Məhkəmə qərarları › İş №2(103)-6650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6650/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6650/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Ümid Nəbizadənin iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı eyni adlı tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)-1791/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin bankın hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 6371 manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 1129 manat pul vəsaitinin, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə 63 manat faizlərin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(001)- 1791/2021 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair ilk iddia qismən təmin edilmiş, 6371 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, Cavabdeh İddiaçı ASC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur. İlk iddia üzrə Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 06.07.2021-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 20.04.2021-ci il tarixli, 2(001)-17917/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən də şikayəti verildiyi üçün mülki işin Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin və faizlərin qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı eyni adlı tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar