Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6698/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri ünvan 1adından Cavabdeh tərəfindən verilən şikayət ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6319/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək Nərimanov Rayon Məhkəməsinin 05.04.2010-cu il tarixli, 2(005)-1400/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 01.03.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh 26.01.2021-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6319/2020 saylı, 14.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 28.01.2021-ci il tarixli, 2(008)-6319/2020 saylı qərardadına əsasən, Cavabdeh apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə verərək, prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6319/2020 saylı, 19.03.2019-cu il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2(008)-6319/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq ünvan 1adının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Apellyasiya baxışı zamanı Cavabdeh şikayətin təmin olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və ünvan 1adı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, sözügedən qətnaməni iddiaçı 15.12.2020-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir, lakin 24.02.2021-ci il tarixdə isə qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsində göstərilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Qanunun məzmunundan göründüyü kimi buraxılmış müddətin bərpası üçün əsas həmin müddətin üzürlü səbəbdən buraxılması və bunun məhkəmə tərəfindən üzürlü hesab edilməsidir. Lakin, cavabdeh şikayət vermə müddətinin qətnaməni ona poçt işçisinin gec gətirməsini və həmçinin qətnaməni qəbul edilməsi barədə sübutun olmaması ilə əlaqələndirsə də, qeyd olunan faktları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6319/2020-li iş üzrə 19 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6698/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6698/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver