Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6688/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçınını nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və borc tələbi”nə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "İddiaçı" ASC arasında bağlanmış 019CASA191350009 saylı, xx xxx 2019cu il tarixli kredit müqaviləsinin ləğv edilməsini və əsas kredit borcu üzrə 2894.08 manat, faiz borcu üzrə 205.16 manat, 20.71 manat cərimə borcu olmaqla, cəmi 3119.95 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən və iş üzrə hazırlıq iclası keçirildikdən sonra Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır kı, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Astara şəhəri, Ərçivan kəndində yaşayır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayət Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət də, birinci instansiya məhkəməsində verilmiş vəsatətin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğu aydın olur; Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə isə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi Cavabdeh işin baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1326/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6688/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6688/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver