Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6617/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevin Mahir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və “xxxxxxx” Sığorta Şirkətinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qəbul etdiyi 2(008)-7031/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxx” Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsini xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “Hyundai Sonata” markalı, 90- XE-379 dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh ona vurulmuş maddi ziyana görə 1.625 (bir min altı yüz iyirmi beş manat) manat, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, vurulmuş mənəvi ziyana görə 10000 manat, ümumilikdə 16.055 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxx” Sığorta Şirkətinin 3-cü şəxs qismində deyil, cavabdeh qismində işə cəlb edilməsi, cavabdehlər Cavabdeh və “xxxxxxx” Sığorta Şirkətindən müştərək olaraq ona vurulmuş maddi ziyana görə 1625 manatın, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, vurulmuş mənəvi ziyana görə 10000 manat, ümumilikdə 11.655 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7031/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və “xxxxxxx” Sığorta Şirkətindən dəymiş zərərin əvəzi olaraq 1625 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxxxxx” Sığorta Şirkəti ntərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh “xxxxxxx” Sığorta Şirkəti tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (360). Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir (362). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (364). İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qərarı xx.xx.2019-cu il tarixli məktubla cavabdeh “xxxxxxx” Sığorta Şirkətinin işdə olan ünvanına göndərilmiş, lakin poçt zərfi məhkəmə qaytarılmadığından, qətnamənin cavabdeh tərəfindən alınıb– alınmamasını təsdiq edən poçt xəbərnaməsi məhkəməyə daxil olmamışdır. Bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmadan cavabdeh “xxxxxxx” Sığorta Şirkəti tərəfindən verilmiş apellyasyia şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir ki, bu da işə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Beləliklə, hazırki mülki iş üzrə apellyasiya şikayətinin mümkünlük məsələsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmadığı üçün apelyantın mübahisələndirdiyi qətnamədən verilmiş apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində göstərilən tələblərə uyğunluq məsələsinə qiymət verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 364 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxxxxx” Sığorta Şirkəti tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-7031/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin digər tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-6617/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6617/2020
07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver