Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6660/2020 28.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ HakimŞirinov İkram Sabir oğlunun sədrliyivəməruzəsiilə, HakimlərSəmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarəttərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı, xx xxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 14988.60 (on dörd min doqquz yüz səksən səkkiz manat altmış qəpik) manat zərərin, 200 (iki yüz) AZN, 30(otuz), 44(qırx dörd) AZN və 30 (otuz) AZN dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə cavabdehə məxsus "VOLKSWAGEN POLO” minik markalı, 99VJ484 dövlət qeydiyyat nişanlı maşın üzərinə həbs qoyulması barədə qəradad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2468/2020 nömrəli qərardadı ilə idiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin özü tərəfindən şikayət təmin edilməmiş və MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayəti müdafiə edib şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayətlə razılaşmayıb, əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və məsələyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün mülki iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər.İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoyula bilər. İddianın təmin tədbiri barədə ərizəni təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iş üzrə yekun məhkəmə aktı qəbul edilib və müvafiq qaydada icraya yönəldiləcəyi təqdirdə, məhkəmə aktı cavabdeh tərəfindən könüllü icra edilmədikdə, onun barəsində müvafiq icra tədbirlərinin görülməsi, eyni zamanda ona məxsus daşınar və daşınmaz əmlakların axtarılması, üzərinə həbs qoyulması və ya tələbin həmin əmlaklara yönəldilməsi ilə bağlı müvafiq icra tədbirləri icra məmuru tərəfindən həyata keçirilir. Kollegiya rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, qanunvericiliyə əsasən iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığı və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyi üçün hər hansı mərhələdə mərhələdə, yəni yekun məhkəmə aktı qəbul edilənədək qəbul edilə bilər. Hazırkı halda, rayon məhkəməsi qanunvericiliyin həmin göstərişlərini nəzərə almamışdır. Eyni zamanda, rayon məhkəməsi prosessual pozuntuya da yol vermiş, qərardaddan verilmiş şikayətə baxarkən tərəflərin iştirakını, xüsusən də şikayət vermiş tərəfin dinlənilməsini təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 269.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qərardadlardan verilmiş şikayətə elə həmin məhkəmələr tərəfindən baxılmalıdır. Məhkəmələrdə işlərə baxılmasının qaydaları isə Məcəllənin «Əsas Qaydalar» adlı İ fəsilində nəzərdə tutulmuşdur. Həmin fəsildə yer alan 9.1-ci maddənin tələbinə görə – ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən … məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. Məcəllənin 9.3-cü maddəsinə görə isə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. …. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Belə olan halda aydın olur ki, MPM-in 269.1-ci maddəsində nəzərdə tutulmuş «qərardaddan verilmiş şikayətə məhkəmədə baxılır» göstərişi mütləq qaydada şikayətin məhkəmə iclasında, həm də onun təyin olunma vaxtı və yeri barədə tərəflərə məlumat verilməklə baxılmalı olduğunu tələb edir. Hazırkı halda isə şikayətə baxmış birinci instansiya məhkəməsi qanunun bu imperativ tələblərinə əməl etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən şikayət təmin edilməli, xx xxxxxx 2020-ci il tarixli qərardad ləğv edilməli və birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin tədbiri barədə ərizəyə tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2468/2020 saylı, xx xxxx 2020-ci il qərardadı ləğv edilsin və iddianın təmin tədbiri barədə ərizəyə tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-6660/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6660/2020
28.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver