Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6635/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadəninkatibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(002)-2678/2024 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2014-cü il tarixli 1xx/xx/65349/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 90116,79 manat məbləğində əsas borc, 27167,76 manat məbləğində faiz borcu, 15806,32 manat məbləğində cərimə borcu, 1126,80 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 134217,67 manat məbləğində pulun, 424,22 manat dövlət rüsumunun LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(002)-2678/2024 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı LPO "xxxx" KB QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən sorğu daxil olaraq, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2678/2024 saylı, 25 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin MPM-in 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki işin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyasıiş materiallarını və məhkəmə kollegiyasına daxil olan sorğunu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 19 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə dairmülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 19 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6635/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6635/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver