Məhkəmə qərarları › İş №2(103)-671/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-671/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-671/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1230/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMCnin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2114 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 3 aylıq sınaq müddəti ilə müddətsiz Satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2017ci il tarixdə 233-K əmri ilə Baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli 009-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli 143-K saylı əmrlə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə Oba - Zabrat 7 (kod 553) mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2018-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2274 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 2274 manat borcunun 160 manatı ödənilmiş yerdə qalan 2114 manat ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 1230/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 2114 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Ziyan vurulmasında onun təqsiri müəyyən edilməyib, əgər ziyan mövcuddursa da, iddia tələbində göstərildiyindən dəfələrlə az məbləğdədir. Ziyan məbləğinin hansı qaydada hesablanması məlum deyil. Qətnamədə sübut kimi qeyd olunan xx.xx.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən onun xəbəri yoxdur, o, heç bir müqaviləyə imza qoymamışdır. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilərək, imzaların ona aid olmamasını müəyyən etmək olardı. Məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli ərizə ilə İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə qəbul edilməsini xahiş etmiş, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən 3 ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə götürülmüş, MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 117-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən 3 ay sınaq müddətinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “X4 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2017-ci il tarixli ərizə ilə MMC-yə Baş satıcı vəzifəsinə qəbul edilməsini xahiş etmiş, MMC tərəfindən verilmiş xx.xx.2017-ci il 233-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Əməliyyatları Şöbəsinə xx xxx 2017-ci il tarixdən Baş satıcı vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “X4 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, işəgötürənlə işçi arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə dəyişiklik və əlavələr edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixdən İddiaçı MMC-nin Satış Əməliyyatları Şöbəsinə Baş satıcı vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 167 manat təşkil edir. Cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə MMC-yə Satış Əməliyyatları Şöbəsinə Administrator vəzifəsinə keçirilməsinə etiraz etməmiş, MMC tərəfindən verilmiş xx.xx.2018-ci il 009-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Əməliyyatları Şöbəsinə xx xxxxxx 2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X4 haqqında müqavilə”dən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin vəsifə təlimatından görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əlavədən görünür ki, işəgötürənlə işçi arasında xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə dəyişiklik və əlavələr edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin Satış Əməliyyatları Şöbəsinə Administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 175 manat təşkil edir. Cavabdeh İddiaçı MMC-nin direktoru X1 ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 143- K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən öz xahişi ilə xitam verilməsi əmr edilmişdir. xx.xx.2018-ci il tarixdə OBA Zabrat 7 filialında aparılmış İnventerizasiya nəticələrinə dair ilkin aktdan görünür ki, Cavabdeh ilə bağlı xx.xx.2018-ci il tarixdə OBA Zabrat 7 filialında aparılmış İnventerizasiya yoxlaması nəticəsində cəmi 2274 manat məbləğində borc yaranmışdır. İddiaçı MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 2274 manat çatışmazlıq müəyyən edilmişdir. Keçən dövr ərzində 160 manat ödəniş edilmiş faktiki qalıq borcu 2114 manat təşkil edir. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 2114 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında müqavilə”dən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində OBA Zabrat filialında aparılmış invertarizasiyanın nəticəsinə əsasən 2274.40 manat məbləğində borcu olduğunu etiraf etmişdir. O, borc məbləğini xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 284.3 manat olmaqla 8 ay müddətinə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin İnventarizasiya şöbəsinin Araşdırma qrupuna Cavabdeh tərəfindən imzalanmış xx xxxx 2018-ci il tarixli İltizamnamədən görünür ki, o, yoxlama nəticələrinin məsuliyyətini öz üzərinə götürməklə, Araşdırma qrupunun apardığı araşdırma yoxlamasına dair heç bir narazılığı və iradı olmadığını bildirmişdir. Azərbaycan Respublikası ƏM-nin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası ƏM-nin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, qeyd edilən qanunvericilik aktı normalarını əsas götürərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh iş üzrə iddiaçı olan İddiaçı MMC-də işçi olduğundan və onlar arasında X4 barədə yazılı müqavilə bağlandığından cavabdeh işəgötürən MMC-yə vurduğu maddi ziyana görə X4 daşıyır. Cavabdeh apelyasiya şikayətində ziyan vurulmasında onun təqsiri müəyyən edilmədiyini, ziyan məbləğinin hansı qaydada hesablanmasının məlum olmadığını və xx.xx.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən xəbəri olmadığını və müqaviləni imzalamadığını bildirmişdir. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiyanın xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 4/1006 saylı eksert rəyi ilə xx.xx.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədə “Borclu İmza: Cavabdeh” qrafasındakı imza, həmin imzadan aşağıda “Müqaviləylə tanış oldum heç bir etirazım yoxdu” yazıları və həmin yazıların qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göründüyü kimi, tərəfindən imzalanmadığını qeyd etsə də, ekspert rəyi ilə təsdiq edilmişdir ki, borcun etirafı haqqında müqavilə Cavabdeh tərəfindən imzalanmış, bu müqaviləni imzalamaqla o, 2274.40 manat borcu olduğunu etiraf etmiş, həmin borc məbləğindən 160 manat ödəniş etməklə də borcu qəbul etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, borcun etirafı ilə bağlı müqavilənin təsdiq edilməsi tərəfləri müqavilə bağlanana kimi baş vermiş bütün qeyri-müəyyənliklərdən azad edir. Əks yanaşma bu institutun mahiyyətinə zidd olardı. Ziyanın məbləği ilə bağlı isə Kollegiya qeyd edir ki, cavabdeh ziyanın daha az məbləğdə olduğunu bildirsə də, iş materiallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixdə OBA Zabrat 7 filialında aparılmış İnventerizasiya nəticələrinə dair ilkin aktda Cavabdeh ilə çıxarılan nəticə ilə razı olduğunu bildirərək, aktı imzalamış, həmçinin xx xxxx 2018-ci il tarixli İltizamnamədən görünür ki, o, yoxlama nəticələrinin məsuliyyətini öz üzərinə götürməklə, Araşdırma qrupunun apardığı araşdırma yoxlamasına dair heç bir narazılığı və iradı olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə münasibətdə isə Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin iş materiallarına əsasən məlum olan və qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişləri göndərilmişdir. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayəti əsassızdır, ümumi sözlərlə ifadə edilmiş və konkret dəlillərə əsaslanmamışdır. Beləliklə, cavabdehin apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1230/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 126 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar