Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6688/2024 23.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli, 2(010)-5032/2015 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Azərbaycan” QSC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması barədə” iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək (birgə) qaydada 45383.94 USD məbləğində əsas kredit borcu, 2400.34 USD məbləğində əsas məbləğə hesablanmış faiz borcu, 547.99 USD məbləğində hər gecikdirilmiş günə görə cərimə borcu, 14.50 AZN müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişin pretenziyanın göndərilməsi və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərcinin və 30 AZN (otuz manat) iddia ərizəsi üçün dövlət büdcəsinə köçörülmüş dövlət rüsumunun- cəmi 48332.27 USD (qırx səkkiz min üç yüz otuz iki ABŞ dolları 27 sent) 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində borcun tutularaq «X6 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi, habelə, Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 2010-cu il buraxılış ili olan, şassi/ban nömrəsi 5YMGZ0C58ALK13734 olan, **-EL-*** dövlət qeydiyyat nişanlı, qara metal rəngli BMW X6 minik markalı nəqliyyat vasitəsinin hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən «X6 Azərbaycan» QSC-nin xeyrinə tələb həcmində məbləğin tutulması (ödəniliməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 45383.94 USD (qırx beş min üç yüz səksən üç ABŞ dollan 94 sent) əsas kredit borcu, 3833.98 USD (üç min səkkiz yüz otuz üç ABŞ dolları 98 sent) əsas məbləğə hesablanmış faiz borcu, 1905.62 USD (bir min doqquz yüz beş ABŞ dollan 62 sent) cəriməborcu, 14.50 AZN (on dörd manat 50 qəpik) bildirişin göndərilməsinə dair poçt xidməti xərcləri və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin cavabdehə göndərilməsi üzrə poçt xərci, 30 (otuz) manat iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumuümumilikdə 51.123.54 USD (əlli bir min yüz iyirmi üç ABŞ dolları 54 sent) və 44.50 AZN (qırx dörd manat 50 qəpik) məbləğində borc “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi və ipoteka (girov) qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “BMW X6” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010-cu il olan, ban 5YMGZ0C58ALK13734, qara metal rəngli nəqliyyat vasitəsi açıq hərracdan satılsın. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, çatışmayan məbləğ borclunun başqa əmlaklarının satışı hesabına ilə əldə edilən məbləğlərdən “X6 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, işdən görünür ki, cavabdehlərin vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mübahisələndirilən qətnamənin cavabdehlərə təqdim edilmədiyini bildirərək, Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli, 2(010)-5032/2015 saylı qətnaməsinin surətinin təqdim edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə qətnamə qəbzə imza edilməklə vəkil və nümayəndə tərəfindən təhvil alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 2(010)-5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün cavabdehlərin elektron portalda qeydiyyatının təmin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5032/2015 nömrəli qərardadı ilə (hakim L.O.Talıbova) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5032/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qərardadı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-5032/2015 nömrəli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 5032/2015 nömrəli qərardadının ləğv edilməsi və mülki işin, cavabdeh tərəfin ərizəsi ilə bağlı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən qeyd olunan qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5032/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadından cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəməninin 23 iyul 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2(103)- 5437/2024 saylı qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2(010)- 5032/2015 saylı qərardadının ləğv edilməsi, Mülki iş materialları cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadı ilə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 04 oktyabr 2015-ci il tarixli, 2(010)- 5032/2015 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsi, apellyasiya şikayətnin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan (İ cild, i/v-119, i/v-140) yazılı izahatlardan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli izahatında; digər Cavabdeh2 isə daha əvvəl, xx.xx.2018-ci il tarixdə Abşeron Rayon İcra və probasiya şöbəsində verdiyi yazılı izahatında məhkəmə qətnaməsi ilə tanış olduqlarını qeyd etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qərardadında qeyd olunmuşdur ki, cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi, həmçinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün elektron portala əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən ərizəyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə kimi qiymət verilərək baxılmış və müvafiq qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İşdən görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda, məhkəmə tərəfindən ümumiyyətlə hər hansı prosessual müddətin bərpasına dair ərizəyə baxıla bilməz. Ərizədən görünür ki, cavabdeh tərəfin xahişi apellyasiya şikayətinin verilməsi üçün onun elektron məhkəmə informasiya sisteminə əlavə edilməsi ilə bağlıdır. Cavabdeh tərəf hesab edir ki, onun tərəfindən prosessual müddət buraxılmamışdır. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemə əlavə edildikdən sonra apellyasiya şikayəti ilə müraciət etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən şikayətin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsi araşdırıla (iş materiallarına əsasən birinci instansiya məhkəməsi tərəfindən artıq bununla bağlı araşdırılma aparılmış və sənədlər toplanmışdır) və prosessual müddətin buraxılıbburaxılmamasına münasibət bildirilə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 2(103)- 5437/2024 saylı qərardadında qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2925/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qərardadında şərh olunan məsələləri araşdırmamış, cavabdeh tərəf elektron məhkəmə informasiya sistemi vasitəsilə apellyasiya şikayəti ilə müraciət etdikdən sonra şikayətin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə verilib-verilməməsini aydınlaşdırmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(010)-5032/2015 saylı qərardadında birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sisteminə xx.xx.2024-cü il tarixdə əlavə edilmiş, lakin bundan öncə onun tərəfindən apellyasiya şikayəti verilsə də, həmin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab olunması barədə ərizəsi və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Cavabdeh tərəf xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə informasiya sisteminə xx.xx.2024cü il tarixdə əlavə olunduğundan apellyasiya şikayəti üçün verilmiş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmə kollegiya qeyd edir ki, iş materiallarında olan icra mərhələsində cavabdehlərin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli izahatlarına əsasən Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 04 oktyabr 2015-ci il tarixli, 2(010)-5032/2015 saylı qətnaməsindən məlumatlı olmaları nəzərə alınmaqla, qeyd olunan qətnamədən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən və müddətin bərpası barədə ərizə verilmədiyindən qeyri-mümkün hesab edilməldir. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani – Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X5 Hüqüqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakı təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Hazırki işdən göründüyü kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvafiq olaraq xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə verdikləri yazılı izahatları ilə qətnamədən məlumatlı olduqlarını bildirdiklərinə baxmayaraq, cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməklə xx.xx.2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş, ötürülmüş prosessual müddətin bərpa olunması barədə vəsatət təqdim edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən və ötürülmüş prosessual müddətin bərpası barədə vəsatət təqdim edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-364, 366, 402.2.1, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxan Rayon Məhkəməsinin 04 oktyabr 2015-ci il tarixli, 2(010)-5032/2015 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-6688/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6688/2024
23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver