Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6685/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadından iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ilə ddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbi»nə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılması, qeyd olunan məsələ ilə əlaqədar olaraq iflas proseduru çərçivəsində Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüquqlarının olması, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq İddiaçı1 qaytarılması qərara alınmışdır. İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)-4097/2022 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, iddiaçıların irəli sürdüyü tələbə qiymət verilməsi ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyətində olmadığından, işə mahiyyəti üzrə baxılması da mümkün deyil, həmçinin iddia tələbi kreditor tələbi olduğundan (borcun silinməsi - pul ilə bağlı tələb olduğundan) iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalı və iddiaçılara iflas proseduru çərçivəsində iflas haqqında qərarı qəbul etmiş məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasısı Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarında göstərilir ki, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilməsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil. Konstitusiya Məhkəməsinin bu qərarındakı hüquqi mövqedən də göründüyü kimi, iflas prosesində olan banklara qarşı istənilən iddialara deyil, yalnız banka qarşı kreditor tələbləri, habelə bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilmir. Hazırkı iddia ərizəsində irəli sürülən tələblər isə kreditor tələblərinə aid olmamaqla, fondun əsassız olaraq iddiaçıların adlarını kreditorlar reyestrində (siyahısında) saxlamaqla, onların hüquqlarının məhdudlaşdırılmasını aradan qaldırmağa və kredit resuslarından istifadə etmələrinə şərait yaradılmasına yönəlmişdir. Ona görə də, iddia ərizəsində qoyulmuş tələblər mülki məhkəmə icraatı qaydasında baxılmaqla həll edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad edilməklə iddianın icraata qəbul edilməsindən imtina edilməsi əsassız olmuşdur. Kollegiya hesab edir ki, hazırkı iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iddiaçıların bu tələblərlə bağlı rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi mülki prosessual qanunvericliyin tələbləri baxımından düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(006)- 4097/2022 saylı qərardadı ləğv edilsin. İş materialları iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s. tələbi»nə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6685/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6685/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver