Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6710/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı mülki iş üzrə qəbul etdiyi 27 mart 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə MMC arasında bağlanmış 25 iyul 2007-ci il tarixində kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsi üzrə cavabdeh MMC-dən 841.827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu, 42000 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 938566,14 ABŞ dolları məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun iddiaçı xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 1.893.530 manat məbləğində müəyyən edilməklə cavabdeh MMC-dən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospektində istifadədə olan 1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi, 3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri yaşayış sahəsinin açıq hərracdan və boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, 27 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, MMC-dən 841827,18 ABŞ dolları əsas borc, 54738,96 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə, cəmi 898.566,14 (səkkiz yüz doxsan səkkiz min beş yüz altmış altı ABŞ dolları 14 sent) ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat iddiaçının xeyrinə tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi,3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, həmin mənzilin ilkin satış qiyməti 1.893.530 (bir milyon səkkiz yüz doxsan üç min beş yüz otuz) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmeti olsan - Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43a qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2019-cu tarixli qətnaməsi ilə cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi əsas borc hissədə dəyişdirilmiş əsas məbləğin 830383,49 ABŞ dolları müəyyən edilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı və cavabdeh MMC kassasiya şikayətləri vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3926/2019 saylı, 10.06.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2019-cu tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, 27 mart 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iş üzrə məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamışdır. Eyni zamanda, o, 05.08.2015-ci il tarixdən X1 yaşayır. Qətnamə qəbul edilərkən iş üzrə hərtərfli araşdırma aparılmamış, çəkişmə prinsipinə də əməl olunmamışdır. Belə ki, iddiaçı ilə onun arasında həqiqətən 25.07.2007ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Bundan sonra isə 19.10.2010-cu il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında 25.07.2007-ci il tarixli kredit müqaviləsinə əlavə saziş imzalanmış, bir sıra mühüm bəndlərə əlavə və dəyişikliklər edilmişdir. Daha sonra 09.07.2013-cü il tarixdə də iddiaçı və cavabdeh "xxxx" MMC arasında barışıq sazişi imzalanmış, sazişlə qalıq borc məbləğinin ödənilməsi şərtlərinə bir daha dəyişiklik edilmiş, faiz məbləği artıırlmışdır. Əsas məqam ondan ibarətdir ki, kredit müqaviləsinə əlavə saziş imzalanan zaman və ya onun əlavə sazişinin şərtləri dəyişdirilərkən onunla, yəni “ipoteka qoyan”la iddiaçı bank arasında 25.07.2007-ci il tarixli ipoteka müqaviləsinə dair nə 19.10.2010-cu il tarixdə, nə də 09.07.2013-cü il tarixdə əlavə bir saziş bağlanmamışdır. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Azəbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin apellyasiya şikayətinə birinci dəfə baxılarkən Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müəyyən etmişdir ki, hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1022/2019 saylı, 07 yanvar 2019-cu tarixli qətnaməsi və Ali Məhkəmənin 2(102)- 3926/2019 saylı, 10.06.2019-cu il tarixli qərarından görünür ki, əsas borclu, yəni cavabdeh MMC tərəfindən qətnamənin əsas borc və faiz hissəsində mübahisələndirilmiş və qətnamə apellyasiya və kassasiya məhkəmələri tərəfindən həmin hissədə yoxlanılmış, rayon məhkəməsinin qətnaməsi tələbin ipoteka predmetinə yöndəldilməsinə dair hissədə əvvəllər mübahisələndirilməmiş və apellyasiya və kassasiya qaydasında həmin hissədə yoxlanılmamışdır. Belə olan halda, Binəqədi Rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinə aid hissədə mübahisələndirilmədiyindən, qətnamə həmin hissədə yoxlanılmadığından Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq Məhkəmə Kollegiyası rayon məhkəməsinin qətnaməsini tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə Cavabdeh1 şikayəti əsasında tam yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7842/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı, 27 mart 2017-ci il tarixli qətnaməsi qismən, tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsinə aid hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(102)-3004/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi A.F.Zeynalova apellyasiya şikayətini qəbul etməyərək, onun rədd edilməsi xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatının izahatını dinləyib, mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(102)- 3004/2021 saylı qərarı müəyyən edilmişdir ki, işə birinci dəfə apellyasiya qaydasında baxılarkən apellyasiya məhkəməsi tərəfindən hüquqi müəyyənliyin pozulmasına səbəb olan qətnamə qəbul edilmiş, bununla bərabər, mübahisəyə ipotekanın əsaslarını müəyyən edən qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında ümumiyyətlə kredit xətti müqaviləsi bağlanmamış, 25 iyul 2007-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı bank tərəfindən "xxxx" MMC-yə 36 ay müddətinə, illik 18% ödəmək şərti ilə, ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixdə həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində də kreditin məbləği, müddəti, faiz dərəcəsi, ifadə edildiyi valyutanın növü kimi zəruri şərtlər öz əksini tapmışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında bununla bağlı hüquqi mövqe müəyyən edilərək qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Bu halda, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarına istinad edərək, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. “ Məhkəmə kollegiyasi Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq və Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-4698/2017 saylı mülki iş üzrə qəbul etdiyi 27 mart 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Babək prospekti,1.09676 ha torpaq sahəsində yerləşən 43a nömrəli, 4021.9 kv.m ümumi,3315.4 kv.m əsas, 706.5 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlak açıq hərracdan satılması, həmin mənzilin ilkin satış qiyməti 1.893.530 (bir milyon səkkiz yüz doxsan üç min beş yüz otuz) manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehə qaytarılması, ipoteka predmeti olan - Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 43a qeyri yaşayış binasına tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6710/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6710/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver