Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6656/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, X25 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair (Birinci iddia) və iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın ataya verilməsi, aliment və alimentdən azad edilmə” tələbinə dair (İkinci iddia) mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1714/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X15 doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş üç uşağın ana İddiaçı yanında qalması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin ata Cavabdeh tutularaq ana İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilsə də, yekunda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə uşaqların saxlanılması üçün atadan tutulacaq alimentin miqdarı hər ay hər uşaq üçün 160 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin birgə nikahından doğulmuş üç uşaqdan biri-xx.xx.2010-cu il təvəllüdlü X14 hazırda ata Cavabdeh, digər iki uşaq isə ana İddiaçı yanında qalırlar. Birinci instansiya məhkəməsində icraat: Birinci iş üzrə icraat: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh uşaqları X21 və X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləğinin hazırkı dövrdə (2023-cü il üzrə) müəyyən edilmiş yaşayış minimumu həddində artırılması, yaxud qazancının (gəlirinin) 70%-i miqdarında müəyyən edilməsi və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, savabdeh Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X14, xx.xx.2013-cü il tarixdə X21, xx.xx.2015-ci il tarixdə X15 anadan olmuşdur. Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə 357 nömrə ilə qeydə alınmış bu nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X7 ananın yanında qalmaları, hazırda onun yanında olmayan xx.xx.2010-cu il təvəllüdlü X8 Cavabdeh alınıb ona verilməsi, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, X16 və X10 münasibətdə alimentin xx.xx.2019-cu il tarixdən etibarən tutulması və dərhal icraya yönəldilməsi, xx.xx.2010-cu il təvəllüdlü X11 münasibətdə alimentin tutulmasının əvvəlinin uşağın cavabdehdən alınıb onun himayəsinə verildiyi vaxtdan müəyyən olunması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 22 yanvar 2020 ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamə xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilərək və həmin alimentin miqdarı hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla cəmi 360 (üç yüz altmış) manatın tutulması müəyyən edilmişdir. Qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5151/20 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 1070/2020 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilərək hər uşaq üçün 160 (yüz altmış) manat müəyyən edilmişdir. 2019-cu ilin sentyabr ayından bu günədək ünvan 1 ünvanında atasına məxsus olan iki otaqlı mənzildə azyaşlı övladları ilə birlikdə müvəqqəti olaraq məskunlaşmışdır. Həmin mənzildə atası, anası, qardaşı, qardaşının ailə üzvləri və Ağdam rayonundan məcburi köçkün olan 90 yaşlı babası da yaşayır, ona görə də çox ciddi çətinliklər və maddi sıxıntılar içərisində yaşayırlar. Göyçay Rayon Məhkəməsində “evə köçürülmə tələbinə” dair, yaxud da “kompensasiya tələbinə” dair irəli sürdüyü hər iki iddia təmin edilməmişdir. Nikahları pozulduqdan sonra Göyçay şəhərində yaşayış yeri və iş yeri olmadığına görə Bakı şəhərinə atasının mənzilinə sığınmalı olmuşdur, çünki azyaşlı qız övladlarını böyütmək, onlara tərbiyə və təhsil vermək, onların qayğısına qalmaq, heç olmasa uşaqlarının minimum tələbatını ödəmək valideynlərin vəzifəsi və borcudur. Bütün dünyada gedən iqtisadi böhran, müharibələr və bahalaşma prosesləri təbii ki, ölkədən də yan keçmir. Bu gün aldığı 320 (üç yüz iyirmi) manat alimentlə uşaqlarının yemək, yaşamaq, kirayə, təhsil, minimum qidalanma xərclərini belə qarşılaya bilmir. Bakı şəhərində kirayə evin qiyməti 500 manatdır, 160 manat aliment bir uşağın minimum həyat tələbatını belə ödəmir. Keçmiş həyat yoldaşı Cavabdeh hazırda Ucar rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində çalışır, polis kapitanıdır. X6 uzun müddət Göyçay şəhərində Z.Bünyadov adına 3 saylı tam orta məktəbin direktoru kimi çalışmışdır. Anası həmin məktəbdə laborant vəzifəsində çalışmışdır. Hazırda hər ikisi təqaüd alırlar, onların Cavabdeh başqa övladları yoxdur, keçmiş həyat yoldaşı Aqil evin tək varisidir. Vaxtilə özü də on ildən çox həmin məktəbdə müəllimə kimi çalışmışdır, maaş kartı heç vaxt özündə olmamışdır. Həmişə keçmiş həyat yoldaşında olmuşdur. Göyçayda keçmiş həyat yoldaşının və keçmiş qayınatasının fərdi təsərrüfatları və hektarlara ölçülən meyvə bağları vardır. Bütün bunlara baxmayaraq cavabdeh uşaqların minimum tələbatını belə ödəməkdən yayınır. Hazırda respublikada bir uşağın orta hesabla hər ay yalnız qidalanması üçün müəyyən olunmuş sabit pul məbləği 220 manatdır. Hesab edir ki, cavabdehdən uşaqların saxlanması üçün hər ay uşaqlar üçün respublikada qəbul olunmuş minimum dolanışıq məbləğində olan sabit pul məbləğində, yaxud onun qazancının (gəlirinin) 70% (yetmiş faiz) miqdarı məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilə bilər. Bu onun qaçılmaz vəzifəsidir. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin məbləğinin hazırkı dövrdə (2023-cü il üzrə) qanunla müəyyən edilmiş ümumi yaşayış minimumu (246 manat) həddinə qədər artırılması və cavabdehdən 50 manat məbləğində mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə icraat: İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2010-cu il təvəllüdlü X8 rəsmi olaraq cavabdehdən alınaraq onun himayəsinə verilməsi, eləcə də onun yetkinlik yaşına çatana qədər saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınaraq onun xeyrinə tutulması, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 480 manat alimentin ondan tutularaq cavabdehə verilməsi hissəsi dəyişdirilərək, xx.xx.2013cü il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan sabit pul məbləğində hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ilə aralarında xx.xx.2008-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 357 nömrəli qeyd ilə bağlanmış nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X19 İddiaçı himayəsinə verilməklə, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlə ayrı yaşadıqları müddətdə, nikah pozularkən və nikahdan sonrakı müddət ərzində cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2010-cü il təvəllüdlü X14 faktiki olaraq onun himayəsində qalmaqla yaşayır. 12 yaşı tamam olmuş Ə.Zeynalzadə heç bir təklifi qəbul etməyərək anası - cavabdeh İddiaçı himayəsində qalmaqla yaşamaq istəmir. Uşağın ataya bağlılığı və özünün valideyni seçmək hüququnun məhkəmədə ifadə edilməsi üçün hazırkı iddia ilə onun rəsmi himayəsinə verilməsini və yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini iddia edir. Cavabdeh İddiaçı ilə aralarında olan nikah pozulduqdan indiyədək onun tərəfindən himayəsində qalmış Əsmər Zeynalzadəyə hər hansı maddi köməklik göstərilməmiş, qayğısına qalmamışdır. Hazırkı vəziyyətdə himayəsində olan azyaşlı uşağın normal şəraitdə saxlanması üçün təxminən orta hesabla 250-300 manat civarında vəsait tələb olunur. Əmək haqqının olduqca az olması səbəbindən uşaqların aliment və digər xərclərini lazımınca ödəyə bilmir. Hesab edir ki, belə vəziyyətdə himayəsində olan uşağın normal şəraitdə saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aliment müəyyən edilməklə cavabdehdən tutularaq xeyrinə verilməli, cavabdehin himayəsində qalan xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çalanadək saxlanmaları üçün ondan sabit pul məbləğində hər ay, hər uşağa görə 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat alimentin tutulması müəyyən edilməlidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1041/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işin iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinin dəyişdirilməsi” tələbinə dair mülki iş ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1714/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X23 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-87/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1714/2023 nömrəli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq, Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilməmiş 72.8 manat (yetmiş iki manat səksən qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “uşağın ataya verilməsi, aliment və alimentdən azad edilmə” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X8 iddiaçı Cavabdeh yanında qalmasının müəyyən edilməsi, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin xx.xx.2023cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün aliment ödənilməsindən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi və ödənilməmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan biri - xx.xx.2010-cu il təvəllüdlü X14 hazırda atası Cavabdeh yanında qalır. Məhkəmə iclasında iştirak edən İddiaçı da işin bu halını qəbul etmiş, ikinci iddianın bu hissədə - xx.xx.2010-cu il təvəllüdlü Əsmər Zeynalzadənin atanın yanında qalması – təmin edilməsinə etiraz etmədiyini bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göründüyü kimi xx.xx.2010-cu il təvəllüdlü X8 atası Cavabdeh yanında qalması ilə bağlı valideynlər arasında heç bir mübahisə yoxdur. Həmçinin atasının yanında qalmağın uşağın mənafeyinə uyğun olmaması ilə bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 atası Cavabdeh yanında qalması müəyyən edilməlidir. Məhkəmə bu hissədə qeyd etmişdir ki, ikinci iddia tələbi uşağın “anadan alınaraq” ataya verilməsi şəklində ifadə edilsə də, nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X14 faktiki olaraq ata Cavabdeh yanında qalır. Nəzərə alınmalıdır ki, qətnamədə uşağın bir valideyndən digərinə “alınıb verilməsi” o halda xüsusi qeyd edilir ki, uşaq faktiki olaraq həmin qətnamə ilə yanında qalması müəyyən edilən valideynin yox, digər valideynin yanında qalır. Bu səbəbdən də məhkəmə, qətnamənin gələcək icrasında qeyri-müəyyənliyi aradan qaldırmaq məqsədilə uşağın valideynin yanında qalmasını yox, bir valideyndən digərinə alınıb verilməsini müəyyən edir. Hazırkı işdə isə xx.xx.2010-cu il təvəllüdlü X8 anadan alınıb ataya verilməsinin qət edilməsinə ehtiyac yoxdur. Belə ki, uşaq faktiki olaraq atanın yanında qalır və məhkəmə tərəfindən hazırkı qətnamə ilə onun atasının yanında qalması müəyyən edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ata Cavabdeh öz yanında qalan uşağın saxlanmasına görə aliment ödəməkdən azad edilməlidir. Eyni əsasla ana İddiaçı faktiki olaraq atanın yanında qalan uşağın saxlanılmasına görə aliment ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh öz yanında qalan uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq daimi olaraq atanın yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar da atanın üzərinə düşür. Belə olan halda atanın uşağı yanında saxlayan valideyn kimi hüququ var ki, uşağın digər valideynindən uşağın saxlanması üçün aliment tələb etsin. İkinci iddia üzrə iddiaçının gəlirinin cavabdehə münasibətdə daha artıq olması, onun aylıq əmək haqqından əlavə avtomobil alqı-satqısı ilə məşğul olaraq əlavə gəlir əldə etməsi və s. kimi cavabdehin istinad etdiyi sübut edilməmiş hallar cavabdehi həmin uşağa görə aliment ödəməkdən azad edə bilməz. Cavabdehin uşağı yanında saxlayan iddiaçının kişi olması və bu səbəbdən ona aliment ödənilməli olmaması ilə bağlı mövqeyi isə konstitusiya ilə təminat altına alınmış bərabərlik hüququna ziddir. Xüsusən, nəzərə alınmalıdır ki, cavabdeh işləyir və 586 manat məbləğində əmək haqqı alır. Məhkəmə hesab etmişdir ki, öz yanında qalan iki uşağın saxlanması üçün iddiaçıdan aliment alan cavabdeh, iddiaçının yanında qalan uşağın saxlanması üçün iddiaçıya aliment ödəməlidir. Uşağın saxlanılması üçün tutulacaq alimentin məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh öz yanında qalan xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının uşağın saxlanması üçün cavabdehdən tələb etdiyi aliment məbləği cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğə (220 manat) olduqca yaxın məbləğ olmaqla, həm uşağın mənafeyinə, həm də tərəflərin maddi vəziyyətinə uyğundur. Bütün bu qeyd edilənləri, lakin ən əsası uşağın üstün maraqlarını nəzərə alan məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci iddia üzrə cavabdeh İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Uşağın saxlanılması üçün alimentin hansı tarixdən tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulduğundan və ikinci iddia üzrə iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinə müraciət etdiyindən bu qətnamə ilə xx.xx.2010cu il təvəllüdlü X1 üçün aliment tutulmasına xx.xx.2023-cü il tarixdən başlanmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Birinci iddia üzrə iddiaçının yanında qalan iki uşağın - xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 246 manat sabit pul məbləğində müəyyən edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan birinci iddia üzrə iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Belə olan halda iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə tutulan 160 manat miqdarında alimentin artırılmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçının tələb etdiyi hər uşağa görə 246 manat 2023-cü il üçün ölkə üzrə yaşayış minimumu məbləğidir. Cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ isə 220 manatdır. İddiaçı uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğdən daha artıq aliment tutulmasının hansısa zərurətdən qaynaqlandığını sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bununla da həm birinci, həm də ikinci iddia qismən təmin edilmiş hesab edilməlidir. Belə ki, birinci iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən tutulan hər uşağa görə 160 manat məbləğində alimentin artırılaraq hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İkinci iddiaçı isə üç uşağın saxlanılması üçün ondan tutulan cəmi 480 manat məbləğində alimentin iki uşağa görə 320 manat məbləğində müəyyən edilməsini, bununla da bir uşağa görə alimentdən azad edilməyi, digər ikisinə görə tutulan alimentin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə isə birinci iddia üzrə iddiaçının yanında qalan iki uşağın saxlanılması üçün cavabdehdən hər uşağa görə tutulan alimentin miqdarının artırılaraq 220 manat məbləğində tutulması nəticəsinə gəlmiş, bununla da həm birinci, həm də ikinci iddianı qismən təmin etmişdir. Son olaraq, məhkəmə onu da qeyd etmişdir ki, alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bu baxımdan məhkəmə hesab ediretmişdir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Qətnamədən narazı qalan iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X23 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarının iddia ərizəsinin verildiyi vaxtdan artırılaraq hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat təyin edilməsini, eyni zamanda qarşılıqlı iddianın xx.xx.2010-cu il təvəllüdlü X3 üçün ondan 200 manat alimentin tutulması hissəsində rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində “aliment miqdarının artırılması” ilə bağlı iddia tələbi ilə bağlı alimentin xeyrinə tutulması ilə bağlı qəbul edilmiş qətnamə Ailə Məcələsinin 100.2-ci maddəsinin tələbləri pozularaq qəbul edilmişdir. Belə ki, Ailə Məcələsinin 100.2-ci maddənin tələblərinə uyğun olaraq aliment məhkəmə müraciət edilən vaxtdan tutulur, lakin məhkəmə alimentin artırılması ilə bağlı iddia tələbini xeyrinə tutulmasını qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla qəbul edilmişdir. Birinci instansiya məhkəməsində cavabdehin xx.xx.2010-cu il təvəlüdlü X9 “uşağın ataya verilməsi, alimentin təyin edilməsi və alimentdən azad edilmə” ilə bağlı tələbini uşağın atada qalması ilə bağlı qəbul edilmiş hissəsini qəbul edir, lakin qeyd edir ki, bu məsələ ilə bağlı cavabdeh məhkəmədən öncə mübahisənin mediasiya vasitəsi ilə baxmalı idi, ondan sonra məsələ məhkəmə qaydasında həll edilə bilinərdi. Birinci instansiya məhkəməsində cavabdehin xx.xx.2010-cu il təvəlüdlü X17 üçün ondan cavabdehin xeyrinə alimentin tutulması ilə bağlı hissəsini qəbul etmir, belə məhkəmə qətnaməsində alimentin tutulması xx.xx.2023-cü ildən hesablanmaqla bağlı məhkəmə qərar vermişdir. Bundan başqa qeyd edilməlidir ki, nikah pozulduqdan sonra uşaqları ilə birlikdə kirayə qalmaq məcburiyyətində qalmışdır, 43 saylı poliklinikada tibb qeydiyyatçısı işləyir, əmək haqqı sistemdə 586 manat görünsə də, məcburi tutulmalardan sonra məbləğ 480 manat təşkil edir. Belə ki, hal-hazırda atasının evində yaşasa da, həmin evdə 10-dan çox adam yaşayır ki, həm də yaşlı babası yaşayır, babasının da nevroloji problemləri olduğundan həmin evdə yaşamaqları mümkün deyil. Buna görə də kirayə çıxmaq məcburiyyətindədir. Qeyd edilən vəsaitlə isə həm kirayədə qalmağı, həm işə gedib gələ bilmək xərclərinin qarşılanması, eyni zamanda özünün, digər uşaqların tələbatlarının, eyni zamanda kommunal xərclərin ödənilməsi qeyri mümkündür. 480 manatdan 200 manat da aliment ödəsə nəinki digər xərclər, kirayə və kommunal xərclərini qarşılaya bilməz. Qarşı tərəf isə Ucar rayonun Polis İdarəsində sahə inspektoru vəzifəsində işləyir, ailənin tək övladıdır, valideynlərinin də maddi durumu yaxşıdır, özləri hal hazırda təqaüdçü olsalar da, atası uzun illər məktəb direktoru, anası isə həmin məktəbdə laborant işləmişdir, özü də sahibkkarlıq fəaliyyəti ilə məşğuldur. Qarşı tərəfin övladını saxlayacaq kifayət qədər imkanı var və onun alacağı 200 manata ehtiyacı yoxdur. Onun isə məvacibi zəruri xərclərin qarşılanmasına kifayət etmir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı (ikinci iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, alimentin miqdarının iddia ərizəsinin verildiyi vaxtdan artırılaraq hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat təyin edilməsini, eyni zamanda qarşılıqlı iddianın xx.xx.2010-cu il təvəllüdlü X3 üçün ondan 200 manat alimentin tutulması hissəsində rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə qeyd olunan hissələrdə, yəni birinci iddianın – alimentin artırılmasının iddia ərizəsinin verildiyi vaxtdan tutulması və ikinci iddianın xx.xx.2010-cu il təvəllüdlü X3 üçün ondan 200 manat alimentin tutulması hissələrində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsi: 55.1. Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1. valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2 Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, ikinci iddia tələbinin – xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsində birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən kifayət qədər araşdırma aparmamış, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi miqdarı artırılmış alimentin qətnamənin qanuni qüvvəsini aldığı gündən başlayaraq tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Belə ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində təyin edilmiş alimentin miqdarını deyil, alimentin iddia ərizəsi verildiyi tarixdən hesablanmalı olmasını mübahisələndirir. Məhkəmə kollegiyası hesab edir ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan birinci iddia üzrə iddiaçının maddi vəziyyətində dəyişliklik yaratdığı üçün iddiaçı öz yanında qalan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə tutulan 160 manat miqdarında alimentin artırılmasını tələb etməkdə haqlı olsa da, qanunvericiliyə əsasən artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalı olmasına dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İddiaçı apellyasiya şikayətində həmçinin Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiya prosesində iştirak etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlili ilə də razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh hazırki iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmişdir. Bununla belə məhkəmə kollegiyası apellyasiya şikayətinin-xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh öz yanında qalan uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlı olması qənaətinə gəlsə də, iddiaçı uşağın cavabdehin yanında qalmasını deyil, buna görə ondan aliment tutulmasının qanunsuzluğunu göstərir və bu dəlilini qarşı tərəfin övladının saxlayacaq kifayət qədər imkanı olması və ondan almaq istədiyi 200 manata ehtiyacı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, qanunvericiliyə görə uşağın saxlanılması hər iki valideynin vəzifəsidir, lakin hazırki vəziyyətdə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X21 və xx.xx.2015-ci il təvəllüdlü X15 ananın yanında qalması və uşaqların günü gündən artan maddi tələbatının qarşılanması məhz ananın – iddiaçının üzərindədir. Cavabdeh isə bir ata kimi həm yanında qalan, həm də yanında qalmayan övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, təminatlarını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqların tələbatını təmin etməlidir. Birinci instansiya məhkəməsi isə uşağı saxlamaq, onun qayğısına qalmağın hər iki valideynin vəzifəsi olsa da, X8 daimi olaraq atanın yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğıların da atanın üzərinə düşməsi əsası ilə ana İddiaçı hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qənaətinə gələrkən sonuncunun tələbin bu hissəsi üzrə etirazının dəlillərinə qiymət verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Həmçinin yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı “Bakı Baş Səhiyyə Mərkəzi” X26 qeydiyyatçı vəzifəsində işləməsi və əmək haqqının 586 manat məbləğində olmasına dair “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata istinad etsə də, Cavabdeh gəlirləri və maddi imkanları barədə etirazın dəlillərini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Ucar rayon Polis İdarəsində işləyir və aylıq qazancı 900 manat civarındadır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair iddia tələblərinin əsasını təşkil edən dəlillər ağlabatan olmamaqla aliment ödəmək vəzifəsi qoyulan valideyn kimi digər iki uşağı saxlayan İddiaçı hüquq və mənafeyini zərbə altında qoyur. Kollegiya bu qənaətə gələrək qeyd etməyi zəruri sayır ki, əgər xx.xx.2010-cu il təvəllüdlü X4 Aqil Qabil oğlunun yanında qalmasa idi və belə olan halda Göyçay Rayon Məhkəməsinin 2(046)-87/2020 saylı, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin hazırki iddia ilə artırılması halında o ata olaraq yenə də uşaqlarının saxlanmasında iştirak etməli olması faktı ilə üzbəüz qalacaqdır. Başqa sözlə, o, X12 da saxlanması üçün aliment ödəyicisi olaraq qalacaqdır. Lakin hazırda X12 onun yanında qalması o demək deyildir ki, Cavabdeh övladının yanında qalmasından sui-istifadə etməklə onun saxlanması üçün ana İddiaçı aliment tələb etməsinə əsas versin. Kollegiya bu tutulmanı o vaxt əsaslı və qanuni saya bilərdi ki, həqiqətən də Cavabdeh işləmək qabiliyyəti olmasın, faktiki olaraq işləməsin və ağır maddi durumda olmaqla uşağın saxlanması üçün onun zəruri vəsaiti olmasın. Lakin işin araşdırılmış halları bu sadalananların əksini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması işin hallarına uyğun olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin - xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsinə münasibətdə gəldiyi nəticə düzgün olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsinə dair birinci instansiya məhkəməsinin araşdırma aparmadan iddianın bu hissənin təmin etməsinə dair apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1714/2023 nömrəli, 24 avqust 2023-cü il tarixli qətnaməsi - xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Cavabdeh ödənilməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı alınaraq Cavabdeh xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhramzadə