Məhkəmə qərarları › İş №2(103)-6682/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6682/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6682/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10214/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadından Cavabdeh1 tərəfındən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 35100 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10214/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 35100 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi Cavabdeh2 aid hissədə baxılmamış saxlanılmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək qərardadının ləğv edilməsini və Cavabdeh2 ikinci cavabdeh kimi işə cəlb etməklə işin mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmiş və qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10214/2016 saylı, 04 may 2021-ci il tarixli qərardadı ilə, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10214/2016 saylı 24.10.2016-cı il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(011)-10214/2016 saylı qərardadından şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması üzrlü hesab edilərək bərpa edilmiş, Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(011 )-10214/2016 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, Rəşada qarşı onun hansısa bir şikayəti yoxdur. O, pulu almamışdır. O və Rəşad həmin puldan heç nə görməmişlər. Qətnamə və qərardad onun qeydiyyat ünvanına göndərilib, o, da orada olmamışdır. 4 ildən sonra icra məmuru onu axtaranda məlumatı olub. Məhkəmə iclasında Cavabdeh2 şikayətin təmin edilməməsini xahiş etdi İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin Cavabdeh2 münasibətdə məhkəməyə qədər nizama salma qaydasına riayət etmədiyindən və buna dair sənəd təqdim etmədiyindən, iddia ərizəsi Cavabdeh2 aid hissədə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən şikayət təmin edilmədən 2(011)-10214/2016 saylı, 24 oktyabr 2016cı il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10214/2016 saylı, 24 oktyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar