Məhkəmə qərarları › İş №2(103)-665/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-665/2020

14.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-665/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-4911/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X3rşı iddia ərizəsi ilə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında məhkəməyə müraciət edərək, YPX işçilərinin qanunsuz hərəkətləri ucbatından ona dəymiş 140 manat maddi zərərin Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X2 tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Hyundai Tucson” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Y.Səfərov küçəsində yolun hərəkət hissəsində avtomobilin təkərində nasazlıq yaranmış, avtomobili yolun kənarında saxlayıb, təkəri dəyişmək istədikdə, YPX əməkdaşları ona qarşı qanunsuz hərəkət edərək, avtomobilinin təkərini dəyişdirməyə qoymamış və o, məcburi şəkildə boşalmış təkərlə sürdüyünə görə avtomobilinin təkəri yanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 4911/2019 saylı qətnaməsi ilə kiçik iddia rədd edilmiş, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, qətnamə qanunsuz və qeyri-obyektivdir. Həmin vaxt avtomobil yolundakı videoçəkiliş cavabdeh tərəfindən təqdim edilməmişdir, hansıki həmin videoçəkilişdə onun dedikləri əksini tapır. Məhkəmə sübutların olmadığını qeyd edir, lakin şahidi dindirmir. Hadisə zamanı onun yanında olan M.Muradov şahid qismində dindirilə bilər. Məhkəmənin tələb etdiyi qüsur aktı və ya ödəniş qəbzi yoxdur, çünki, o, təkəri özü dəyişmişdir, təkəri isə bazardan biri 70 manat olmaqla, iki ədəd işlənmiş vəziyyətdə almışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2019cu il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Hyundai Tucson” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Y.Səfərov küçəsində hərəkətdə olarkən avtomobilin təkərində nasazlıq yaranmış və bu səbəbdən İddiaçı avtomobili yolun kənarında saxlamışdır. Bu zaman dövlət əhəmiyyətli tədbirlə bağlı YPX əməkdaşları İddiaçı yaxınlaşaraq avtomobili yolun hərəkət hissəsindən götürməyini tələb etmiş və o, avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmışdır. Araşdırma zamanı YPX əməkdaşları tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2019cu il tarixli məktubuna əlavə edilmiş arayışda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı “Hyundai Tucson” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Y.Səfərov küçəsində idarə edərkən avtomobilin təkərində olan nasazlığa görə nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Bu zaman dövlət əhəmiyyətli tədbirlə bağlı dislokasiya üzrə qeyd olunan ərazidə xidmət aparan Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın MEB-in 2-ci tağımının komandiri polis kapitanı Nadir Hüseynov və YPX inspektoru polis baş serjantı Əli Nəsirov sürücüyə yaxınlaşaraq, mütəşəkkil nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu üçün avtomobili yolun hərəkət hissəsindən götürməsini tələb etmişlər. Bundan sonra İddiaçı avtomobilini yolun hərəkət hissəsindən kənarlaşdırmışdır. Araşdırma zamanı taqım komandiri N.Hüseynov və YPX əməkdaşı Ə.Nəsirovun sürücü ilə ünsiyyəti zamanı məsafədən səs ötürən cihazı işlək vəziyyətə gətirməmələri müəyyən olunmuşdur. Buna görə Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPXA-nın MEB-in 2-ci taqımın komandiri polis mayoru X1 və YPX inspektoru polis baş serjantı X4 intizam məsuliyyətinə layiq görülmüşlər. Hazırda iddiaçı cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində avtomobilinin təkərinin yanmasını və ona 140 manat maddi zərər dəydiyini iddia edir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 xx.xx.2019-cu il tarixdə İddiaçı idarə etdiyi “Hyundai Tucson” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Y.Səfərov küçəsində hərəkətdə olarkən avtomobilin təkərində nasazlıq yaranması, sürücünün nəqliyyat vasitəsini yolun kənarında saxlaması və bu zaman qeyd olunan ərazidə xidmət aparan YPX-nın əməkdaşlarının tələbi ilə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmasını əks etdirən kamera görüntülərinin təqdim edilməsi üçün sorğu göndərmiş, bu məqsədlə məhkəmə iclası iki dəfə təxirə salınsa da, sorğuya cavab göndərilməmiş, nədəki cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının avtomobilin təkərində nasazlıq yaranmasına görə avtomobilini yolun kənarında saxlaması, bu zaman YPX əməkdaşlarının İddiaçı yaxınlaşaraq avtomobili yolun hərəkət hissəsindən götürməyi tələb etməsi və onun avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırması işin mübahisəsiz halıdır. Həmin vaxt taqım komandiri N.Hüseynov və YPX əməkdaşı Ə.Nəsirovun sürücü ilə ünsiyyəti zamanı məsafədən səs ötürən cihazı işlək vəziyyətə gətirməmiş və buna görə də intizam məsuliyyətinə məruz qalmışlar. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinin tələbinə görə isə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə imkan yaradılsa da, cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirməli olduğu halda, əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulmadığını sübuta yetirmək üçün hər hansı addım atmamış, bu halı təsdiq edəcək sübutları (həmin tarixə olan müvafiq kamera görüntülərini və s.) məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, cavabdehin əməkdaşlarının hərəkətlərinin qanuni olması əsaslı sayıla bilməz, çünki cavabdeh tərəf öz hərəkətlərinin qanuniliyini sübuta yetirə bilməmişdir. Belə olan halda isə həmin hərəkətlər nəticəsində maddi zərərə məruz qalmaqla həmin zərərin əvəzinin cavabdehdən tutulması barədə iddiaçının tələbi əsaslıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4911/2019 saylı iş üzrəxx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X8 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasıtəmin edilsin. Cavabdeh Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X5 140 manat maddi zərər tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar