Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6706/2025 12.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2744/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh Cavabdeh İddia tələbi Pul tələbi Qəbul edilmiş məhkəmə aktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- (qərardad, qətnamə və s.) 2744/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh 5286 (beş min iki yüz səksən altı) manat məbləğində pul və 72.86 manat (yetmiş iki manat səksən altı qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı2nə ödənilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə aktının şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- (apellyasiya şikayəti) verən 2744/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tərəfə göndərilmə və alınma Cavabdeh tərəfindən nə vaxt alınması barədə tarixi məlumat iş materiallarından müəyyən edilmir. Apellyasiya şikayətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti (şikayətin) məhkəməyə daxil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə olduğu tarix birinci instansiya məhkəməsinə daxil olmuşdur Müddətin bərpasına dair ərizə Müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri 268.1, 130.3, 133.1, 133.3, 361, 363.1.3, 364 və 366 Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Qeyd olunan qanunvericilik normaları kontekstində kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2744/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin Cavabdeh tərəfindən nə vaxt alınması barədə məlumat iş materiallarından müəyyən edilmir. Lakin Cavabdeh elektron kabineti vasitəsilə apellyasiya şikayəti ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2744/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2744/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət cavabdehə geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6706/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6706/2025
12.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver