Məhkəmə qərarları › İş №2(103)-6663/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6663/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6663/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanınkatibliyi ilə, İddiaçı, Cavabdeh, Maraqlarına toxunan şəxs “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1508/2020 nömrəli qətnaməsindən Maraqlarına toxunan şəxs “xxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomobilə mülkiyyət hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır kı, «Mercedes Benz 1114» markalı **-HH- *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 mənzil 28 ünvanda qeydiyyatda olan Cavabdeh məxsus olmuş və o, həmin avtomobili xx xxxxxx 2010-cu ıl tarixdə İddiaçı satmışdır. Cavabdeh həmin avtomobili iddiaçıya artıq ölkədə işgüzar adət forması almış etibarnamə əsasında satmış, yəni avtomobil üçün razılaşdırılmış məbləği aldıqdan sonra «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddiaçıya etibarnamə verərək, etibarnamə əsasında həmin avtomobilə olan mülkiyyət hüquqlarının tərkib hissəsi olan bütün hüquqları, o cümlədən, sərəncam, sahiblik və istifadə hüquqlarını iddiaçıya vermişdir.İddiaçı ilə Cavabdeh arasında «Mersedes Benz 1114» markalı 90-HHİ78 dövlət qeydiyyat nişanlı avtomobilə dair olan alqı-satqı müqaviləsi xx xxxxxx 2010-cu ıl tarixdə şifahi formada bağlanmış, həmin tarixdə iddiaçı alqı-satqı müqaviləsinin şərtlərinə asasən avtomobil üçün razılaşdırılmış məbləği ödəyəndən sonra Cavabdeh həmin avtomobilə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya etibarnamə vermişdir. Yəni hər iki tərəfdən alqı-satqı müqaviləsinin şərtləri yerinə yetirilmiş, iddiaçıya satılan əşya kimi avtomobili, satıcı Cavabdeh isə avtomobilin dəyəri olan pulu almışdır. Bundan sonra da iddiaçı həmin avtomobili sözügedən etibarnamə əsasında idarə edərək istifadə edib, onun barəsində istifadə, sərəncam və sahiblik hüquqlarını həyata keçirmişdir, iddiaçı Cavabdeh ilə aralarındabağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən, həmin avtomobili öz adına DYPİ-də qeydiyyata aldırmağ istəyən zaman və «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində məhkəmə qərardadı ilə həbs qoyulması iddiaçıya bildirilmiş və bu səbəbdən də həmin avtomobili iddiaçının adına qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı həmin avtomobili alan zaman onun üzərində heç bir məhdudiyyət olmamış, həmin avtomobilə dair iddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi tam qanuni bağlanmışdır.Lakin həmin avtomobil nəqliyyat vasitələrinin qeydiyyatını aparan orqan kimi DYPİ-də Cavabdeh adında qaldığından, həmin orqanın təqdimatına əsasən «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Belə olduqda isə «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Azərbaycan Respublikası DİN BDYPİ-də Cavabdeh adında qalması, onun həmin avtomobilə mülkiyyət hüququnun olması demək deyil. Yəni Azərbaycan Respublikası DİN BDYPİ-də həmin avtomobilin Cavabdeh mülkiyyətində olmasını deyil, həmin avtomobilin Cavabdeh adına qeydiyyatda olmasını göstərir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair olan alqı-satqı müqaviləsi şifahi formada bağlanan zaman iddiaçı tərəfdən alqı-satqı müqaviləsinin elanda nəzərdə tutulan bütün şərtlərinə əməl edilmişdir.İddiaçı ilə X2 arasında 'Mersedes Benz 1114” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair olan alqı-satqı müqaviləsi şifahi formada bağlanan zaman iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin qanunda nəzərdə tutulan bütün şərtlərinə əməl edilmiş, satıcı iddiaçıdan avtomobilin dəyərini aldıqdan sonra iddiaçıya “Mersedes Benz 1114” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili və onun texniki pasportunu vermiş və həmin sənədlərə əsasən, həmin avtomobili vahid dövdət qeydiyyatında qeydə aldırmadığı üçün iddiaçıya etibarnamə vermişdir. Belə olduğu halda avtomobilə dair alqı-satqı müqaviləsinin şifahi formada bağlanması heç də qanunvericiliyiə zidd deyildir və bu Azərbaycan Respublikası Mülki Məcəlləsində müqavilə azadlığı kimi xüsusi vurğulanmışdır. Daşınar əşya olan avtomobilə sahiblik həqıqi hüquq əsasında iddiaçıya verilmiş və bu notariat orqanında təsdiq edilmişdir. İddiaçı qeyd edir ki, “Mersedes Benz 1114” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən qanuni əsaslarla iddiaçıya satılmış və aralarında həmin avtomobilə dair şifahi alqı-satqı müqaviləsi bağlanan andan və Cavabdeh tərəfindən həmin avtomobilə dair iddiaçıya xx xxxxxx 2010-cu il tarixdə etibarnamə verilən andan “Mersedes Benz 1114” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının xüsusi mülkiyyətinə keçmişdir. Hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsi xx xxxxxx 2010-cu il tarixdən bağlanmış hesab edilməli və iddiaçının «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat avtomobili üzərində mülkiyyət hüququ tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-1508/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, bu qətnamənin «Mercedes Benz 1114» markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı hüquqlarının qeydiyyata alınması üçün əsas olması qət olunmuşdur. Qətnamədən narazı qalanmaraqlarına toxunan şəxs “xxxxxxxxxxxxx” ASC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayətionunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-3404/2016 saylı qətnaməsilə Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə 8323 (səkkiz min üç yüz iyirmi üç) manat pul məbləğində ödənilmiş sığorta ödənişinin tutulması qət olunmuşdur. Qətnamənin qanuni qüvvəsini almasına və icraya yönəlməsinə baxmayaraq tələb bugünədək təmin olunmadığından Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Əliyevin əmlaka həbs qoyulmasına dair təqdimatı əsasında Suraxanı rayon Məhkəməsinin 8(010)-495/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan “Mercedes Benz 1114” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur və avtomobil saxlanılaraq DYP-nin cərimə meydançasına yerləşdirilmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, “Mercedes Benz 1114” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Cəmiyyətə olan borcuna görə həbsdədir. Belə olan halda aydın məsələdir ki, Suraxanı rayon Məhkəməsinin 2(010)-1058/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə borclu qərəzli olaraq xx xxxxxx 2016-cı il tarixli, 2(010)-3404/2016 saylı qətnamənin icrasından yayınmaq üçün mülkiyyətində olan avtomobili İddiaçı adına rəsmiləşdirmək istəyir. Göründüyü kimi, Məhkəmə tamamilə əsassız olaraq üzərində həbs olan avtomobilin bir mülkiyyətçidən digər mülkiyyətçinin adına rəsmiləşdirilməsi barədə qərar qəbul etmişdir. Əgər avtomobilin üzərində həbsin olması alqı-satqı müqaviləsinin bağlanmasına mane deyilsə bu halda Suraxanı rayon Məhkəməsinin 8(010)-495/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadının qüvvədə olmasının nə kimi əhəmiyyəti vardır?. Məhkəmə kolegiyasının iclasında iştirak edən “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq izahat verməklə, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora münasibətdə ləğv olunmalı və iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB seriyalı 352178 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Mercedes Benz 1114” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi Cavabdeh qeyd edilmişdir. Bakı şəhəri 37 saylı notariat kontorunun dövlət notariusu tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş etibarnaməyə əsasən AB seriyalı 352178 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında iddiaçıya məxsus Mercedes Benz -1114 markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 50 il müddətinə İddiaçı sürücülük hüququ olduqda, idarə etməyi, qeydiyyatdan çıxmağı, qeydiyyat salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir və xx.xx.2060-cı ilə qədər qüvvədədir. Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(010)-3404/2016 saylı qətnaməsilə Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə 8323 (səkkiz min üç yüz iyirmi üç) manat pul məbləğində ödənilmiş sığorta ödənişinin tutulması qət olunmuşdur. Qətnamənin qanuni qüvvəsini almasına və icraya yönəlməsinə baxmayaraq tələb bugünədək təmin olunmadığından Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Əliyevin əmlaka həbs qoyulmasına dair təqdimatı əsasında Suraxanı rayon Məhkəməsinin 8(010)-495/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadı ilə borclunun mülkiyyətində olan “Mercedes Benz 1114” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Yuxarıda göstərilənlərdən görünür ki, “Mercedes Benz 1114” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Cəmiyyətə olan borcuna görə həbsdədir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərinin srasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsidir. Həmin Məcəllənin fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında oz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və və zifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüququ şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarının sırasında qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi kimi göstərilmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, “Mercedes Benz 1114” markalı ** HH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh “xxxxxxxxxxxxx” ASC –yə olan borcuna görə həbsdədir.Bu halda qeyd edilən avtomobilin alqı-satqı müqaviləsinin məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilməsi Mülki Məcəllənin normalarına ziddir. Belə ki, Mülki Məcəllənin 390.1.-ci maddəsinə əsasənfiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)- 1508/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar