Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6623/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə Abbasov Ayaz Mayıl oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən Bank tərəfindən borcalan Abbasov Ayaz Mayıl oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı 31 avqust 2016-cı il tarixli qərardadı ilə iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Abbasov Ayaz Mayıl oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
3. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir.
4. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Abbasov Ayaz Mayıl oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə əsas məbləğ üzrə borc : 1.774,43 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 0,00 manat, cərimə borcu: 8.263,25 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,00 manat, cəmi borc: 10.037,68 manat borcu yaranmışdır;
5. xx.xx.2023-ci il tarixli, G-3323 saylı məktubundan və məktuba əlavə edilmiş V116/2021-ci il tarixli vərəsəlik işindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 2021-ci ildə 2- V-236, 2-V-248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində vəfat etmiş Abbasov Ayaz Mayıl oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dan əsas məbləğ üzrə borc: 1.774,43 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 0,00 manat, cərimə borcu: 8.263,25 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,00 manat, cəmi borc: 10.037,68 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 120,11 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və Abbasov Ayaz Mayıl oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Abbasov Ayaz Mayıl oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X12 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Abbasov Ayaz Mayıl oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Banka məlum olmuşdur ki, Abbasov Ayaz Mayıl oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2023-ci il tarixli, G-3323 saylı məktubundan və məktuba əlavə edilmiş V116/2021-ci il tarixli vərəsəlik işindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 2021-ci ildə 2-V-236, 2-V-248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, Qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X12 Azərbaycan” QSC qarşısında borc hal-hazırda Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1.774,43 manat, hesablanmış və ödənilməmiş faiz borcu: 0,00 manat, cərimə borcu: 8.263,25 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 0,00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 0,00 manat, cəmi borc: 10.037,68 manat təşkil edir. İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir.
8. Cavabdeh tərəf ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bank tərəfindən öhdəliyin icra müddəti 20 fevral 2020-ci il tarixə kimi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı 2016-cı ildə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli məktubu əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında Xətai Rayon Məhkəməsinin 2(011)- 7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixli müqavilə üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MM-nin 373.2, 375.2, 377.2, 378, 1133.1, 1133.2, 1146, 1151.1, 1255, 1306 və 1309-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər miras aktivlərini qəbul etdikləri kimi, miras passivlərini də qəbul etməlidirlər. Məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmalı olan halları araşdırmamış, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir. Cavabdehlər Bankın iddiasına qarşı etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmədilər. Məhkəmə qətnaməsində sübut qismində qiymətləndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli məktubunu elektron məhkəmə sistemində öz əksini tapmamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Yalnız cavabdehin mülahizəsini qəbul etmişdir. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixdə 5 (beş) il müddətinə müqavilə imzalanmışdır müqavilə müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, iddia müddətinin belə hallarada 3 il olmasını nəzərə alıb xx.xx.2023-cü il tarixində qənaətə qəlmək olar. Lakin məhkəmə aktının ləğv edilməsi, 2021-ci ildə borclunun ölməsi, bunlar barədə banka məlumatın yalnış 2023-cü ilin dekabırında məlum olması, vəfat etmiş borclunun vərəsələrinin müəyyən edilməsinə sərf edilmış vaxt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. Məhkəmə hazır ki iş üzrə sərgilədiyi mövge yanlış olduğundan və işin həqiqi hallarına uyğun olmadığından yekun məhkəmə aktı səhf əsaslarla qəbul edilmişdir. Məhkəmə bu yalnış nəticəyə cavabdehin verdiyi, hər hansı sübüta əsaslanmayan, habelə iddiaçının həmin ərizə ilə əlaqədar mövgeyini aydınlaşdırmadan, yalnız cavabdehin mülahizəsi əsasında gəlmişdir. Məhkəmənin bu hissədə araşdırması tam dolğun və hərtərəfli olması, işin bütün hallarına obyektiv yanaşması olduğu təqdirdə cavabdehdən və habelə məhkəmə tapşırığı əsasında iddiaçı Bankdan kredit kartının istifadəsi hissəsi araşdırılmalı idi.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin eidlməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia müddəti ötürülməmişdir. Bank cavabdeh X4 qarşı iddia müddəti ötürülmədən tələb irəli sürmüşdür. 20 iyun 2016-cı il tarixdə məhkəmə bankın iddiasını təmin etmişdir. Onlar məhkəmə əmrinin ləğvi ilə bağlı məlumatı 2024-cü ilin yanvar ayında bilmişlər. Məlumat belə əldə olunmuşdur ki, qərarın icrası ilə bağlı icra şöbəsinə müraciət olunanda onlara məktub daxil olmuşdur ki, həmin qərar üzrə icra işinə xitam verilmişdir. Cavabdehin 2021-ci ilin avqust ayında vəfat etməsi ilə bağlı məlumat əldə etdilər. Bnunla bağlı onlar vərəsələrin müəyyən olunması ilə bağlı müraciət etdilər və vərəsələrə qarşı iddia irəli sürdülər. Məhkəmə hesab edir ki, bank iddia müddətini ötürmüşdür, lakin müqavilə üzrə tələb 2016-cı ildə irəli sürülmüşdür. Hesab edir ki, onlar iddia müddətini ötürməmişlər. Onlar məhkəməyə müraciət edən zaman iddia müddətinin axımı dayandırılmalı idi. Onların icra işinin vəziyyəti ilə bağlı müraciətləri olmuşdur və son olaraq icra işinə xitam verilməsi ilə bağlı yanvar ayında məlumat əldə etmişlər. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
21.372-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 22.373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 25.380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 26.381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 27.507-ci maddəsinə əsasən əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. 28.739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 29.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 30.1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 31.1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 33.«X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.” 34.Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə mərhum Abbasov Ayaz Mayıl oğlu arasında 20 fevral 2015-ci il tarixli kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi 5 illik müddətinə bağlanmış, müqaviləyə əsasən icra müddətinin sonu 20 fevral 2020-ci il tarixi kimi müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş, bununla da üzərinə düşən müqavilə öhdəliyini pozmuşdur.
37. Borclu, tərəf olduğu kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etmədiyi üçün bank tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı 31 avqust 2016-cı il tarixli qərardadı ilə iddiaçı "X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Abbasov Ayaz Mayıl oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir.
38. Abbasov Ayaz Mayıl oğlu xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən və xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 2021-ci ildə 2-V-236, 2-V-248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edildiyindən “X12 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti hazırkı iddia ilə borclunun vərəsələrinə qarşı məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras əmlakdakı paylarına mütənasib surətdə miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır.
40. Hazırki işdə isə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakın olması, həmin əmlakın vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul edilməsi, vərəsəlik işinin açılması və s. bu kimi halların müəyyən edilməsinə baxmayaraq cavabdeh tərəf təqdim etdiyi ərizəyə əsasən məhkəmədən iddia müddətinin tətbiqini xahiş etmiş, məhkəmə də yuxarıda qeyd olunanlara əsasən iddiaçının müqavilə öhdəlikləri üzrə icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürdüyü qənaətinə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 20 fevral 2020-ci il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 4 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür.
41. İddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı 31 avqust 2016-cı il tarixli qərardadına istinadı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddia baxılmamış saxlanıldığı halda, Mülki Məcəllənin 381.1-ci maddəsində müəyyən edilən nəticə yaranır və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni həmin iddianın irəli sürülməsi artıq iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia irəli sürüldüyü gündən baxılmamış saxlanıldığı günədək olan müddət başlanmış iddia müddətindən çıxılmır.
42. Beləliklə iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilmədiyindən, iddia müddəti isə keçdiyindən və cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. 43.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 45.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1872/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev