Məhkəmə qərarları › İş №2(103)-6630/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6630/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6630/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızıznın katibliyi ilə İddiaçının nümayəndəsi X2, Cavabdeh Fəhradov Adıgözəl Cəbrayıl oğlunun nümayəndəsi-vəkili Şamilov Vuqar Oktay oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Fəhradov Adıgözəl Cəbrayıl oğluna, X4, X5, X10 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli, xx.xx.2020- ci il tarixli qərardadından cavabdeh Fəhradov Adıgözəl Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1, Fəhradov Adıgözəl Cəbrayıl oğluna, X4, X5, X10 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh Fəhradov Adıgözəl Cəbrayıl oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəmənin 2(010)-379/2018 nömrəli, xx.xx.2018-ci il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 379/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadından cavabdeh Fəhradov Adıgözəl Cəbrayıl oğlu tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış və cavabdeh Fərhadov Adıgözəl Cəbrayıl oğlu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh Fəhradov Adıgözəl Cəbrayıl oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, X7, X8, X12 və X1 iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh Fəhradov Adıgözəl Cəbrayıl oğlunu və nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Fərhadov Cəbrayıl Adıgözəl oğlu Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-379/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin səbəbinin üzrlü olması barədə məhkəməyə sübut təqdim etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, Fərhadov Cəbrayıl Adıgözəl oğlunun xx.xx.2018-ci il tarixli barışıq sazişindən məlumati olmuş və həmin barışıq sazişi onun tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Bundan başqa apellyasiya məhkəməsi tərəfindən qərardad xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, həmin qərardadla Suraxanı rayon Məhkəməsinin qərardadının mübahisələndirilməsi izah olunmuşdur. Lakin həmin qərardaddan ərizəçi tərəfindən xx.xx.2020-ci il tarixdə şikayət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (MPM, 128.3-cü maddə). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. (Mülki Prosessual Məcəlləsinin 129.2-ci maddəsi) Göründüyü kimi cavabdehin sözügedən qərardaddan şikayət verməsi üçün qanunla müəyyən edilmiş müddəti heç-bir üzürlü səbəb olmadan ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti geri qaytarılır. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır və apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzürlü səbəbdən olmadan ötürüldüyündən, müddəti bərpa etməməklə apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdeh Fərhadov Cəbrayıl Adıgözəl oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar