Məhkəmə qərarları › İş №2(103)-6676/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6676/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6676/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rəfayıl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-175/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə İddiaçı X6 xeyrinə 27R000002311 saylı kredit razılaşması üzrə 15898.88 (100.03 ABŞ dollar çıxılıb) ABŞ dolları kredit borcun, 6626.09 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23024 ABŞ dolları 97 sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilin dəyəri 57000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydadaİddiaçı QSC–nin xeyrinə 27R000002311 saylı kredit razılaşması üzrə 16098.94 ABŞ dolları kredit borcu, 9528.79 ABŞ dolları faiz borcu və 17090.58 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 42718 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı QSC-nin nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X6 xeyrinə 27R000002311 saylı kredit razılaşması üzrə 15998.91 ABŞ dolları kredit borcu, 9528.79 ABŞ dolları faiz borcu və 17090.58 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 42618 ABŞ dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia aldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 42618 ABŞ dolları 28 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27L000001367 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27R000002311 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 38000 ABŞ dolları məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 27R000002311S saylı, xx.xx.2016-cı il tarixli 27R000002311SA saylı, xx.xx.2016-cı il tarixli 27R000002311SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 22001.09 ABŞ dolları ödəmiş, onun 15998.91 ABŞ dolları məbləğində kredit borcu qalmışdır, kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 929 gün üçün hesablanmış faiz borcu 9528.79 ABŞ Dolları təşkil edir, kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir, xx.xx.2019- cu il tarixə 929 gün üçün hesablanmış cərimə 17090.58 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür, o, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27M000000110 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Xətai rayonu Abbas Səhhət küçəsində 6 saylı evin 6 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh2apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin olunmasını xahiş edən Cavabdeh1, apellyasya şıkayətinin rədd olunmasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 27L000001367 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 100000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli 27L000001367 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2013-cü il tarixli 27R000002311 saylı kredit razılaşmasından görünür ki, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, bank 38000 ABŞ dolları məbləğində krediti kredit alana verir. Kredit Alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırlmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 27S000002445 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC ilə bir tərəfdən borclu Cavabdeh1, digər tərəfdən zamin Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zaminliklə təmin edilən öhdəlik xx.xx.2013-cü il tarixli, 27L000001367 saylı kredit xətti müqaviləsi və kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan digər kredit razılaşmalarından irəli gələn pul tələbidir və zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən borclu Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci ildə xəbərdarlıq məktubu göndərilməklə onlardan xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcun xx.xx.2019-cu il tarixədək ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 6482 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 27R000002311 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə 16098.94 ABŞ dolları əsas məbləğ üzrə borc, 9528.79 ABŞ dolları faiz üzrə borc, 17090.58 ABŞ dolları cərimə borcu, gecikdirilən günlərin sayı 929 gün, cəmi 42718.31 ABŞ dolları borc təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 8777 saylı arayışdan görünür ki, Cavabdeh1 27R000002311 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə cəmi 37449.49 ABŞ dolları ödəmiş, həmin məbləğdən 22001.09 ABŞ dolları əsas, 15298.56 ABŞ dolları faiz, 149.84 ABŞ dolları cərimə borcuna silinmiş, xx.xx.2019-cu il tarixə 929 gün 15998.91 ABŞ dolları əsas borcu, 9528.79 ABŞ dolları faiz borcu, 17090.58 ABŞ dolları cərimə olmaqla, cəmi 42618.28 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan İddiaçı QSC-nin Xətai rayon Məhkəməsinə ünvanlanan xx.xx.2019cu il tarixli 8778 saylı məktubdan görünür ki, Cavabdeh1 əsas kredit borcu 10000 ABŞ dollarından çox olduğundan o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanın təsir dairəsinə düşməmişdir, bununla yanaşı X7 Palatasının təqdim etdiyi siyahıya əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil deyildir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli kreditin verilməsi barədə qəbzdən görünür ki, İddiaçı QSC-nin “Lökbatan” filialı tərəfindən 38000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 20480 saylı ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və xx.xx.2012-ci il tarixli 17R000001538 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixə olan borcu əsas borc üzrə 16.417.57 ABŞ dolları, faiz borcu üzrə 6.626.09 ABŞ dolları olmaqla ümumi borcu 23.043.66 ABŞ dolları təşkil edir. Həmin rəydən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdən sonra 100.03 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2019cu il tarixə göstərildiyindən 100.03 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. İşə əlavə edilmiş İddiaçı QSC-nin mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixində 100.03 ABŞ dolları məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 27M000000110 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 27L000001367 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzil İddiaçı QSC-nin “Lökbatan” filialının xeyrinə 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1012 saylı reyestr kitabının 91023 nömrəli vərəqəsində qeydiyyata alınmışdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İş materialalrında olan İddiaçı QSC-nin Cavabdeh2 ünvanlanan xx.xx.2018-ci il tarixli, 19910 saylı bildirişdən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzilinə dair ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdir. İş materiallarında olan ərizələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh1, X3, X8, X4, X12, X1 Rəfiqə Qayıb qızına məxsus Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzilin İddiaçı QSC-yə kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar və ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdələrinə götürürlər. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020- ci il tarixli MB13/119 saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzilin xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 57000 (əlli yeddi min) manat təşkil edir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmasını nəzərdə tutan xx.xx.2013-cü il tarixli 27L000001367 saylı kredit xətti müqaviləsi bağlanmışdır, bu müqaviləyə əsasən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 27R000002311 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, 38000 ABŞ Dolları məbləğində kredit götürmüşdür, Cavabdeh2 tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuş, Cavabdeh1 müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, həmçinin kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir, həmin mənzilin hazırkı bazar qiymətinə uyğun olaraq satış məbləği 57000 manat təşkil edir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmişdir, sonradan Cavabdeh1 banka ödənilməmiş 15898.88 ABŞ dolları əsas, 6.626.09 ABŞ dolları faiz borcu qalmışdır, cavabdehlərə borcunun olması və borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar müəyyən olunmadı. İşə baxan birinci instansiya məhkəməsi, ekspert rəyini sübut kimi qəbul edərək, iddia tələbi üzrə faiz borcunu, həmin rəyin nəticə hissəsində faiz borcu kimi hesablanmış 6626.09 ABŞ dolları məbləği həddində müəyyən etmişdir. Göründüyü kimi, işə baxan məhkəmə haqlı olaraq, əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən etmişdir. Belə ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı 15998.91 ABŞ dollar həddində müdafiə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdehlçr kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar.Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 27L000001367 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, A.Səhhət küçəsi ev 6, 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, adı çəkilən müqavilədə ipotekaya qoyulmuş əmlakın qiyməti ipoteka predmetinin ilkin satış qiyməti kimi göstərilməlidir. Kollegıya hesab edir ki, müqavilələrdə nəzərdə tutulan öhdəliklər cavabdehlçr tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməkləbirinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi, Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar