ki, Cavabdeh3 bilə-bilə Bankda artıq saxlama müddəti bitmiş buğdanı girov qoymuşdur. Digər tərəfdən yuxarıda qeyd edilən mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən müəssisə ümumi torpaq ərazisi 2 ha olmaqla bir neçə tikililərdən ibarətdir. Müəssisənin tərkibində ayrı-ayrı binalarda yerləşən ümumi sahəsi 1 150 kv.m olan bir dəyirman mövcuddur. Bundan başqa ərazidə 4 ədəd hər birinin tutumu 1480 ton taxıl dəmir silosları sahəsi 1500 kv.m olan açıq buğda anbarı həmçinin inzibati bina və digər köməkçi bina və tikililər inşa edilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, xx xxx 2015-ci il tarixli 303305 “Dövriyyədəki malların girov müqaviləsinə 1 saylı Əlavədə girov məhsulunun adı (buğda), miqdarı (1 322, 7513), məhsulun 1 tonunun qiyməti (378 manat), məbləği (500.000 manat) qeyd edilmişdir. Lakin girov predmetinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300 ünvanında yerləşən anbarda yerləşən 4 ədəd hər birinin tutumu 1480 ton taxıl dəmir siloslarının və ya 1500 kv.m olan açıq buğda anbarın dəqiq hansında yerləşdiyi, eyniləşdirmə əlamətləri qeyd edilməmişdir. Tərəfin məhkəməyə təqdim etdiyi X8 ltd-nin sınaq protokolunda 1 saylı anbardan götürülmüş buğda nümünələrini üzərində aparılmış analizlərin nəticələri qeyd edilmişdir, lakin Banka qovulmuş buğdanın məhz 1 saylı anbarda yerləşməsi hec bir sənəddə öz əksini tapmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, məhkəmənin “sübut” qismində qəbul etdiyi iki sənəd, ümumiyyətlə hazırki mübahisəyə aid olmayan gömrük bəyannaməsinin bərbad vəziyyətdə çap olunmuş surətləridir. Bxxə ki, sənədin surətindən anlaşılan bir neçə məlumatdan bəlli olur ki, qeyd edilən gömrük bəyannəməsinə əsasən Qazaxstan Respublikasından 9637 ton idxal olunan buğdanın bəyənnaməsdir. Cavabdeh3 Kiçik müəssəsinin məhkəməyə təqdim etdiyi və məhkəmənin qətnamədə sübut kimi istinad etdiyi xx.xx.2017-ci il tarixli mütəxəssis rəyində qeyd edilib ki, “Bank VTB (Azərbaycan)” ASC-yə girov qoyulan buğda Qazaxstan Respublikasından fevral-mart aylarında idxal olunan 1704 ton buğda məhsulundan qoyulan girovdur (1322.78 ton). Məhkəmə baxışı zamanı bu fakt birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə ümumiyyətlə bu fakta önəm verməmiş, hətta Bankın dəlillərinin təkzibi kimi qeyd edilən sənədə istinad etmişdir. Buğdanın yerinin dəyişdirilməsi məktubları ilə bağlı məhkəmənin mövqeyi ilə də razılaşmayaraq onu qeyd etmək istəyir ki, bu fikir də tam əsassızdır. Bxxə ki, məhkəmə qeyd etmişdir ki, buğdanın keyfiyyəti ilə bağlı məktublar şirkətin (“Eİ kiçik”) qeydiyyat kitabında qeydə alınmışdır və məktubu “alan” “Hacıyeva” soyadlı işçinin bankın işçisi olması faktı həmin məktubların həqiqətən də Banka göndərilməsini sübut edir. Məhkəmə bu qənaəti tamamilə səhvdir. Bxxə ki, məktubun göndərməsini iddia edən şirkət üçün özünün hansısa daxili kitabında bunu sonradan qeyd etmək xxə də çətin məsələ deyil və hakim bunu sübut kimi nəzərə almalı deyildi və ala bilməzdi. Bundan başqa “Hacıyeva” soyadlı şəxsin imzasına istinad edərək Bank tərəfindən həmin məktubların alınmasını iddia etmək ümumiyyətlə absurddur. Bəli, “Hacıyeva” soyadlı Bankın əməkdaşı olub və o, ixtisara düşərək işdən azad olunub. İmzanın məhz onun imzası olması şübhəli haldır, bu araşdırılmayıb. Bundan başqa imza onun olsa bxxə, tərəflər arasında qohumluq, yaxınlıq, tanışlıq halı ola bilər ki, bu hal da həmin şəxsə sonradan sənədə imza etdirmək üçün kömək ola bilərdi, bu da nəzərə alınmayıb. Məhkəmə nəzərə almayıb ki, şirkət tərəfindən Banka borc mübahisəsi ilə bağlı dəfələrlə məktublar göndərilmiş və Bank tərəfindən bu məktubların hamısına cavab verilmişdir. Necə olur ki, girovla bağlı məktublar göndərilsin və Bank buna reaksiya verməsin. Bu əsassız bir yanaşmadır. Necə ola bilər ki, tərəf borcla bağlı müqavilə öhdəliklərinə əməl etmir, amma girovla bağlı hal onu necə narahat edirsə, dəfələrlə guya banka məktub göndərir. Bu, tərəfin uydurmasından başqa bir şey deyil. Bundan başqa, istinad edilmiş həmin məktublara nəzər salındıqda görülür ki, orada girovun daşınması barədə xahiş ümumiyyətlə yoxdur. Bunu da məhkəmə heç nəzərə almamışdır. Yasamal Rayon Məhkəməsinin qətnaməsində ümumilikdə maddi hüquq normalarına istinad edilmiş olsa da, qanunun mənasına heç də düzgün əməl edilməsi təmin edilməmiş, iddiaçının hüquqlarının kobud və hətta demək olar ki, qərəzli şəkildə pozulmasına rəvac verilmişdir. Qətnamədə sübutlara (sadəcə heç bir araşdırma aparılmayan rəqəmlər göstərən arayışlara) məcmu halda qiymət verərək qarşılıqlı iddianın əsaslı olduğu qənaətinə gələn birinci instansiya məhkəməsi, hazırkı mübahisəyə məcmu halda qiymət verə bilməmişdir. İlk iddia üzrə Cavabdeh3Kiçik Müəssisəsi apxxyasiya şikayətini onunla əsaslandırmışdır ki, Respublikada xx xxxxxx 2015-ci il tarixdə 34% həcmində devalivasiya baş verdi. Müəssisə yaranmış şəraitdən çıxmaq üçün “xxxxxxxxxxxxxxxxxxxxxASC-nin günahı üzündən ABŞ dolları şəklində alınmış kreditin məbləğinin kredit alınan zaman, yəni 1$=0,7856 manat kursu ilə Azərbaycan manatına əvəz olunmasını təklif etmişdir. Bu haqda Cavabdeh3KM-nin göndərdiyi məktublar “xxxxxxxxxxxxxxxxxxxxxASC tərəfindən cavablandırılarkən qeyd edilmişdir ki, “bununla əlaqədar olaraq hal-hazırda Bank tərəfindən müştərilərin vəziyyətini yüngülləşdirmək məqsədi ilə təkliflər hazırlanır. Sizin təklif Bankın müvafiq struktur bölməsi tərəfindən nəzərə alınıb və yekun qərar qəbul olunduqda Sizin nəzərinizə çatdırılacaqdır". Bankın müvafiq strukturunun işçiləri ilə şifahi danışıq apararkən onlar tələb etdilər ki, təklifi reallaşdırmaq üçün kredit müqaviləsi üzrə girov dəyərini devalivasiya faizi qədər, yəni 34% artırılmalıdır. Müəssisənin əsas vəsaiti olmadığından Bankın onlara ayırdığı kredit hesabına 2014-cü ildə idxaletdikləri buğda məhsulunu girov qoymağı tələb etdilər və bildirdilər ki, 3-4 aydan sonra “Dövriyyədəki malların girov müqaviləsi” ləğv ediləcəkdir. Təbii ki, müvəqqəti olduğunu və ABŞ dollarının manatına 0,7856 kursu ilə çevirəcəklərini nəzərə alaraq razılıq vermək məcburiyyətində olmuşlar. Bankın ayırdığı kredit hesabına alınan 1322,78 ton buğda məhsulu Dövriyyədəki malların girov predmeti olaraq xx xxx 2015-ci il tarixli 303305 saylı “Dövriyyədəki malların girov müqaviləsi” ilə Bankın xeyirinə girova qoyuldu. Təəssüf ki, 3-4 ay keçməsinə baxmayaraq söz verdikləri əqd bağlanmadı. xx xxx 2015-ci il tarixdə 303305 saylı “Dövriyyədəki malların girov müqaviləsi” əsasında 2014-cü il tarixdə Qazaxstan Respublikasından idxal edilmiş 500.000 manat dəyərində buğdanın yəni 636942,67 ABŞ dolları dəyərində buğdanın təyinatı üzrə istifadəsi Bank tərəfindən 24 ay müddətinə məhdudlaşdırıldı. Buna baxmayaraq Bank bu məbləğə faiz və cərimələr hesablamışdır ki, bu da tam qanunsuz və əsassızdır. Cavabdeh3 “xxxxxxxxxxxxxxxxxxxxxASC-yə 2014-2015-ci illərdə 244792,59 ABŞ dolları faiz ödənişi silinmişdir. Bxxə ki, 1.000.000 ABŞ dolları kredit məbləğinə illik 13% olmaqla 2014-cü ildə 114.479,08ABŞ dolları, 2015-ci ildə isə 130313,51 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx xxx 2015-ci il tarixli bağlanmış müqaviləyə əsasən alınmış 1.000.000 ABŞ dolları kredit məbləğinin 636942,67 ABŞ dolları məbləği “xxxxxxxxxxxxxxxxxxxxxASC tərəfindən məhdudlaşdırılmışdır, buna baxmayaraq Cavabdeh3nə məhdudlaşdırılmış məbləğə görə də faiz borcu hesablanaraqödənişlərdən silinmişdir.2015-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxASC-yə aylar üzrə ödənilən kredit faizi isə 2015-ci ilin iyun-dekabr aylarında 100000 ABŞ dollarına müəssisə tərəfindən 130313,51 ABŞ dolları faiz ödənişi silinmişdir. Məhdudlaşdırılmış 636942,67 ABŞ dolları məbləğinə əsassız olaraq 48505,50 ABŞ dolları məbləğində faiz hesablanmış, Cavabdeh3 tərəfindən ödənilmiş məbləğdən silinmişdir. Faktiki olaraq məhdudlaşdırılmış məbləğə əsassız olaraq hesablanmış faiz məbləği və Cavabdeh3kiçik müəssisəsinin Banka ödənişindən silinmiş 48505,50 ABŞ dolları məbləği əsas borc məbləğindən azaldılmalıdır.“xxxxxxxxxxxxxxxxxxxxxASC məhkəmədə iddia qaldırılanadək 1.000.000 ABŞ dollarına illik 13% olmaqla faiz hesablamışdır. 2015-ci ilin may ayından məhdudlaşdırılmış məbləğə görə hesablanmış faiz və ödənilmiş 48505,5 ABŞ dolları məbləği əsas borcdan silinməli və kreditin əsas borc məbləği ******* ABŞ dolları deyil, 314551,83 ABŞ dolları olaraq hesablanmalıdır. 2016-cı ilin yanvar ayı tarixindən 2017-ci ilin may ayı tarixinə məhdudlaşdırılmış 636942,67 ABŞ dolları məbləğinə hesablanmış faiz məbləği (yəni 117324ABŞ dolları) nəzərə alınmamalı, əsas borc məbləği olaraq 314551,83ABŞ dolları məbləğinə faiz hesablanmalıdır. Göründüyü kimi məhdudlaşdırılmış 636942,67 ABŞ dolları kredit məbləğinə faiz hesablanmamalıdır, bu da 117.324 ABŞ dollar təşkil edir, qanuni olaraq 314551.83ABŞ dolları məbləğinə faiz ödənişi hesablanmalıdır, bu da nəticədə 57941 ABŞ dolları təşkil edir. Bxxəliklə yuxarıdakı sübutlar və konkret hesablamalar göstərir ki, Cavabdeh3kiçik müəssisəsinin Banka əsas borc olaraq 314551,83 dolları, faiz ödənişi olaraq 57941 ABŞ dolları borcu vardır. “xxxxxxxxxxxxxxxxxxxxxASC tərəfindən hesablanmış faizlərin qanunsuz və əsassız olmasını birinci instansiya məhkəməsində dəfələrlə bildirsələr də, məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. Buna görə də qeyd olunan qətnamə “xxxxxxxxxxxxxxxxxxxxxASC-nin Cavabdeh3nə qarşıtələbi hissəsində ləğv olunmalı və əsassız hesablanmış faizlərin və digər hesablamaların əsas borcdan silinməsi barədə qətnamə qəbul olunmalıdır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Ə.Kərimov apxxlyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qarşı tərəfin apxxlyasiya şikayətinin dəlillərinə etiraz edərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili B.Sübhanlı apxxlyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qarşı tərəfin apxxlyasiya şikayətinin dəlillərinə etiraz edərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər Cavabdeh2 kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apxxlyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apxxlyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb Ali Məhkəmənin göstərişlərini rəhbər tutuaraq hesab edir ki, ilk iddia üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxlyasiya şikayəti rədd edilməli, ilk iddia üzrə cavabdeh xx” Kiçik Müəssisəsinin apxxlyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apxxlyasiya qaydasında baxılır və bu zaman apxxlyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ilkin iddianın təmin olunan hissəsində ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habxxə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apxxlyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya iş materiallarını təhlil edərək müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borc alana cari fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə dövriyyə vəsaitlərinin artırılması təyinatı üzrə 36 ay müddətinə illik 18%-lə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən borc alan kreditdən yalnız müqavilə ilə müəyyən olunan məqsədlər üçün və təyinatı üzrə istifadə etməyi, krediti müəyyən olunmuş şərtlər və qaydada banka qaytarmağı və faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx xxx 2015-ci il tarixdə müqavilənin müddəti 77 ay uzadılaraq, xx.xx.2020-ci il təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə bankla borc alan arasında bağlanmış razılaşma əsasında borc alanın banka borcu kapitallaşdırılaraq əsas borc ******* ABŞ dolları, cərimə borcu 5552,5 ABŞ dolları müəyyən olunmuşdur. Borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2013- cü il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilədə ipoteka predmeti kimi Cavabdeh2 məxsus Sumqayıt şəhəri, X12 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı 254 kv.metr ümumi sahədən ibarət 3424A nömrəli bağ evi” müəyyən olunmuşdur. İpoteka predmeti ******* manat məbləğində qiymətləndirilmişdir. Bundan başqa cavabdehlər Cavabdeh2 və ƏliyevTxxman Məmməd oğlu ilə zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2015- ci il tarixdə “dövriyyədəki malların girov müqaviləsi” bağlanmışdır. Həminmüqaviləyə əsasən Cavabdeh3 bank qarşısında olan pul öhdəliklərininicrasının təmin edilməsi məqsədi ilə ümumi dəyəri 500000 manat (məhsulun hər tonununqiməti 378 manat) olan 1322,7513 ton miqdarında buğda bankın xeyrinə girov qoyulmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borclulardan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşlar. Bxxə olan halda, cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirməsinə görə onların bank qarşısında müqavilələrdən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 439.3-cü maddəsinə görə, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Kredit borcunun düzgün hesablanmaması ilə bağlı cavabdehin apxxlyasiya şikayətinin dəlilinə münasibərdə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı borclunun banka olan borcunun məbləği bankın təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmışdır ki, həmin arayışın mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər hansı sübut borclu tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə daha əvvəl apxxlyasiya qaydasında baxılan zaman, cavabdeh apxxlyasiya şikayətində hesablanmış məbləğlərlə razılaşmamasını qeyd etdiyindən, iş üzrə tam və hər tərəfli araşdırma aparılması məqsədi ilə məhkəmə kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-7665/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Ekspertiza tədqiqatının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 18451 saylı ekspert rəyinə əsasən, borclunun xx xxxxxx 2013-cü il tarixə, əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu isə 83.022,38 ABŞ dolları hesablanmışdır. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil apxxlyator tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 1.033.944 ABŞ dolları əsas borc və 111.636,85 ABŞ dolları faiz borcu təşkil etsə də, lakin keçirilmiş ekspertiza tədqiqatı ilə əsas və faiz borcu məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, Bank tərəfindən ödənilməsi tələb olunan əsas və faiz məbləğinin çox hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə əsas və faiz borcu ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Çünki, iddiaçının təqdim etdiyi maliyyə arayışı subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut təqdim edilmədiyindən, həmin rəy iş üzrə mötəbər sübut hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Bxxə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, borcludan banka ödənilməmiş əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddianın cərimə borcu ilə bağlı hissəsinə münasibətdə həmin tələbi əsaslı hesab edərək kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi, müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə uyğun olaraq, cavadehlərdən iddiaçının xeyrinə tutulmuş cərimə borcunu müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. Bxxə olan halda, məhkəmə kollegiyası iddia tələbinin borcun tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və qanuna uyğun hesab edir. Bxxə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia tələbinin zaminlərlə bağlı olan hissəsinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, xxəcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarında həmin Məhkəmə bxxə nəticəyə gəlmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habxxə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və bxxə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan bxxə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Bxxə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. İşin hallarına, apxxlyasiya şikayətlərinin dəlillərinə və tərəflərin izhatlarına əsasən müəyyən olunur ki, zaminlər kredit xətti müqaviləsi üzrə bağlanmış kredit razılaşmaları ilə tanış olmamış, həmin kredit razılaşmaları üzrə müəyyən edilmiş faizlər, kreditin müddəti və məbləği ilə bağlı məlumatı olmamışdır. Bxxə olduqda, kollegiya yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarını əsas götürərək qeyd edir ki, zaminlər Cavabdeh3 Kiçik Müssisəsinin təsisçiləri olsalar da, bankla Cavabdeh3 arasında xx/xx/2013-cü il tarixli 100526-1-10102/1 saylı bərpa olunan kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx xxxx 2016-cı il tarixli 02 saylı razılaşma bağlanmış, həmin razılaşma ilə bağlı Cavabdeh3 təsisçilərin qərarı ilə təsdiqlənməmişdir. Cavabdehlərin təsisçi kimi həmin razılaşmanın bağlanmasına dair razılıqları olmadığından onların bank qarşısında olan məsuliyyətləri onlardan asılı olmayan səbəblərdən artmışdır. Bxxə olan halda onlar zamin qismində məsuliyyət daşıya bilməzlər və birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlmişdir. Tələbin ipoteka predmetlərinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşan kollegiya qeyd edir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habxxə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. İşin mübahisə olunmayan halına görə, Əliyev X5 şəhəri, X12 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli 5 otaqlı 254 kv.metr ümumi sahədən ibarət 3424A nömrəli bağ evinin banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarından görünür ki, Bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Kollegiya qeyd olunan hüquq normalarının mahiyyətinə əsasən hesab edir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş əmlaklara yönəldilməli, həmin əmlakların açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun tutularaq banka ödənilməsindan ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36-cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habxxə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və xxektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, xxektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Qeyd olunduğu kimi, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka qoyana məxsus olan daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclular isə üzərinə düşən öhdəlikləri lazımca yerinə yetirməmişdir. Buna görə də kollegiya hesab edir ki, ilk iddia üzrə qətnamənin “tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi” hissəsi də qanunidir və birinci instansiya məhkəməsi bununla bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya ipoteka predmetinə tutma yönəldikdən sonra ipoteka predmetinin boşaldılması ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər bxxə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və bxxə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Bxxə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində də əsaslıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Bxxə ki, “X6 ” İB-nin 220/10-17/M-01-S saylı xx xxxxxxx 2017- ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, X12 yerləşən 3424A nömrəli bağ evinin bazar dəyəri 1.350.000 manat məbləğində qiymətləndirilmişdir. Kollegiy mülki iş materiallarına əlavə edilmiş digər rəyləri nəzərdən keçirmiş və həmin rəylərin yuxarıda qeyd olunan rəyi təkzib etmədiyini müəyyən etmişdir. Bxxə olan halda qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı sübut müəyyən edilməmişdir. Göründüyü kimi ilk iddia üzrə birinci instansiya məhkəməsi ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə “Dövriyyədəki malların girov müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 bank qarşısında olan pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ümumi dəyəri 500000 manat (məhsulun hər tonununqiməti 378 AZN) olan 1322,7513 ton miqdarında buğda bankın xeyrinə girov qoyulmuşdur. Girov müqaviləsinin 5.1.10-cu bəndində qeyd edilmişdir ki, girov qoyan girov predmetini bankın bu barədə yazılı razılığı olmadan müqavilə ilə müəyyən olunmuş ünvandan daşımır. İşə yenidən apxxlyasiya qaydasında baxılarkən, Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma zamanı cavabdehin nümayəndəsinin izahatı əsasında müəyyən edilmişdir ki, heç bir halda buğdanın daşınması mümkün olmamış və dövriyyədəki malların girovu müqaviləsinin 5.1.10-cu maddəsinin tələbinə görə, girov predmeti bankın yazılı razılığı olmadan müqavilə ilə müəyyən edilən ünvandan daşına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 306.1-ci və 306.2-ci maddələrinə əsasən dövriyyədəki malların girovu zamanı girov qoyulan mallar girov qoyanda saxlanılır və girov qoyana girov qoyulmuş əmlakın (əmtəə ehtiyatları, xammal, materiallar, yarımfabrikatlar, hazır məhsul və i.a.) tərkibini və natural formasını dəyişdirmək hüququ verilir. Girov qoyanın özgəninkiləşdirdiyi dövriyyədəki mallar əldə edənin mülkiyyətinə keçdiyi andan girov predmeti olmur, girov qoyanın əldə etdiyi, girov müqaviləsində göstərilən mallar isə girov qoyanın onlara mülkiyyət hüququnun əmələ gəldiyi andan girov predmeti olur. Maddələrin məzmunundan göründüyü kimi, dövriyyədəki malların girovu onunla xarakterizə olunur ki, bu girov zamanı girov predmetinin tərkibi, natural forması dəyişdirilə bilər, girov predmeti yeni mal girov qoyulması şərti ilə özgəninkiləşdirilə bilər. Yeni girova qoyulmuş mal mütləq dövriyyədə olmalı, dövriyyədən gəlir gəlməlidir. Girov müqaviləsinin 5.1.10-cu bəndi isə dövriyyədəki malların girovunun mahiyyətinə zidd olmaqla, müqavilənin digər bəndləri uzlaşmır. Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Girov müqaviləsinin 5.1.10-cu bəndi qeyri-müəyyən olduğundan, həmin müqavilə şərti onun müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin - iddiaçının ziyanına şərh olunmalı, müvafiq mənfi nəticələri həmin tərəf daşımalıdır. Cavabdeh3 yerində monitorinq keçirərək girov qoyulan buğdaya müvafiq sərəncam vermək üçün nümayəndə göndərilməsi ilə bağlı banka müraciət etdiyini bildirərək, müvafiq məktubları birinci instansiya məhkəməsinə təqdim etmişdir. İddiaçının nümayəndəsi bxxə bir məktub almadıqlarını iddia etsə də, həmin məktubların üzərindəki və şirkətin göndərilən məktub və sənədlərin qeydiyyatı kitabındakı qeydlər iddiaçının bu dəlilini aradan qaldırmışdır. Bxxə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi məktublardan aydın olur ki, borc alan dəfələrlə banka, o cümlədən X3 Palatasına manatın ABŞ dolları qarşısında məzənnəsinin aşağı düşməsi ilə əlaqədar kredit müqaviləsinə dəyişikliklərin edilməsini xahiş etmişdir. O cümlədən borc alan xx.xx.2015-ci il tarixdə, xx.xx.2016 və xx.xx.2017-ci il tarixdə banka məktublar göndərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şirkətin qeydiyyat kitabına baxış keçirilərkən aydın olmuşdur ki, həm müqavilə şərtlərinin dəyişdirilməsi barədə təklifləri özündə əks etdirən məktublar, həm də buğdanın keyfiyyəti ilə bağlı banka ünvanlanmış məktublar ardıcıllıqla qeydə alınmışdır. Həmçinin məktubların üzərində “Hacıyeva” soyadı yazılmışdır. Göründüyü kimi, buğdanın keyfiyyəti ilə bağlı məktublar banka göndərilmiş və həmin məktublar bankın əməkdaşı tərəfindən alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında həmin məktubların bankın əməkdaşı olmuş “Hacıyeva” soyadlı şəxs tərəfindən qəbul edilməsini etiraf etdiyindən kollegiya hesab edir ki, girov predmeti bankın təqsiri üzündən yararsız vəziyyətə düşmüşdür. Kollegiya qeyd edir ki, iddiaçı girov predmeti olan buğdanın məhv olması nəticəsində cavabdeh iddiaçıdan 500000 manat məbləğində qiymətləndirilmiş 1322 ton buğdanın məhv olmasına görə real zərər qismində 636942,67 ABŞ dollarının; yararsız hala düşmüş buğdanın tullantı poliqonuna daşınması üçün sürücüyə verilmiş - 5500 manat; buğdanın tullantı poliqonuna qəbulu üçün verilmiş - 8000 manat; 24 ay ərzində zərərvericilərə qarşı mübarizə üçün Dövlət Fitosanitar Nəzarət Xidmətinə ödənilmiş - 2934,38 manat; buğdanın keyfiyyətinin yoxlanılmasına görə verilmiş - 820 manat; 1322 ton buğdanın saxlanması ilə əlaqədar əldən çıxmış faydaya görə - 57120 manat; buğdanın emala getməməsi nəticəsində əldə olnacaq gəlirə görə - 964905 ABŞ dollarıməbləğində pul vəsaitini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinindaha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habxxə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldənçıxmış fayda) başa düşülür. Qeyd olunduğu kimi, girov müqaviləsində girov predmetinin bankın razılığı olmadan müqavilədə müəyyən olunmuş ünvandan daşınması qadağan olunduğundan həmin buğdanın məhv olmasına görə də məsuliyyəti iddiaçı daşımalıdır. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habxxə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 tərəfindən qəbul edilmiş qərardan görünür ki, “xx" Kiçik Müəssisəsinin istehsal və xidmət sahələrinin ərazisinin, binaların və istifadə olunan maşın və avadanlıqların, mühasibat sənədlərinin, əşyaların, xxektron daşıyıcıların baxışı keçirilmişdir. Eyni zamanda həmin departamentin xx.xx.2017-ci il tarixli qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçirilməsi üzrə buğda satışı, un, kəpək, çörək istehsalı və satışı sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət olunmuş və mütəxəssisə xx.xx.2016 - xx.xx.2017-ci ildən olan dövrdə sərf olunmuş xxektrik enerjisi və ya avadanlıqların istehsal güclərinə və sair göstəricilərinə görə satılmış və emala verilmiş buğdanın, buğdadan alınmış un, kəpəkvə digər məhsulların aylar üzrə həcminin, istehsala çəkilmiş bütün xərclərin, əmək məsrəflərinin və mal material xərclərinin müəyyən olunması tapşırılmışdır. Bundan başqa, xx.xx.2017cı il tarixli qərarla səyyar vergi yoxlamasının aparılması zamanı xx.xx.2016 - xx.xx.2017-ci il tarixlərində satılmış buğda, un, kəpəkvə ya çörəyin real bazar satışı qiymətini müəyyən etmək üçün ekspertiza təyin olunmuşdur. Mütəxəssis rəyində qeyd edilmişdir ki, iki il müddətində saxlanıldığından 1322,78 ton buğda məhsulu istifadəsi mümkün olmayan vəziyyətə düşmüş və anbardan daşınaraq zərərsizləşdirilmiş, məhz buna görə 1322,78 ton buğda müəssisənin istehsal ehtiyatlarından silinmiş və nəticədə müəssisəyə ciddi zərər dəymiş, müəssisə hesabat ilini zərərlə yekunlaşdırmış, silinmə vergi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Göründüyü kimi, girov qoyulmuş 1322,78 ton buğdanın məhv olması səyyar vergi yoxlaması zamanı müəyyən olunmuşdur. Buğdanı iki il müddətində girovda saxlamaqla müəssisənin fəaliyyətinin məhdudlaşdırılmasının, həmin idxal olunmuş məhsulun məhvi nəticəsində müəssisəyə dəymiş ziyanın müəyyən edilməsinə dair xx.xx.2017-ci il tarixli A6-071 saylı audit rəyində girova götürülən 500000 manat dəyərində buğdanın 2014-cü ildə Qazaxıstan Respublikasından idxal edildiyi, idxal zamanı kursun 1 ABŞ dolları - 0,785 manat olduğu, 1322,78 ton buğdanın idxal olunmasına 2014-cü ilin sonlarında 636456,21 ABŞ dolları vəsait ödənildiyi qeyd edilmişdir. Həmin kurs nəzərə alınmaqla (500000 manat ÷ 0,785 manat) 636456,21 ABŞ dolları dəyərində buğdanın məhv edildiyi hesablanmışdır. Cavabdeh3 'Kiçik Müəssisəsi buğdanı xarici ölkədən idxal etdiyindən, onun dəyərini ABŞ dolları ilə ödədiyindən ona dəmiş real zərər hesablanarkən dolların manata məzənnəsi nəzərə alınmalıdır. Bxxəliklə, iddiaçıdan Cavabdeh3 xeyrinə 636456,21 ABŞ dolları real zərər tutulmalıdır. Göründüyü kimi, məhv olmuş buğdanın zərərsizləşdirilməsi ilə əlaqədar Cavabdeh3 13500 manat (8000 manat + 5500 manat ) real xərc çəkmişdir ki, həmin məbləğ iddiaçıdan tutulmalıdır. Cavabdeh3 həmçinin zərərvericilərə qarşı mübarizəyə və buğdanın keyfiyyətinin yoxlanılmasına görə çəkilmiş (2934,38 manat + 820 manat) xərcləridə tələb etmişdir. Girov müqaviləsinin 5.1.6-cı bəndinə əsasən girov predmetinin salamatlığını təmin etmək girov qoyanın vəzifəsi olduğundan, yuxarıda adı çəkilən xərclər də girov qoyana aid edilməli və qarşılıqlı iddia həmin hissədə təmin olunmamalıdır. Girov qoyulmuş buğdanın emala getməməsi nəticəsində əldə olunacaq 964905ABŞ dolları tələblə bağlı aşağıdakılar qeyd olunmalıdır: Səyyar vergi yoxlaması çərçivəsində əldə olunmuş ekspert rəyində qeyd olunmuşdur ki, yoxlama aparılan dövrdə istehsal olunan məhsulun rentabxxliyi 10-12 % arasında olmuşdur ki, bu da un üyütmə sahəsi üçün aşağı göstəricidir. Mütəxəssis rəyində də göstərilmişdir ki, girov qoyulmuş 1322,78 ton buğdanın 2017-ci ilin mayına kimi iki il müddətində hər ay emala getməməsindən müəssisə mənfəət əldə etməmiş və nəticədə büdcəyə ödəniləcək əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisi kəskin azalmışdır. Göründüyü kimi, vergi yoxlaması çərçivəsində girov qoyulmuş buğdanın dövriyyədə olmaması, yəni hər ay emala getməməsi nəticəsində Cavabdeh3 mənfəət əldə etmədiyi müəyyən olunur. Dövriyyədəki malların girovunun mahiyyəti ondan ibarətdir ki, girov predmeti stabil olaraq qalmamalı, daim dəyişdirilməli, dövriyyədə olmalı, gəlir gətirməlidir. Buğdanın dövriyyəyə buraxılmasını əngəlləyən müqavilə şərti nəticəsində Cavabdeh3 hər ay gəlir əldə emək imkanından məhrum olmuşdur. Bxxəliklə, girov qoyulmuş buğdanın üyüdülməsi nəticəsində əldə olunacaq gəlirə görə 964905 ABŞ dollarının bankdan Cavabdeh3 xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 57120 manat əldən çıxmış faydaya görə qarşılıqlı iddia tələbini haqlı olaraq rədd etmişdir. Bxxə ki, bu tələb onunla əsaslandırılmışdır ki, müəssisə anbarında Fövqəladə Halar Nazirliyinin Dövlət X1 müqaviləsinə əsasən Taxıl Fondunun 14000 ton buğdasını saxlancda saxlayır. Taxıl Fondunun 1322 ton miqdarında buğdası 24 ay müddətində saxlancda saxlanılsa idi, 57120 manat gəlir əldə olunardı. Tərəf girov qoyulmuş buğdanın anbarda saxlanması nəticəsində Taxıl Fondunun eyni miqdarda buğdasını saxlaya bilməməsi ilə bağlı real sübut təqdim edilmədiyindən qarşılıqlı iddia bu hissədə təmin oluna bilməz. Həmçinin qeyd olunmalıdır ki, vergi yoxlaması çərçivəsində müəssisənin bu növ gəlirdən məhrum olması müəyyən olunmamışdır. İddiaçının qarşılıqlı iddia tələbinə etirazının əsası ondan ibarətdir ki, cavabdeh tərəf hüquqdan sui-istifadə edərək girov qoyulmuş buğdanı yeni buğda ilə əvəz edə biləcəyi halda bunu etməmişdir. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə müqavilənin 5.1.10-cu bəndini qeyri-müəyyən şərt kimi iddiaçının əleyhinə şərh etmişdir. Həmçinin cavabdeh tərəf müqavilənin 5.1.10-cu bəndinə istinad etməklə, banka müraciət etməsinə baxmayaraq bank heç bir tədbir görməmiş, ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman ümumiyyətlə dövriyyədəki malların girovu barədə müqavilənin bağlanması barədə məlumat verməmişdir. Buğdanın saxlandığı anbarın standartlara uyğunluğu barədə məlumatın verilməməsi ilə bağlı dəlillə əlaqədar qeyd olunmalıdır ki, girov predmeti girov saxlayanın iradəsi əsasında girov qoyanın saxlancına verilmiş, əgər anbar standartlara uyğun deyildirsə, müqavilə bağlanan zaman bu qeyd edilməli idi. Həmçinin dəvət olunmasına baxmayaraq bank buğdanın keyfiyyətinin yoxlanılmasına öz nümayəndəsini göndərməmişdir. Məhv olmuş buğdanın məhz girov qoyulmuş buğda olmaması barədə dəlil də işdə olan yuxarıda adları çəkilən çoxsaylı sənədlərin məcmusu ilə təkzib olunur. Bxxə ki, cavabdeh tərəfin təqdim etdiyi maliyyə, vergi və digər sənədlər məzmun, tarix etibarilə bir-biri ilə uzlaşır və biri digərini inkar edən hər hansı hal aşkar olunmamışdır. İddiaçı qeyd olunan sənədlərin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil təqdim etməmişdir. Kollegiya qeyd edir ki, saxlama müddəti bitmiş buğdanın girov qoyulması barədə iddiaçının dəlili də əsassızdır. Bxxə ki, təqdim olunmuş gömrük sənədlərindən buğdanın 2014-cü ilin noyabr ayında idxal edildiyi görünür ki, müqavilənin 2015-ci ilin may ayında bağlanması nəzərə alınsa, 8 aylıq müddət bitməmişdir. Nəticə: Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxlyasiya şikayəti rədd edilməli, ilk iddia üzrə cavabdeh xx” Kiçik Müəssisəsinin apxxlyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh3ndən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalı olan əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu isə 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilməli, ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən həmin məbləğ Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apxxlyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlk iddia üzrə iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apxxlyasiya şikayəti rədd edilsin. İlk iddia üzrə cavabdeh xx” Kiçik Müəssisəsinin apxxlyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5130/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh3ndən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulmalı olan əsas borcu 999.353,45 ABŞ dolları, faiz borcu isə 83.022,38 ABŞ dolları məbləğində müəyyən edilsin. Ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən həmin məbləğ Cavabdeh3ndən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apxxlyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar