Məhkəmə qərarları › İş №2(103)-6666/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6666/2020

03.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6666/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçısalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçısalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1252,80 manat məbləğində dəymiş ziyanın, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 1582,80 manat borcun (pulun) İddiaçısalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçısalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçısalat Birliyi xx.xx.2018-ci il tarixli, 83844 sayli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasinda qazin alqı-satqısı barada müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azariqaz” İB-nin Bakı Regional qazin satışı Departamenti tərəfindan **********00991 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayiş evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1802AZ**********67 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarimbəndinin və “X5nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əlavə özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” iB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə ozbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifada qaydalarinın pozulması haqqında” aktlar tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixə qədər tərtib edilmiş müvafiq aktlara əsasən “Azəriqaz” İB-nə cəmi 1252,80 manat ziyan dəymişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə 1252.80 manat məbləğində borc, hüquqi xidmətlərin göstərilməsi üçün 300 manat olmaqla, cəmi 1552,80 (min beş yüz əlli iki manat 80 səksən qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq, İddiaçısalat Birliyinin hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək, Sabunçu rayon Məhkəməsinin 2(008)-2602/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, heç vaxt təbii qazdan qanunsuz istifadə etməmişdir. Onun mənzilində yanlız PQ-4 qaz cihazı vardır, lakin ona cərimə hesablanarkən digər cihazlara görə də hesabat aparılmışdır. Belə ki, tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlardan görünür ki aktlar hansısa naməlum xidməti yazıya əsasən tərtib edimiş və bunun əsasında cərimə hesablanmışdır. Göründüyü kimi bu iki akt yerində tərtib edilməmiş və cavabdehin iştirakı təmin edilməmşdir.0215278 saylı aktda isə ümumiyyətlə tərtib edilmə tarixi qeyd edilməmişdir və nə zaman tərtib edilməsi, hansı aya, hansı ilə aid edildiyi müəyyən deyildir. Lakin buna baxmayaraq, Sabunçu rayon məhkəməsi bu aktları sübut kimi qəbul etmişdir. Göründüyü kimi, rayon məhkəməsi bu hallara ötəri yanaşmış və nəticədə iddia tələbini təmin etmişdir. Məhkəmə iclasında İddiaçının vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh ilə “Azəriqaz” X1 X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 83844 saylı qazın alqı-satqısı müqaviləsindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə görə qaz sayğacının göstəricisinə əsasən istehlakçı hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndindən görünür ki, abonentin istifadəsində yalnız bir ədəd PQ-4 tipli qaz cihazı vardır. Abonentin saldosundan görünür ki, abonent kodu **********00991 olan abonentin təbii qazdan istifadəyə görə 2019-cu ilin iyun ayına olan borcu 1252,80 manat təşkil edir. xx.xx.2019-cu il tarixli ******* saylı, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı təbii X5nın pozulması haqqında aktların surətindən görünür ki, cavabdehin ünvanına quraşdırılmış qaz sayğacına texniki baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkarlanmış və dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd olunmuşdur. Qeyd edilən aktlar əsasında Azəriqaz QSC-nin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş «Dəymiş ziyanın bərpasına dair tələbnamə» adlı sənədlərdən görünür ki, dəymiş zərərin hesablanması abonentin istifadəsində olan PQ-4 qaz cihazı ilə yanaşı, QSSQ (qeyri-standart su qızdırıcısı) və dəmir sobaya görə də aparılmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən tərəflər arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz vermək öhdəliyi götürmüşdür, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin müqavilənin şərtlərini pozaraq, qaz xəttinə sayğacdan kənar qoşularaq qazdan istifadə etmiş, bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Qeyd edilən qanunsuz qoşulmalara dair iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən müvafiq aktlar tərtib edilmiş, dəymiş zərər hesablanaraq cavabdehdən tələb edilmişdir. Göstərilənlərlə bağlı kollegiya hesab edir ki, iş üzrə Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma nəticəsində iddiaçı Azəriqaz QSC-yə zərər yetirilməsi müəyyən edilsə də, həmin zərərin hesablanması düzgün aparılmamış, bununla da cavabdehin qanunla qorunan maraqları pozulmuşdur. Belə ki, iddiaçı borcun hesablanması zamanı qaz xəttinə qanunsuz qoşulmaqla bağlı tərtib edilmiş aktlara istinad etmişdir. Lakin həmin aktlardan biri, yəni ******* saylı aktın surətindən onun nə zaman tərtib edilməsi müəyyən edilmir. Kollegiya hesab edir ki, rəsmi sənəd hesab edilən və abonentin qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən həmin akt belə sənədlərin tərtib edilməsinə dair qanunvericiliklə müəyən edilmiş tələblərə uyğun tərtib edilmədiyindən etibarsız hesab edilməlidir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qazın dəyərinin hesablanmasına dair sənədddən isə görünür ki, həmin hesabat qanunsuz qoşulmadan əvvəlki 180 gün üçün aparılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasındakı qazın alqı-satqısına dair müqavilə xx xxxx 2018-ci il tarixdə imzalanmışdır. Həmin tarixdən əvvəl belə müqavilənin mövcudluğu isə iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən də, kollegiyanın gəldiyi qənaətə görə həmin akt üzrə zərərin hesablanması 180 gün əvvəldən, yəni xx xxxxx 2018-ci il tarixdən deyil, tərəflər arasında müqavilə hüquq münasibətlərinin yarandığı vaxtdan, yəni müqavilənin bağlandığı xx xxxx 2018-ci il tarixdən (126 gün) aparılmalıdır. Bundan başqa, qazdan istifadəyə dair tərəflər arasında bağlanmış müqavilədə abonentin istifadəsində yalnız bir ədəd PQ-4 qaz cihazının olması göstərilsə də, iddiaçı tərəfindən dəymiş ziyana görə hesabat tək həmin cihaza görə deyil, həm də QSSQ və dəmir sobaya görə aparılmışdır. Məhkəmə kollegiyası bu cür hesabatın aparılmasını əsassız hesab edir. Belə ki, Azəriqaz QSC həmin qaz cihazlarının abonentə məxsus ünvanda mövcud olmasına dair heç bir sübut təqdim edə bilməmişdir, cavabdeh isə onun evində belə qaz cihazlarının mövcud olmadığını bildirmişdir. Ona görə də, kollegiyanın qənaətinə görə iddiaçıya dəymiş zərərin əvəzinin hesablanması yalnız müqavilədə qeyd olunan PQ-4 tipli qaz cihazına görə aparılmalı idi. Azərbaycan Respublikası Dövlət X4 xx xxxx 2011-ci il tarixli 11 saylı “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 1-ci bəndindən görünür ki, “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” təsdiq edilmişdir. Həmin «Qaydaların» 1-ci və 2-ci bəndlərinə görə, təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar olunduqda, həmçinin layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin bərpasının hesablanması Qaydaları tətbiq olunur. Qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması qaydalarının 1-ci və 2-ci hallarında istehlakçı tərəfindən bu hallara uyğun gələn X5nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və qaz kəmərinin əlavə qoşulma aşkarlanan qoşulma nöqtəsindəki en kəsiyindən və təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində (Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə iddia müddəti 3 ilə bərabərdir) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2018-ci il tarixli ******* saylı (126 gün üçün) təbii X5nın pozulması haqqında aktlara əsasən aparılmış hesabatlardan məlum olur ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulmasına görə iddiaçıya vurmuş olduğu ziyanın məbləği bir ədəd PQ-4 tipli qaz cihazı üçün cəmi 397,44 manat (30+30+30+30+30+126 gün x 6 saat x 1,2 kub metr x 0,20 qəpik) təşkil edir və cavabdeh həmin məbləğin iddiaçının xeyrinə ödənilməsi öhdəliyini daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dyəmiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh tərəfindən iddiaçı Azəriqaz QSC-yə maddi ziyan vurmuşdur. Ona görə də onun hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni qanunsuz istifadə etdiyi təbii qaza görə hesablanmış pul vəsaiti cavabdehdən alınıb, iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat vəsaitin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə iddianın təmin edilməsini də düzgün hesab etmir və birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, rayon məhkəməsi iddianı həmin hissədə təmin edərkən yalnız hüquqi xidmət göstərən şəxslə iddiaçı arasında bununla bağlı müqavilənin mövcud olmasına əsaslanmışdır. Lakin iş materiallarında hüquqi yardıma görə 300 manatın ödənilməsini təsdiq edən hər hansı bir sübut aşkar edilməmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasında belə bir müqavilənin mövcud olması özü-özlüyündə həmin müqavilə üzrə ödənişin həyata keçirilməsi anlamına gəlmir. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı tərəf hüquqi yardıma görə xidmət haqqının ödənilməsini təsdiq edən mötəbər sübut təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin borcunun məbləği ilə bağlı işin hallarını düzgün müəyyən etməmiş və bununla bağlı maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələbini tam təmin etməklə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi,385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh təbii qazdan istifadəyə görə 1252.80 (bir min iki yüz əlli iki manat səksən qəpik) manat məbləğində borcun və hüquqi yardıma görə ödənilmiş 300 manat pulun tam tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə İddiaçısalat Birliyinin xeyrinə 397,44 (üç yüz doxsan yeddi manat 44 qəpik) manat məbləğində pul tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar