Məhkəmə qərarları › İş №2(103)-6683/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6683/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6683/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İlk iddia üzrə Cavabdeh3 nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı «borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ilk, həmçinin iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı QSC-yə qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(001)-17/2021 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ərizə ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 09R000006035 saylı kredit razılaşması üzrə 52400,89 ABŞ dolları kredit borcu, 31399,58 ABŞ dolları faiz və 69374 ABŞ dolları cərimə olmaqla, cəmi 153174.47 ABŞ dolları borcun, 09R000008941 saylı kredit razılaşması üzrə 58300,99 ABŞ dolları kredit borcu, 37102,53 ABŞ dolları faiz və 76144 ABŞ dolları cərimə olmaqla, cəmi 171547,52 ABŞ dolları borcun, 09R000012554 saylı kredit razılaşması üzrə 310301,42 ABŞ dolları kredit borcu, 192502,76 ABŞ dolları faiz və 432938,74 ABŞ dolları cərimə olmaqla, cəmi 935742,92 ABŞ dolları, üç kredit razılaşması üzrə ümumilikdə 1260464,91 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması, 09R000006035 saylı kredit razılaşması üzrə tələbin Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və qeyd edilən pul vəsaitlərinin ödənilməsi, eyni zamanda hər üç kredit razılaşması üzrə tələbin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətindəki ümumi sahəsi 111,9 m2 qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu. S.S.Axundov küçəsi 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəli 219,4 m2 qeyri yaşayış sahəsinə, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və pul vəsaitlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada tutulması, Abşeron rayonu Novxanı kəndi Bağlar massivində Cavabdeh3 mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən 238 saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 3 nömrəli binanın zirzəmisində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 111,9 m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsində 11/35 nömrəli binanın 1-ci mərtəbəsində Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 219,4 m2 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində 11 nömrəli binada yerləşən Cavabdeh3 mülkiyyətində olan 55 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh3 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia verərək, 08 may 2007-ci il tarixli, 09M000000053 nömrəli, 04 noyabr 2011-ci il tarixli, 09M000000573 nömrəli və 02 may 2012-ci il tarixli, 09M000000616 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(001)- 17/2021 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadə məktubla müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyini, bu səbəbdən də mülki işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəf həqiqətən də onlar tərəfindən apellyasiya şikayəti verildiyini təsdiq edərək, mülki işin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinin yoxlanılması üçün baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 362-ci maddəsinin tələbinə görə apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh3 qarşı «borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh3 cavabdeh İddiaçı QSC-yə qarşı «ipoteka müqavilələrinin etibarsız hesab edilməsi» barədə qarşılıqlı iddiaya dair mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar