Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6640/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 iyul 2023-cü il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi Aslanov İlkin Oqtay oğlunun iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə” üzrə əsas borcun əvəzi olaraq 1.700 manat, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə kimi 765 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,65 manat məbləğində pulun cavabdehdən MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas borca görə 1.700 manat, cəriməyə görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 38 manat olmaqla, ümumilikdə 1.838 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zamanı iddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi ərizə ilə Məhkəməyə müraciət edərək Rayon Məhkəməsi qətnamə qəbul etdikdən sonra, cavabdehin MMC-yə ödəməli olduğu 1.700 manat puldan müəyyən ödənişlər edilməsi nəzərə alınaraq, 519,39 manat pulun ödənilməsi hissəsində iddiadan imtina etdiyini bildirmiş və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməni tamamilə və yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd edilən prosessual hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, iddianın bir hissəsindən imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə hesab edir ki, iddianın bir hissəsindən imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni imtina olunmuş tələbin təmin edilməsi barədə hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddia tələbinin bir hissəsindən imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 noyabr 2023-cü il tarixli qətnamə qismən, yəni iddiaçının, əsas borcun əvəzi olaraq 519,39 manat tələbinin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6640/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6640/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver