Məhkəmə qərarları › İş №2(103)-667/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-667/2020

21.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-667/2020 21.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X2 və qarşılıqlı iddia üzrə cavabdeh Mustafayeva Nigar Mövlan qızının nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1307/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan məhv olunmuş 60 kv.m çıxarışlı daşınmaz əmlaka görə 300.000 manat, istifadəsində olan məhv olunmuş 51.3 kv.m tikintilərə görə 165.000 manat, 48 kv.m zirzəmiyə görə 144.000 manat, 55 kv.m zəbt olunmuş həyətə görə 55.000 manat, cəmi 664.000 manat kompensasiyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxxxxxxxxxxxxxxxxx” MMC cavabdehlər İddiaçı və Mustafayeva Nigar Mövlan qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə Mustafayeva Nigar Mövlan qızı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi İddiaçı ilə bağlanılaraq ona 72 kv.m sahəsi olan mənzil və aylıq 350 manat kirayə haqqı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1307/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “vurulmuş ziyana görə kompensasiyanın verilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh İddiaçı və Mustafayeva Nigar Mövlan qızına qarşı “müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi ilə bağlanaraq ona mənzil və aylıq kirayə haqqı verilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC ilə Mustafayeva Nigar Mövlan qızı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında yeni müqavilənin bağlanılması, həmin müqavilə əsasında İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilin əvəzində “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin maddi vəsaiti hesabına həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında sahəsi 72 kv.m olan tam təmirli mənzilin verilməsi və həmin mənzilə köçürülənədək İddiaçı 350 manat kirayə haqqının ödənilməsi “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və ilk iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiası –mülkiyyətində olan 60 kv.m sahə, istifadəsində olan 51.3 kv.m tikili, 48 kv.m zirzəmi, 55 kv.m həyətə görə kompensasiya tələbi, sənədlərlə - 1) xx.xx.2015 tarixli, RX seriyalı ******* saylı çıxarışla , 2) DƏDRX-in Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2006 tarixli, 11/6822 saylı dövlət reyestrindən arayışla tam təsdiq olunur. Həmin arayışa nisbətdə, Nərimanov məhkəməsinin “sözügedən arayışın 20 gün müddətinə qüvvədə olması” sözünə əsaslanaraq sübut kimi qəbul etməməsi absurddur. Çünki arayışın 20 gün qüvvədə olması, həmin arayışla hər hansı işlər aparmaqda zaman məhdudiyyəti olması, arayışda göstərilən tikililərin 20 gündən sonra buxarlanması anlamına gəlmir. Ona məxsus olan daşınmaz əmlakın heç bir kompensasiya ödənmədən sökülməsi proses zamanı sübut olunmuş, cavabdeh bunu inkar etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh Mustafayeva Nigar Mövlan qızının nümayəndəsi və vəkili X5 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini ilkin və qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-667/2020 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə cavabdeh Mustafayeva Nigar Mövlan qızının nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-1307/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddiaları MMC-yə qarşı idi. Nigar Mustafayevanın cavabdeh qismində cəlb olunmasına da etiraz edirdi. Çünki, Nigar Mustafayevaya qarşı iddiaları yoxdur. MMC Nigara 1 ev və ya 5 ev versə də bunun onlara heç bir aidiyyəti yoxdur. MMC-ni cavabdeh kimi qoyublar və tələblərini ona qarşı irəli sürmüşlər. 2006-cı ildə Nigar Mustafayeva mənzili ipotekaya qoyub. MMC ilə Nigar Mustafayevanın müqaviləsində zirzəmi sözü yoxdur. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh Mustafayeva Nigar Mövlan qızı bildirdi ki, o, mübahisəli yerdə 1983-cü ildən yaşayıb. İddiaçıı tanımır və onu mübahisəli yerdə görməyib. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh Mustafayeva Nigar Mövlan qızının nümayəndəsi və vəkili X5 bildirdi ki, mübahisəli evin zirzəmsinidə heç kim yaşamayıb. Mənzil faktiki Nigar xanımın istifadəsində olub. Nigarla bağlı hissə onların mənafeyinə toxunur və müqavilənin etibarsız hesab edilməsi hissəsində əsassız hesab edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək onların təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid X8 bildirdi ki, həmin məhəllədə yaşamış və söküntüyə düşdüyü üçün başqa yerə köçmüşdü. Nigar Mustafayevanı 1995-ci ildən tanıyır. Qeyd edilən həyətdə Nigar və bacılarından başqa heç kimi görməmişdir. Həyətə girişdə 3 ailə qalırdı. Həmin mənzillər sökülənə kimi orada yaşayırdılar. Həmin yerdə Orxanı görməmişdir. Nigara məxsus zirzəmidən o, da istifadə edib. Məhkəmə iclasında şahid X7 bildirdi ki, 1990-cı ildən mübahisəli ərazidə qonşuda yaşayıb. Orxanı tanımır. Nigar xanım ilə münasibətləri yaxşı olub. Həmin yerdə neçə ailənin qalmasını bilmir. Qonşular ilə İlhamə, Xavər və Nigar yaşayırdı. Ümumi həyət idi. Kimin harada dəqiq qalmasını bilmir. Söküntüyə kimi İlhaməgil orada yaşayırdı. Nigarın yaşadığı mənzilin zirzəmisi var idi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 340 nömrəli Sərəncamı ilə rayonun Azadlıq prospekti və M.Sənani küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 1,08 ha torpaq sahəsinin “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə orada yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə kirayə haqqı ödənilməsi və digər xidmətlərin göstərilməsi “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvalə edilmişdir. Bu məqsədlə “xxxxxxxxxxxxxxxxxxx” MMC ilə Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzilin mülkiyyətçisi Mustafayeva Nigar Mövlan qızı ilə müqavilə bağlamış, həmin müqaviləyə əsasən adı çəkilən şirkət tərəfindən sonuncuya mənzil və müvafiq kirayə haqqı verilməsi nəzərdə tutulmuşdur. Lakin həmin mənzilə dair hərrac vasitəsi ilə İddiaçı mülkiyyət hüququ əldə etmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, M.Sənani küçəsində yerləşən 31 nömrəli fərdi yaşayış evi ətraf binalarada yaşayan insanlara zərər yetirmə ehtimalı səbəbindən, ətrafdakı şəxslərin mənafeləri naminə qonşu mənzillərlə birlikdə sökülmüş və bu torpaq sahəsində “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən bina inşa edilməkdədir. Məhkəmə, İddiaçı iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı ona 664.000 manat məbləğində kompensasiyanın ödənilməsini istəyir. Lakin iddiaçı həmin məbləğin hansı qaydada hesablanması və evinin dəyərinin nə qədər olması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan 60 kv.m çıxarışlı daşınmaz əmlaka, həmçinin 51.3 kv.m tikintilərə, 48 kv.m zirzəmiyə görə, 55 kv.m zəbt olunmuş həyətə görə “xxxxxxxxxxxxxxxxxxx” MMC-dən kompensasiya tələb etsə də, bu hal mülki iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan çıxarışdan da görünür ki, İddiaçı mülkiyyətində “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tikinti işləri aparılan ərazidə 60 kv.m. ümumi sahəsi olan mənzil olmuşdur. Bundan başqa, bu hal iş materialında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-5282/2017 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-7591/2017 nömrəli qərarından da aydın olur. Həmin məhkəmə aktlarında müəyyən olunmuşdur ki, Mustafayeva Nigar Mövlan qızına məxsus Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 31 nömrəli, 60 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzil “xxxxxx” İKB ASC-nin xeyrinə yüklü edilmiş, tutma ipoteka predmetinə yönəldikdən sonra keçirilmiş hərrac nəticəsində sözügedən mənzil “xxxxxx” İKB ASC-yə satılmışdır. Daha sonra, İddiaçı 2015-ci il 09 iyul tarixdə həmin mənzili alqı-satqı müqaviləsi əsasında “xxxxxx” İKB ASC-dən 41437 manata satın almışdır. Göründüyü kimi, Məmmədov X4 rayonu, Möhsün Sənani küçəsində yerləşən 31 nömrəli, 60 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzili satın almış və yalnız həmin mənzilin onun mülkiyyətində olmasına dair sənədləri məhkəməyə təqdim etmişdir. “xxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyində Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsindəki 31 nömrəli evin xx xxxxxx 2019-cu il tarixinə hesablanmış bazar dəyəri aşağıdakı kimidir: 1)Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsindəki 31 nömrəli evin (hazırda sökülmüş) yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiyməti (Oqtay Məmmədovun adına verilmiş ******* nömrəli çıxarışa əsasən) 117.600 manat təqşkil edir; 2) Təqdim edilən Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 347 nömrəli Sərəncamında göstərilən ümumi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 91.5 kv. m, köməkçi sahəsi isə 103,0 kv. m. olmuş(hazırda sökülmüş ) evin yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiyməti 264.000 manat təşkil edir. 3)Təqdim edilən sxemdə göstərilən, 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş tikililərin hər birinin ayrılıqda, yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla(zirzəminin tikilinin altında yerləşməsi nəzərə alınmaqla) mövcud olan real bazar qiyməti 1-ci sxem (2 otaqlı) 23.0 kv-43.700 manat: 2-ci sxem (4 otaqlı) 116.0 kv.m- 192.100 manat, 3-cü sxem (zirzəmi) 63 kv.m-50.400 manat təşkl edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər ilk iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsi və ilk iddianın qismən təmin olunması üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki ilkin iddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin fərdi yaşayış evinə görə maddi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdur. Əvvəla, iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 31 ünvanda yerləşən ümumi sahəsi 60 kv.m olan mənzilin aralarında hər hansı bir razılaşma olmadan cavabdeh tərəfindən sökülməsi işin mübahisəsiz halıdır. Bunu tərəflərin heç biri mübahisələndirmir. İkincisi, iddiaçı xüsusi mülkiyyətində olmuş həmin mənzilə və istifadəsində olan məhv olunmuş tikintilərə, zirzəmiyə və zəbt olunmuş həyətə görə ümumilikdə cavabdehdən 664.000 manat kompensasiya tələb etsə də, mübahisəli ünvanda onun mülkiyyətində olan mənzildən və altında yerləşən zirzəmidən başqa istifadəsində hansısa tikililərin olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmiş, bununla bağlı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Əksinə qanuni qüvvəyə minmiş məhkəmə aktları, eləcə də apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvandakı özbaşına tikililər qeyd olunan mənzilin əvvəlki mülkiyyətçisi Nigar Mustafayevanın bacıları Xavər və İlhamə Mustafayevaların istifadəsində olmuşdur(bax. iş. vər 212; 1 nömrəsi ilə işarələnmiş tikili Xavər Mustafayevanın, 2 nömrəsi ilə işarələnmiş əvvəl Nigar Mustafayevanın mülkiyyətində olan, sonradan Orxan Mustafayevin mülkiyyətinə keçən hissə, 2a nömrəsi ilə işarələnmiş tikili, yəni 18 və 30 kv.m.dən ibarət 2 otaq, giriş 4 kv.m., ayaq yolu1 kv.m isə İlhamə Mustafayevanın istifadəsində olmuş, 3 nömrəsi ilə işarələnmiş zirzəmi tikilisi isə mülkiyyətdə olan mənzilin alt hissəsində yerləşmişdir). Buna görə də, iddiaçı cavabdehdən yalnız mülkiyyətində olan mənzilə və ona aid zirzəmiyə görə kompensasiya tələb edə bilər. Çünki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisəli ünvanda olmuş digər tikililərin iddiaçıya aidiyyəti olmamış, həmin tikililərdə yaşayan, onlardan istifadə edən və onlara sahiblik edən başqa şəxslər olmuşdur. Həmin tikililərlə bağlı cavabdehlə digər şəxslərin münasibəti isə hazırki iddianın predmetinə aid olmadığından, eləcə də qarşılıqlı iddia baxılmamış saxlandığından bu iş üzrə onlara hüquqi qiymət verilə bilməz. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli ünvanda yerləşmiş və hazırda sökülmüş, həm iddiaçının mülkiyyətində olan mənzilin və digər tikililərin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə keçirilmiş və “xxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyi iş üzrə mötəbər sübut hesab edilməlidir. Çünki, bu qiymətləndirmə zamanı mübahisəli ünvanda mövcud olmuş, hazırda isə sökülmüş tikililər, həm iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmuş, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsindəki 31 nömrəli ev (hazırda sökülmüş) yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla çıxarış üzrə, həm Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyətinin Başçısının xx.xx.2006-cı il tarixli 347 nömrəli sərəncamına əsasən müəyyən edilmiş 194.5 kv. metr üzrə, həm də təqdim edilən sxemə əsasən, mövcud olmuş tikililərin faktiki vəziyyətinə uyğun 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş hissələr üzrə real bazar dəyəri qiymətləndirilmişdir. Belə ki, rəydə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsindəki 31 nömrəli evin (hazırda sökülmüş) yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiyməti (İddiaçı adına verilmiş ******* nömrəli çıxarışa əsasən) 117.600 manat, Bakı şəhəri Nərimanov rayon İcra hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 347 nömrəli Sərəncamında göstərilən ümumi sahəsi 194,5 kv.m, yaşayış sahəsi 91.5 kv. m, köməkçi sahəsi isə 103,0 kv. m. olmuş(hazırda sökülmüş ) evin yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiyməti 264.000 manat və təqdim edilən sxemdə göstərilən, 1, 2, 3 rəqəmləri ilə nömrələnmiş tikililərin hər birinin ayrılıqda, yerləşdiyi torpaq sahəsi və həyəti nəzərə alınmaqla(zirzəminin tikilinin altında yerləşməsi nəzərə alınmaqla) mövcud olan real bazar qiyməti 1-ci sxem (2 otaqlı) 23.0 kv-43.700 manat: 2-ci sxem (4 otaqlı) 116.0 kv.m-192.100 manat, 3cü sxem (zirzəmi) 63 kv.m-50.400 manat təşkl etdiyi göstərilmişdir. İddiaçının mülkiyyətində olan mənzil 2-ci sxem üzrə qiymətləndirilmiş hissədə yerləşmiş və həmin sxem üzrə tikililər cəmi 116.0 kv.m-192.100 manat məbləğində qiymətləndirilmişdir. Belə ki, evin 1 kv.m =1,655 manat (192.000:116 =1,655 man) təşkil edir. 116 kv. metrdən iddiaçının istifadəsində olmayan 53 kv.metr çıxıldıqda, qalan 63 kv.metrin dəyəri (63×1,655=104.265) 104.265 manat təşkil edir. 3-cü sxem üzrə 63 kv.metr olan zirzəminin isə real bazar dəyəri 50.400 manat qiymətləndirilmişdir. Demək, iddiaçının həm mülkiyyətində olmuş mənzilin və ona aid zirzəminin real bazar dəyərinin cəmi 154.625 manat təşkil etmişdir. Ona görə də həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1307/2019 nömrəli qətnaməsi ləğv edilməli, ilkin iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 1307/2019 nömrəli qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətindən 154.675(yüz əlli dörd min, altı yüz yetmiş beş) manat tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. “xxxxxxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətindən- 300(üç yüz) manat qiymətləndirmə xərci alınaraq “xxxxxxx” X1 H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar