Məhkəmə qərarları › İş №2(103)-6611/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6611/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6611/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4614/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 1465,46 manat əsas, 337,29 manat faiz, 1141,91 manat cərimə, 214,40 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 3159,06 manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı X3 xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4614/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə həmin iddia tələbinə dair ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilərək baxılmasını, əks təqdirdə şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışlar ki, MPM 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işçilər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etmişsə və bu qaydanı təbiq etmək imkanını itirməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi məhkəməyə təqdim edilən zaman məhkəmənin məhkəmə icraatı mümkün hesab edilmiş və iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. X1 tərəfindən yaradılmış işçi qrupunda vətəndaşların Fərmanın təsir dairəsinə düşübdüşməməsi barədə hər hansı rəsmi siyahı yoxdur. Prezidentin 551 saylı Fərmanının təsir dairəsinə düşmüş müştərilər X2 Palatasının müvafiq portalından çıxarış əldə edərək ƏSFna ərizə ilə müraciət etdikdə və həmin ərizə yaradılmış işçi qrupunun icraatına daxil olduqda sözügedən borclunun kredit qalıqları qaydalara əsasən restrukturizasiyaya başlanılır. Bununla da yalnız qeyd edilən mərhələdə olan müştərilərin Fərmanın təsir dairəsinə düşübdüşməməsi işçi qrupuna aydın olur. Cavabdeh1 restrukturizasiya ilə bağlı banka müraciət etməmişdir. Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanının 6-cı bəndində qeyd olunub ki, “banklara tövsiyə edilsin ki, 6.2.fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər.” İşlərin geri çağırılması yalnız bankların səlahiyyətinə aid edilmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Məcəllənin 324.1, MPM-in 267.1, 267.3, 269.1, 269.2-ci maddələrinə istinad etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4614/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər.Məhkəmə, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın 3.2-ci bəndinə əsasən 1-ci hissəyə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görmələri tövsiyə olunmuşdur. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən işlərin məhkəmədən geri çağrılmasına dair müddət bir ay həddində müəyyən edilməsinə, hazırda isə altı aya yaxın bir müddətin keçməsinə baxmayaraq Fərmanın göstərilən bəndinin icrası təmin edilməmişdir. Bu isə işlərin lüzumsuz yerə təxirə salınmasına, tərəflərin dəfələrlə məhkəməyə çağrılmasına şərait yaratmaqdadır. Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Hazırkı iş üzrə fərmanın icrası ilə bağlı İddiaçı ASC təfindən Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanın təsiri altına düşüb –düşməməsi barədə heç bir məlumat verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, istinad olunan Fərmanda nəzərdə tutulanlarla bağlı işin məhkəmədən kənar həll edilməsinə dair yeni əsaslar yaranmışdır. Məhz bu baxımdan Fərmanda göstərilənlərin tətbiqi mövcud kredit müqavilələri üzrə öhdəliyin icrasının tələb edilməsi imkanlarını məhdudlaşdırır. Tərəflərin, ilk növbədə kreditorun mövcud olan münasibətlərin Fərmanın təsir dairəsinə düşməsi ilə bağlı məhkəməni və borclunu məlumatlandırmaq vəzifəsi vardır. Borclunun isə bu məlumatı aldıqdan sonra kompensasiya əldə etmək, icra edilməyən öhdəliyin qaldığı halda yeni mühüm şərtlərin razılaşdırılan müqavilənin bağlanması imkanı tanınır. Lakin Fərmanda göstərilən son müddətin, yəni 45 gün müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq kreditorun borclunu məlumatlandırmasına dair öz üzərinə düşən vəzifəsini yerinə yetirməmiş və faktiki olaraq hazırkı mülki işin icraatının davam etdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Hər bir halda Fərmanın tələbinə əsasən mövcud kredit münasibətləri üzrə öhdəliyin icrasının tələb edilməsi istisna olduğundan kredit verən təşkilatlara tövsiyyə olunmuşdur ki, məhkəmlərdə başlanmış icraatların geri çağrılmasını təmin etsinlər. Lakin göründüyü kimi, Fərmanın bu tələbinə də əməl olunmur. Məhkəmə tərəfindən yaranmış vəziyyətə aydınlıq gətirilməsi ilə bağlı iddiaçı tərəfə sorğu göndərilməsinə baxmayaraq məsələnin müsbət həlli mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki işə iddia icraatı qaydasında mülki mühakimə icraatı üzrə baxıla bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4614/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4614/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar