Məhkəmə qərarları › İş №2(103)-6653/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6653/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6653/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “TBC Kredit” X3 X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən Cavabdeh1 nümayəndə vasitəsilə verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdehlərə qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi X2 vasitəsi ilə Bakı apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi baxılması üçün həmin apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, apellyasiya şikayəti iddiaçının adından verilsə də, iddiaçının nümayəndəsi Sədi Ələsov tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 74.2-ci maddəsinin mənasına görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının mənasından aydın olur ki, təmsil olunan tərəfin verdiyi etibarnamədə açıq və aydın göstərilməlidir ki, nümayəndəyə məhkəmə aktından şikayət vermək səlahiyyəti verilmişdir. Lakin iddiaçı tərəfindən verilmiş etibarnamədə (iş v. 46) nümayəndə S.Ələsovun məhkəmə aktından şikayət verilməsi göstərilməmişdir. Başqa sözlə müəyyən edilir ki, apellyasiya şikayəti, buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş və imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş şikayət MPM-nin 363.1.1-ci maddəsinə əsasən Rayon Məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Lakin Rayon Məhkəməsi bunu etməmiş, apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 nümayəndə vasitəsi ilə verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar