Məhkəmə qərarları › İş №2(103)-662/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-662/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-662/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(002)- 1248/19 saylı qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.11.2013cü il tarixli kredit müqaviləsinə əsasən, 05.03.2019-cu il tarixə banka olan 35.335,76 manat (otuz beş min üç yüz otuz beş manat 76 qəpik) əsas borc, 1826,50 manat (min səkkiz yüz iyimi altı manat 50 qəpik) məbləğində cərimə, ümumilikdə 37162,26 manat (otuz yeddi min yüz altmış iki manat 26 qəpik) məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 iddiaçı "İddiaçı xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini müstəqil ekspertiza rəyi əsasında müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğin Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçınə ödənilməsi, daşınmaz əmlaka tutma yönəldikdən və satıldıqdam sonra ipoteka qoyan Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-1248/19) iddia qismən təmin edilmiş, 28.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə 05.03.2019-cu il tarixə banka olan 35335,76 manat (otuz beş min üç yüz otuz beş manat 76 qəpik) əsas borc, 1000 (min) manat cərimə, ümumilikdə 36335,76 manat (otuz altı min üç yüz otuz beş manat 76 qəpik) məbləğində borc pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 tutularaq iddiaçı "İddiaçı xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməklə açıq hərracda satılması və yuxarıda qeyd olunan tutulmalı məbləğ onun açıq hərracda satışından əldə olunan vəsait hesabına iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra ipoteka qoyan Cavabdeh mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı “Bank VTB (Azərbaycan)” ASC apellyasiya şikayəti verərək, qətnamənin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Mərdanova, hakimlər E.Həsənov və F.Babayev, iş № 2(103)- 15044/19) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Əliyev, hakimlər M.Əhmədova, İ.Xəlilov, iş № 2(102)-2984/20) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən olunması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27.11.2013-cü il tarixli 119713-1-9934 saylı kredit razılaşması əsasında bank tərəfindən kreditalana 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit razılaşmasının şərtlərinə uyğun olaraq bank ilə Cavabdeh arasında bağlanmış 28.11.2013-cü il tarixli 119713-1-9934/1 saylı, “Kommeriya krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 16 faiz hesablanması şərti ilə 60 ay müddətinə 188.000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş və kredit razılaşmasına əsasən veriləcək kreditlərin təminatı kimi Cavabdeh ozünə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzil 28.11.2013-cü il tarixli 119713-NEDVİJ-2018 saylı “Daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni anda kredit razılaşması üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə Zamin1 27.11.2013-cü il tarixli 11971-7-6239 saylı zaminlik müqaviləsi əsasında, Zamin2 19.02.2016-cı il tarixli 356307 saylı zaminlik müqaviləsi əsasında, Zamin3 18.03.2016-cı il tarixli 360253 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Lakin borclu Cavabdeh öhdəlikərini 10 iyul 2017-ci il tarixdən icra etməmiş və nəticədə 28.11.2013-cü il tarixli 11973-1-9934/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh banka 35335,76 manat məbləğində əsas borc, 1826,50 manat məbləğində cərimə, ümumilikdə 37162,26 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələblərinin təmin olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 23.2 kv.m. yardımçı sahəsi 22.1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin bu günə olan bazar dəyərinin 116.400 manat məbləğində qiymətləndirilməsi həqiqəti təhrif etməklə yanaşı, həmin daşınmaz əmlak dəyərinin həqiqi bazar dəyərindən yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmamışdır. “xxxx” MMC tərəfindən qiymətləndirilmiş Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 23.2 kv.m. yardımçı sahəsi 22.1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin bu günə olan bazar dəyəri 116.400 manat deyildir. Həmin daşınmaz əmlak qiymətləndirilən zaman onun həqiqi bazar qiyməti düzgün qiymətləndirilməmişdir, qətnamədə göstərilmiş dəyər isə həmin daşınmaz əmlakın real bazar qiymətini əks etdirmir. Beləliklə işin yuxarıda qeyd olunan halları ilə sübuta yetirilir ki, “xxxx” MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən yuxarı müəyyən olunmuş və bununla da birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin 116.400 manat müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Bu səbəbdən də qətnamə həmin hissədə ləğv edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində iddiaçı qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsidə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız həmin hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi tərəfindən mənzilin ilkin satış qiyməti 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilmişdir. Əvvəlki apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, lakin kassasiya instansiyası məhkəməsinin 18 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində ləğv olunmuş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə müstəqil qiymətləndiricinin rəyini almışdır. “xxxx” MMC tərəfindən verilmiş ƏEM/A 53-374/21 saylı, 07 aprel 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı, 7 nömrəli mənzilin 07 aprel 2021-ci il tarixinə likvid dəyəri 82000 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsasları ilə razılaşsa da, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı, 7 nömrəli mənzilin ilkin satış qiyməti ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə qətnamə dəyişdirilməli, ilkin satış (likvid) qiyməti 82000 manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(002)- 1248/19 saylı qətnaməsi Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin ilkin satış qiymətinin 116400 (yüz on altı min dörd yüz) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 45,3 kv.m, yaşayış sahəsi 23,2 kv.m, yardımçı sahəsi 22,1 kv.m olan 1 otaqlı 7 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti 82000 (səksən iki min) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar