Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6702/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh X4 prosessual hüquq varisi X2 və onun vəkili Vəkil1, Maraqlı şəxs Qasımov Böyükağa İbrahim oğlu və onun vəkili Vəkil2 iştirakları ilə, X9 (İddiaçı) Kamal qızının cavabdehlər X6, Cavabdeh2, X7, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət X1rşı “alğı-satqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsindən iş üzrə qətnamə ilə maraqlarına toxunan şəxs Qasımov Böyük Ağa İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 (İddiaçı) Kamal qızı cavabdehlər X6, Cavabdeh2, X7, Cavabdeh3 və Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət X1rşı “alğı-satqı əqdinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evin alğı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı ilə cavabdeh X6 arasında Bakı şəhəri, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31a saylı evin alğısatqı müqaviləsi bağlanmış hesab edilmişdir. Qətnamədən üçüncü şəxs Qasımov Böyük Ağa İbrahim oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi xx.xx.2001-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 mübahisəli evə dair hüquqları fakt üzrə tanınmışdır. Həmin qətnamə əsasında cavabdeh mübahisəli evə dair 2002-ci il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, hüquq barədə mübahisə olduğu üçün ərizə baxılmamış saxlanılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Qasımov Böyükağa İbrahim oğlu və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 prosessual hüquq varisi X5 və onun vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdılar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Rəsulova (Rəcəbova) Mehri Kamal qızı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, M.Rəsulova ilə K.Cavabdeh2Şəfai küçəsindəki 31a saylı evin alğı-satqısına dair razılıq əldə edilmiş, iddiaçı cavabdehin xeyrinə bu məqsədlə 8000 ABŞ dolları məbləğində pul ödəmiş, cavabdeh isə evin alğısatqı müqailəsini DNK-da rəsmiləşdirəcəyini öhdəsinə götürmüşdür. Lakin, keçən müddət ərzində cavabdeh həmin müqaviləni rəsmiləşdirməkdən imtina etmiş və bunun da, səbəbini onunla izah etmişdir ki, DNK-da ödəniləcək dövlət rüsumunu ödəmək üçün onun maddi imkanı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, qətnamə ilə maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 31 saylı ev 2002-ci il tarixdə X4 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2002-ci il tarixli qəbzə əsasən, K.Rəhimzadə mübahisəli evini 8.000 ABŞ dollarına M.Rəsulovaya satmış, razılaşdırılmış pulu almış və alğı-satqı müqaviləsini bağlayacağını öhdəsinə götürmüşdür. Buna baxmayaraq, həmin müqavilə notarial qaydada bağlanmamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki,birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıdakı maddi və prosessual hüquq normalarının pozulması hallarına yol vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsində alğı-satqının baş tutması tələbinə qiymət verərkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tələblərini də nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci il tarixədək qüvvədə olmuş 335-ci maddəsində əqdin notarial formasına riayət edilməməsinin hüquqi nəticələri öz əksini tapmışdır. Həmin Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. «İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün aşağıdakı üç halın mövcud olması zəruridir. Bu hallar aşağıdakılardır.
1. Əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir;
2. Məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması;
3. Əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göründüyü kimi, qeyd edilən normanı tətbiq etmək üçün əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı və əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alğı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə də, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, K.Rəhimzadənin məhz iddiaçıya mübahisəli evin satılması ilə bağlı əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin onun təqsiri ucbatından baş verməsi və məhz onun da əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması öz təsdiqini tapmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur və təmin edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, qətnamə ilə maraqlarına toxunan şəxs Qasımov Böyük Ağa İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Qətnamə ilə maraqlarına toxunan şəxs Qasımov Böyük Ağa İbrahim oğlunun Qasımov Böyük Ağa İbrahim oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1219/2002 saylı, xx.xx.2002-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev