Məhkəmə qərarları › İş №2(103)-6638/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6638/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6638/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 oğlunun iştirakı ilə, iddiaçı «xxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-62/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh3 ilə iddiaçı «xxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış 14007-0614/237905 saylı xx xxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14563.29 ABŞ dolları əsas borc, 1283.1 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 200 ABŞ dolları penya, cəmi 16046,39 (on altı min qırx altı dollar otuz doqquz Sent) ABŞ dolları, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumun və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 27 (iyirmi yeddi) manatnı tutularaq iddiaçı «xxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə «xxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış 14007-0614/237905 saylı xx xxx 2014-cü il tarixli kredit müqaviləsin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 14563.29 ABŞ dolları əsas kredit borcu, 1283.1 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 1737.01 ABŞ dolları penya, cəmi 17583.40 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 27 manat notariat xərcinin «xxxxxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14007-0614/237905 saylı xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən «xxxxxxxxxxxxxxx» ASC tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 22 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 19.100 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh X1 ilə iddiaçı arasında bağlanmış 14007-0614/453525Z saylı xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 14007-0614/453520Z saylı xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də, kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Kredit müqaviləsinin 3.03 bəndinin В yarımbəndinə əsasən, ödəmə vaxtı çatmış lakin kreditalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsinə günlük 1% cərimə hesablanması nəzərdə tutulmuşdur. Həmçinin, həmin müqavilənin 3.03 bəndinin D yarımbəndinə əsasən, borcalan yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmə müddətləri keçdikdən sonra faizini vaxtında qaytarmadıqda hər gecikdirilmiş gün üçün 0.50 ABŞ dolları həcmində penya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısırida tam icra etməyən Cavabdeh3 xx.xx.2015-ci il tarixə «xxxxxxxxxxxxxxx»;ASC-nə 14563.29 ABŞ dolları əsas kredit borcu, 1283.1 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 1737.01 ABŞ dolları penya, cəmi 17583.40 ABŞ dolları borcu qalmaqdadır. Cävabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişlər. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh1 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmasını xahiş edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan 14007-0614/237905 saylı xx xxx 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə «xxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı tərəfindən Mehdiyev ^Namiq Tofiq oğluna 36 ay müddətinə illik 22 % kreditdən istifadəyə görə 19.100 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İşdə olan 14007-0614/453525Z saylı xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X1 Cavabdeh3 14007-0614/237905 saylı xx xxx 2014-cü il tarixli saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birğə məsuliyyət daşıması barədə kreditor qarşısında öhdəlik götürmüşdür. İşdə olan 14007-0614/453520Z saylı xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsinin sürətindən görünür ki, Cavabdeh1 Cavabdeh3 14007-0614/237905 saylı Tx xxx 2014-cü il tarixli saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün birgə məsuliyyət daşıması barədə kreditor qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 19.100 ABŞ dollarını «xxxxxxxxxxxxxxx» ASCdən qəbul etmişdir. İşdə olan 14007-0614/237905 saylı xx xxx 2014-cü il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3 36 müddətində hər ay «xxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə 729.62 ABŞ dolları, sonuncu ay 729.64 ABŞ dolları olmaqla cəmi 26266.34 ABŞ dolları məbləğində pul vəsaiti ödəməli idi. İş materiallarından görünür ki, həmin sənədlərin notarial qaydada təsdiqi üçün ümumilikdə 27 manat haqq ödənilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, Cavabdeh3 həmin tarixə «xxxxxxxxxxxxxxx» ASC-yə iddia qaldırılan günə 14563.29 ABŞ dolları əsas kredit borcu, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcu 29.65 ABŞ dolları, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcu 1253.45 ABŞ dolları, kredit müqaviləsi üzrə hesablanmış penya məbləği 1737.01 ABŞ dolları, borc üzrə iddia tələbinin cəmi məbləği 17583.40 ABŞ dolları təşkil edir. İş materiallarından və «xxxxxxxxxxxxxxx» ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2015-ci il tarixli bildirişin surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmiş, 3 bank iş günü müddətində öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh3 «xxxxxxxxxxxxxxx» ASC ilə aralarında bağlanmış kredit müqaviləsi əsasında 19.100 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında penya ödəmək barədə öhdəlik götürmüşdür. Digər cavabdehlər isə zaminlik müqavilələri əsasında Cavabdeh3 ilə «xxxxxxxxxxxxxxx» ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası cavabdehlərin-zaminlərin mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəşində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh X1 zaminlik müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2016-cı il tarixli qətnaməsiX1nun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar