Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6661/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” barədə ilkin iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1947/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli 2(004)- 4991/2019 saylı qətnaməsi ilə 08.01.2011 -ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş hər ay 100 manat aliment miqdarı ədalətli təyin edilmişdir. Belə ki, Cavabdeh 1 qrup əlildir, hər iki gözü görmür. Aylıq gəliri yalnız birinci qrup əlillər üçün müəyyən edilmiş 150 manat müavinətdən və ona baxılması üçün ödənilən 50 manatdan ibarətdir. Özü və himayəsində olan Anaxanım Əliyeva, cavabdehin qohumlarının maddi dəstəyi sayəsində yaşayırlar. 2019-cu ildə nikahın pozulmasına dair tələbə məhkəmədə baxılanda da, bu hal nəzərə alınaraq, həmin ildə yetkinlik yaşına çatmayanlar üçün müəyyən edilmiş minimum yaşayış səbəti, yəni 164 manat aliment təyin edilməmiş, alimentin miqdarı ədalətli olaraq 100 manat müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1947/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 82.3, 88, 218-ci maddələrinə; "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli 2(004)-4991/2019 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 21.10.2008-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 08.01.2011 -ci il təvəllüdlü X4 anasının, 01.09.2008-ci il təvəllüdlü X3 atasının yanında qalması müəyyən edilmiş, cavabdehdən 08.01.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə 2019-cu ildə uşaqlar üçün yaşayış minimumundan da aşağı aliment təyin edərkən, valideynlərin hər birinin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə almışdır. İddiaçının tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbini əsasladırmadığından, Cavabdeh maddi vəziyyətində hər hansı dəyişikliyin olduğuna dair heç bir sübut təqdim edə bilmədiyindən iddia ərizəsi əsassız hesab edilərək rədd edilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli 2(004)-1947/2021 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82, 112-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh ilə öz aralarında razılaşmışlar ki, bir uşaq onda qalacaq, 1 uşaq cavabdehdə qalacaq, cavabdeh işlədiyi üçün və pensiya aldığı üçün uşağın saxlamağına görə ona 100 manat aliment verəcək cavabdeh Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq ondan uşağın saxlanılması üçün 170 manat aliment tutulmasın xahiş etmişdir cavabdehin iddiası təmin olunmuşdur. Hesab edir ki, cavabdeh onu aldatmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uşaqların birinin onda birinin qarşı tərəfdə olduğunu, qarşı tərəfin ona 100 manat aliment ödədiyi halda ondan 170 manat tələb etdiyini, aliment məbləğinin bərabərləşdirilməsini və ya ümumiyyətlə ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 80, 81, 99, 112; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 80 -82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı irəli sürdüyü dəlilləri subut etməmiş və buna dair müvafiq vəsatətlər verməmişdir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalı və apellyasiya şikayəti təmin edilməməlidir. Diqqətə çatdırılmalıdır ki, sübutların təqdim edildiyi təqdirdə iddianın yenidən baxılması istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1947/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6661/2021
17.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver