Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6639/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh7 və Şərəbanı Həsənovanın iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh7 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı bank ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 243493-1-31050 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə yaranmış 83.207,19 manat əsas borc, 3.808,11 manat faiz borcu olmaqla, cəmi 87.015,30 manat, habelə dövlət rüsumunun əvəzi kimi 30 manat, bank xidmətinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 qəpik, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat Cavabdeh4 iddiaçı bankın xeyrinə tutulsun, tutma Cavabdeh4 mülkiyyətində olan, ünvan 1 ünvanında 0,02503 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 133,3 kv.m, yaşayış sahəsi 91,0 kv.m, köməkçi sahəsi 42,3 kv.m olan 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Evin ilkin satış qiyməti 110.000 manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına Cavabdeh4 banka olan borcu ödənilsin, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borc Cavabdeh4 bankın xeyrinə tutulsun. Qətnamədə daha sonra qət olunub ki, fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh6, Əli Cəfərli və Məhəmməd Cəfərli, həmçinin Şərəbanu Həsənova, Cavabdeh2, Cavabdeh5, Həmid Həsənzadə, Cavabdeh3, Cavabdeh7, Rəvan Həsənzadə və Rəşid Həsənzadə yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məcburi qaydada şıxarılsın və ev boşaldılsın. Şikayət və izahatlar: Qətnamədən yalnız Cavabdeh7 apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi əmtəəşünaslıq və mühasibat ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, evin qiyməti 170.000- 190.000 manat olduğu halda ev 110.000 manat qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh7 və Şərəbanı Həsənova apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Cavabdeh7 qətnaməni özünün evdən çıxarılmasına aid hissədə mübahisələndirə bilər. Belə ki, ipoteka predmeti olan ev əvvəl Cavabdeh7 anası Şərəbanı Həsənovaya məxsus olub, yəni Cavabdeh7 evin əvvəlki mülkiyyətçisinin ailə üzvüdür. Evə dair xx.xx.2018-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanıb (iş v. 293). Həmin müqavilə Cavabdeh7 anası Şərəbanı Həsənova (satıcı), Rəfail Cəfərov (alıcı və ipoteka qoyan) və İddiaçı ASC-nin (ipoteka saxlayan) arasında bağlanıb. Cavabdeh7 xx.xx.2018ci il tarixdə notariat qaydasına ərizə yazaraq bildirib ki, evin ipoteka yolu ilə satılmasına və ipotekaya qoyulmasına razıdır, evə tələb yönəldildiyi halda öhdəsinə götürür ki, məhkəmə qətnaməsi tələb edilmədən və məhkəməyə müraciət etmədən, evi qeyd-şərtsiz tərk edəcək (iş v. 304). Alqı-satqı müqaviləsində evin satış qiyməti 110.000 manat göstərilib, onun 23.000 manatı Rəfail Cəfərov (alıcı) tərəfindən ödənilib, qalan 87.000 manatı isə bank (kreditverən) tərəfindən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi əsasında Rəfail Cəfərova (alıcı və kredit alan) verilmiş kredit vəsaiti hesabına ödənilib. Göründüyü kimi, Cavabdeh7 anası X3 Həsənovun özünün razılığı ilə evi satıb və satış qiymətini, yəni 110.000 manatı alıb. Yoxlanılan hissədə, yəni Cavabdeh7 evdən çıxarılmasına aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu maddədə göstərilən “digər şəxslər” ifadəsi Cavabdeh7 şamil olunur. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh7 evdən çıxarılmasını qət etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6639/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6639/2022
07.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver