Məhkəmə qərarları › İş №2(103)-6609/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6609/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6609/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması » tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9927/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması » tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir., Binəqədi Rayon Məhkəməsinin 2(001)-9927/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 2.846,64 manat əsas, 792,23 manat faiz borcu olmaqla, ümumilikdə 3.638,87 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə, əsas və faiz borcunun müəyyən edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9927/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi o, qətnaməni məhkəməyə rəsmi müraciət etmək yolu ilə xx.xx.2020-ci il tarixdə əldə etmiş və apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9927/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehşikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3şikayəti qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9927/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-9927/2017 saylı xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi cavabdehə məhkəmənin xx xxxxxxxx 2017-ci il tarixli məktubu ilə göndərilsə də, məktubun ünvan sahibinə çatdırılmasına dair xəbərnamə iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Mülki Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehə məhkəmə qətnaməsinin təqdim edilməsini təstiq edən hər-hansı sübut iş materiallarına əlavə edilməmişdir. Buna görə də, müddətin axımının başlanması tarixini müəyyən etmək mümkün olmur. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu baxımdan, məhkəmə kollegiyası şikayətdə göstərilən dəlilləri qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 9927/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 357-358, 360, 361, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9927/2017 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360 və 361-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün məhkəmənin icraatına götürülməlidir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar