Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6669/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Çingiz Dibirovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Xəzər rayonu, Binə qəsəbəsi, 1 nömrəli sahədə təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı yaranmış 1.986,3 manat borc cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh sayğacdan kənar qaz xətti çəkərək qazdan qeyri-qanuni istifadə edib. Bu, iddiaçının tərtib etdiyi 30.03.2019, 27.04.2019, 05.01.2020 və 28.02.2020-ci il tarixli aktlarla (iş v. 17, 19, 22, 25) və foto (iş v. 28, 29) təsdiq olunur. İddiaçı hesablama aparıb, qərar qəbul edib (iş v. 16, 18, 21, 24), qeyri-qanuni istifadə nəticəsində itirilmiş qazın dəyərinin 1.986,5 manat olduğunu müəyyən edib. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsaslanaraq hesab edir ki, zərərin əvəzi kimi 1.986,3 manat tutulmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüququ normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Zərərin əvəzi kimi 1986,3 manat Cavabdeh alınaraq İddiaçınə verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 45,8 manat Cavabdeh alınaraq İddiaçınə verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6669/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6669/2021
23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver