Məhkəmə qərarları › İş №2(103)-6645/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6645/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6645/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-358/2020 saylı, 18.05 .2020-ci il tarixli qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Solmazxanım Heydər qızı və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə 71 ünvanda yerləşən 285 saylı mağazaya dair aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin mağazaya dair mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-358/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Solmazxanım Heydər qızına Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə 71 ünvanında yerləşən 285 saylı mağazaya dair aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddiaçının həmin ünvana mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-358/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin həmin qətnamədən verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-358/2020 nömrəli qiyabi qətnaməsi məlumat üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş, şikayət xx.xx.2020-ci il tarixdə poçt orqanına təhvil verilmiş, bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamış, apellyasiya şikayətinin hansı tarixdə rabitə orqanlarına verildiyini araşdırmamış, prosessual müddətin bitdiyi tarixi şikayətin poçt orqanına verildiyi tarixdən deyil, qanunsuz olaraq şikayətin məhkəməyə çatdığı tarixdən hesablamış, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməməsini təsdiq edən sübutların məhkəməy təqdim edilməsi üçün İdarənin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən müvafiq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilərkən İdarəyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmiş və iş üzrə cavabdeh olan İdarənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir ki, bununla da İdarənin prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-358/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)358/2020 nömrəli qiyabi qətnaməsi üçüncü şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinə (i.v. 84) imza etməklə qəbul edilmiş və xx.xx.2020-ci il tarixində isə şikayət birinci instansiya məhkəməsinə daxil olmuşdur ki, bu da işin mübahisələndirilməyən halını təşkil edir. Qətnamənin İdarədə xx.xx.2020-ci il tarixdə rəsmi qeydə alınmış olması ilə bağlı üçüncü şəxsin şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq müvafiq qətnamədən şikayət verilməsi müddətinin başlanğıcı kimi həmin qətnamənin İdarədə rəsmi qeydə alındığı xx.xx.2020-ci il tarixini deyil, qətnamənin İdarəyə daxil olduğu xx.xx.2020-ci il tarixini qəbul etmişdir. Ünvanlanmış hər hansı qətnamənin daxil olduğu gün deyil, daxil olduqdan bir gün sonra qeydiyyata alınmış olması ondan şikayət verilməsi müddətinin də həmin tarixdən hesablanmalı olduğu mənasına gəlmir. Qətnamədən verilən şikayətin xx.xx.2020-ci il tarixdə poçt orqanına təhvil verildiyi, xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olduğu, məhkəmənin əsassız olaraq şikayətin poçt orqanına verildiyi tarixi deyil, məhkəməyə daxil olduğu tarixi şikayətin verilmə tarixi kimi qəbul etməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətçi qeyd olunan halları sübut etməmiş, eləcə də, şikayətin poçt orqanına xx.xx.2020-ci il tarixdə vermiş olmasını təsdiq edən sübutu şikayətə əlavə etməmişdir. Bu səbəbdən də üçüncü şəxsin şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(011)-358/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(011)-358/2020 saylı, xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar