Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6627/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6627/2024 (Açar sözlər: borcun ödənilməsi, müddətin keçməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 iyul 2019-cu il tariхli, 100821- 171518/10 nömrəli Güzəştli krеdit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2535.87 manat məbləğində kredit vermişdir.
2. Cavabdeh2 Bank qarşısında öhdəliyinin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı “Expressbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 303.3 manat məbləğində əsas bоrc və 1.72 manat faiz borcu оlmaqla, cəmi 305.02 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barəd qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Expressbank” ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 15 iyul 2019-cu il tariхli, 100821- 171518/10 nömrəli Güzəştli krеdit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2535.87 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 arasında 15 iyul 2019-cu il tariхli, 100821-171518/10 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (bоrcalan tərəfindən 15 iyul 2019 il tariхli, 100821-171518/10 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə) bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 28 avqust 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 303.3 manat məbləğində əsas bоrcu və 1.72 manat faiz borcu оlmaqla, cəmi 305.02 (üç yüz beş manat iyirmi qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Güzəştli krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 15 iyul 2019-cu il tariхli 100821-171518/10 saylı kredit müqaviləsi üzrə əsas bоrca görə 303,3 manat, faiz borca görə 1,72 manat оlmaqla, cəmi 305,02 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 470.1, 472, 477.0.4, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284- 5.3, 284-5.4, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsində (9.1-ci bənd) onun verilmə müddəti təyin edilməmişdir. Odur ki, bu halda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilə bilərdi. Hazırkı iş üzrə zaminliyin təmin edildiyi öhdəliyin icrası vaxtı 15 iyul 2024-cü il tarixə düşür və Bank tərəfindən də əsas borclu və zaminlərə qarşı məhkəmədə 03 sentyabr 2024-cü il tarixdə iddia irəli sürülmüşdür. Lakin məhkəmə tərəfindən yanlış olaraq, əsas öhdəliyin bitdiyi tarix, yəni 15 iyul 2024-cü ilzaminlik müddətinin qurtardığı tarix kimi qəbul edilmiş və bu əsasla da zaminliyə xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
12. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
13. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
14. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
15. Maddə 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
19. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və yalnız iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsi mübahisələndirildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia tam təmin edilməlidir.
26. Birinci instansiya məhkəməsi zaminlik münasibətləri ilə bağlı mülki qanunvericiliyin müvafiq normalarını işin faktiki normalarına tətbiq edərkən yanlışlığa yol vermişdir.
27. Kollegiya ilk növbədə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
28. Hazırki işdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər.
29. İddianın mahiyyəti ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş 15 iyul 2019-cu il tariхli, 100821-171518/10 nömrəli Güzəştli krеdit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2535.87 manat məbləğində kredit verilmişdir.
30. 15 iyul 2019-cu il tariхli 100821-171518/10 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 zamin olaraq bank-İddiaçı ASC qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşımağa razı olmuşdur.
31. xx.xx.2024-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh2 istehlak kredit müqaviləsinə əsasən 303,3 manat məbləğində əsas bоrc və 1,72 manat faiz borcu оlmaqla, cəmi 305,02 manat borcu mövcuddur.
32. Beləliklə, işin mübahisəsiz hallarına görə 15 iyul 2019-cu il tariхli, 100821- 171518/10 nömrəli müqavilə əsasında iddiaçı Bank Cavabdeh2 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2535.87 manat məbləğində kredit vermiş, eyni zamanda, onun həmin müqavilədən irəli gələn öhdəliyinin icrası eyni tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 zaminliyi ilə təmin edilmişdir.
33. Birinci instansiya məhkəməsi iddianı zamin, yəni digər Cavabdeh1 münasibətdə rədd edərkən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan zaminlik müqaviləsindən göründüyü kimi onun qüvvədə olma müddəti müəyyən edilmişdir, yəni zaminlik müqaviləsinin qüvvəsi kredit müqaviləsinin müddəti ərzində olmaqla, xx.xx.2024-cü il tarixindən zaminlik müqaviləsinə müddətinin bitməsinə görə xitam verilməli olduğundan məhkəmə hesab edir ki, hazırda iddia tələbi üzrə Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz.
34. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
35. Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
36. Qanunvericiliyin normalarından da göründüyü kimi zaminliyə xitam verilmə əsasının yaranması üçün ilk növbədə müvafiq müqavilədə onun verilmə müddətinin təyin olunub-olunmaması yoxlanmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində bu cür müddətin müəyyənləşdirildiyini və həmin müddətin kredit müqaviləsinin bitmə müddəti olduğunu qeyd etsə də, müqaviləyə nəzər yetirildikdə göstərilən hallar öz əksini tapmır.
37. Belə ki, sözügedən zaminlik müqaviləsində onun verilmə müddətinə dair hansısa müddəa öz əksini tapmamış, birinci instansiya məhkəməsinin qeyd etdiyi kredit müqaviləsinin bitmə tarixi isə əslində, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının bitməsini nəzərdə tutmuşdur.
38. Zaminlik müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi vaxtdan qüvvəyə minir və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kreditlər, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin Banka tam həcmdə icra olunduğu tarixədək qüvvədədir.
39. Eyni tarixli kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən kreditin müddəti 60 ay, yəni xx.xx.2024-cü il tarixədək müəyyən olunmuşdur.
40. Beləliklə, hazırki iş üzrə zaminlik müqaviləsində onun verilmə müddəti qeyd olunmadığından, qanunvericiliyə əsasən belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verildiyindən və öhdəliyin icrası üçün son tarix xx.xx.2024-cü il olduğundan, iddiaçı tərəfindən də borclu ilə birlikdə zaminə qarşı da iddia xx.xx.2024-cü il, yəni həmin 1 illik müddət ərzində qaldırılmışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı tərəfindən zaminə iddia qaldırılması ilə bağlı qanunla müəyyən edilmiş müddətlər ötürülməmiş və birinci instansiya məhkəməsi işin hallarını düzgün şəkildə aydınlaşdırmamışdır.
41. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, nəticədə həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsinə yol açmışdır.
42. Buna görə də məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia hər iki cavabdehə münasibətdə tam təmin edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
44. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat, həmçinin apellyasiya şikayətinin verilməsin üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-3066/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin. İddia təmin edilsin. 15 iyul 2019-cu il tariхli 100821-171518/10 saylı kredit müqaviləsi üzrə əsas bоrca görə 303,3 manat, faiz borca görə 1,72 manat оlmaqla, cəmi 305,02 (üç yüz beş manat, iki qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumu məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov