Məhkəmə qərarları › İş №2(103)-67/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-67/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-67/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “rekonstruksiya işlərinin dayandırılması, quraşdırılmış qapının sökülməsi, pəncərələrin bərpası, pəncərə alt divar hissəsinin tikilməsi, üzlük(aqlay) daşın vurulması və dəyən maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-611/2022 nömrəli 20 iyul 2022-ci tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzildə rekonstruksiya işləri dayandırılması, quraşdırılmış qapının sökülməsi, pəncərələrin bərpası, pəncərələrin alt divar hissəsinin tikilməsi, üzlük (aqlay) daşın vurulmasının cavabdehin üzərinə qoyulması, 100 manat məbləğində ödənilən dövlət rüsumunun və 416 manat məbləğində dəyən maddi ziyanın cavabdehdən tutularaq Qaradağ Mənzil-Kommunal Təsərrüfat Birliyinin xəzinəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.201 1-ci il tarixli 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosiai İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Balansa verilən mənzil fondunun istismarı və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdində 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmış və qeyd edilən mənzil fondu, o cümlədən ünvan 1 ünvanında yerləşən yaşayış binası 1 saylı XT MKTB-nin balansına və istismar edilməsi üçün həmin Biriyin 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Bakı Şəhər Mənzil- Kommuna Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli 83 saylı sərəncamına əsasən 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin istismarındakı yaşayış binaları, invertarları daxil olmaqla bütün aktivləri ilə birlikdə qeyd olunan sərancamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. (xx.xx.2015-ci il tarixli təhvil-təslim aktı əlavə olunur). Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilən “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqə"lərində ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binası Qaradağ rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı kimi hər il Xidmət tərəfindən təsdiq edilir. Müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə balansda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilin sahibi Cavabdeh tərəfindən heç bir əsas olmadan rekonstruksiya işləri aparılmışdır. Qəsəbənin mərkəzi yoluna 28 May küçəsinə baxan mənzilin iki pəncərəsi sökülərək, yerinə bir giriş qapısı və bir vitrin şüşə qoyulmuşdur. Söküntü zamanı binanın fasadında olan bir neçə kvadrat metr üzlük (aqlay) daşı dağıdılmışdır. Beləliklə binanın ümumi fasad görünüşü pozularaq Qaradağ Mənzil- Kommunal Təsərrüfatı Birliyinə maddi ziyan vurulmuşdur. Belə bir hal yaşayış binasının dayanıqlığına zərər vurmaqla arzuolunmaz qəza vəziyyəti yarada bilər. Vətəndaş Cavabdeh özbaşına olaraq, ona məxsus yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsini istəyir, bu da qanuna ziddir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi 10cu X4 rayon Polis İdarəsi Qaradağ rayon İcra Hakimiyyəti və tərəflərindən ona edilən xəbərdarlıqdan (27.12,2021-ci il tarixli, 1042 saylı xəbərdarlığın surəti əlavə olunur) sonra metal jalüz qapıları çıxarılmış, açılmış qapı tikilərək qismən əvvəlki vəziyyətinə qaytarılmışdır. Məsələnin qanunauyğun formada həlli istiqamətləri vətəndaşa dəfələrlə izah edilmişdir, özbaşına etdiyi hərəkətlərdən çəkinməsi üçün ona edilən xəbərdarlıqlara baxmayaraq Cavabdeh dağıdaraq qapını yenidən açmışdır. Bu isə dövlət şəhərsalma haqqında qanunvericiliyin tələblərinin və dövlət mənzil fondunun balans sahibi olaraq hüquqlarının pozulmasıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-611/2022 nömrəli 20 iyul 2022-ci tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilində yaşayış binasının ön fasad hissəsində pəncərə boşluğunun əvəzində açılan qapı boşluğu əvvəlki vəziyyətə gətirilməklə (mənzilin texniki pasportuna uyğun olaraq), 38 saylı mənzil (texniki pasportuna uyğun olaraq) həmin mənzildə görülmüş rekonstruksiya işlərindən əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh rekonstruksiya işlərinin görülməsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 146 manat məbləğində pul vəsaiti və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə çəkilmiş ekspertiza xərcinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-611/2022 nömrəli 20 iyul 2022-ci tarixli qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 3 saylı yaşayış sahəsi daşınmaz əmlakın ümumi sahəsi 42.20 kv.m. torpaq sahəsinin ölçüsü olmaqla xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur, bu hüquq xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, 3 gün müddətində aparılan qeyriqanuni rekonstrukisya işlərinin dayandırılması, quraşdırılmış qapıların sökülməsi, pəncərələrin bərpası, pənəcərəaltı tikilməsi, üzlük aqlay daşın vurulması və dəyən maddi ziyanın ödənilməsi tələb edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Cavabdeh yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevirilməsi zamanı yenidənqurma işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və Azərbaycan Respubliksı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunduqdan sonra məsələyə yenidən baxılacağı bildirmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh ünvanlanmış məktubda ona məxsus mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Nazirlik tərəfindən rəy verilməsinin tələb olunmadığı, icazənin verilməsinin müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 10/1610 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzilin texniki pasportunun məlumatlarında göstərilən pəncərə əvəzinə rekonstruksiya işləri aparılaraq küçədən giriş-çıxış qapısı quraşdırılmışdır, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 3 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 38 saylı mənzildə aparılmış rekonstruksiya işləri nəticəsində binaya vurulmuş üzlük aqlay daşlarına və 2,0-3,0 kv.m sahədə mişar daşına ziyanın vurulduğu müəyyən edilmişdir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 3 saylı yaşayış binasına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli tikintitəmir işlərinin dəyərinin bazar qiymətlərinə uyğun olaraq 146 manat məbləğində olduğu müəyyən olunur, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi 3 saylı yaşayış binasında yerləşən 38 saylı mənzildə görülmüş rekonstruksiya işlərindən əvvəlki vəziyyətə qaytarılması üçün yaşayış binasının ön fasad hissəsində pəncərə boşluğunun əvəzində açılan qapı boşluğu əvvəlki vəziyyətə gətirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarda göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iddia tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məcəllənin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 2(002)-611/2022 nömrəli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar