Məhkəmə qərarları › İş №2(103)-6723/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6723/2022

26.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6723/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh Şıxəli qızına qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Şıxəli qızına qarşı pul tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 nömrəli işi üzrə xx.xx.2021- ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilərək, Cavabdeh Şıxəli qızından İddiaçı xeyrinə 6834 manat 0.50 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmiş (l cild.səh.81), qətnamədən Cavabdeh Şıxəli qızının nümayəndəsi Vəkil1 tərəfindən xx.xx.2021-ci il tarixində apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermiş (ı cild. Səh.119), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 nömrəli, xx.xx.2022- ci il tarixli qərardadı ilə qətnamədən Cavabdeh Şıxəli qızının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(ı cild.səh.192) İddiaçı nümayəndəsi (vəkili) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və müddətin bərpasına dair verilmiş ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir(l cild.səh.199) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iş üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmışdır(ll cild. səh.3) İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 nömrəli işi üzrə xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və qərardaddan şikayət vermə müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir (ll cild.səh12). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və eyni zamanda vəkili tərəfindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməsi, iddiaçının xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət ərizəsinin təmin edilməməsi, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli qərardadından verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (ll cild.səh.30). Cavabdeh Şıxəli qızı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, xx.xx.2022-ci il tarixli qərardadı buraxılmış müddətin bərpası hissəsində ləğv edilməsi, ərizənin təmin edilməməsi, Cavabdeh Çıxəli qızının Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir(ll cild.səh.37). Məhkəmənin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmişdir (ll cild.səh59). Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82, 128-133, 357, 360, 385.2, 387.1, 395, 397.2 və 398.0.2-ci maddələrinə əsasən birinci instansiya Məhkəməsinin gəldiyi nəticə üçün prosessual qanunvericiliyin tələblərinə müvafiq qərardaddan verilmiş şikayətin mümkünlüyü üçün əsaslar olmadan onun mahiyyətinə qiymət vermiş, apellyasiya şikayətinin qeyrimümkünlüyü müəyyən edildikdən sonrakı prossessual hərəkətlərə və bununla bağlı müddətlərin axımına dair obyektiv qiymət verilməmişdir. İş materiallarından görünür ki, eyni qərardaddan verilmiş apellyasiya şikayəti üçün müəyyən edilmiş tələblərə cavab vermədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4683/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir . Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinin tələblərinə əsasən: “Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)”. İddiaçı nümayəndəsi (vəkili) isə eyni üsulla, yəni elektron qaydada imzalanmalı olan formaya riayət etmədən müddətin bərpasına dair ərizə və şikayət verərək prosessual qanunvericilik tələblərinin pozulmasına, məhkəmə isə bu pozuntulara rəvac verən prosessual hərəkətlərə (hərəkətsizliyə) şərait yaratmışlar. Bir daha diqqətə çatdırılmalıdır ki, İddiaçı nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilsə də, elektron imza ilə imza edilməmişdir (iş səh.199). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 10-1.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD№-li Azərbaycan Respublikası Qanununun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Qeyd edilən prosessual əsaslarla mübahisə edilən qərardaddan şikayətə və ərizənin mümkünlüyünə prosessual-hüquqi əhəmiyyəti baxımından qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Şıxəli qızının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4967/2021 nömrəli iş üzrə xx.xx.2022ci il tarixli qərardadının ləğv edilməsi və qərardaddan şikayət vermə müddətinin bərpa edilməsi barədə İddiaçı (nümayəndəsi Vəkil2) tərəfindən verilmiş ərizə və şikayətə (mümkünlüyünə) yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar