Məhkəmə qərarları › İş №2(103)-6731/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6731/2021

06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6731/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-287/2021 saylı mülki iş üzrə qəbul etdiyi 11 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24,4 kvm-dən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı mülkiyyətində olduğu 08.11.2018- ci il tarixindən qeyri-yaşayış sahəsinin təhvil verildiyi 30.10.2020-ci il tarixinə kimi əldən çıxmış fayda olaraq 7120 manat maddi zərər və mənəvi-psixoloji sarsıntılar keçirməyə görə isə 5000 manat məbləğində mənəvi ziyanın və məhkəmənin hesabına ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 12150 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ağahəsən oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, maddi zərərin əvəzi olaraq 6.000 manatın İddiaçı Cavabdeh2 xeyrinə tutulması, mənəvi zərərin əvəzi olaraq 7.000 manatın, MPM-nin 120-ci maddəsinə uyğun olaraq iş vaxtının itirilməsinə görə 2.000 manatın və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun, cəmi 9030 manatın mülki iş üzrə ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-287/2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış fayda olaraq 5500 manat maddi zərər tutulması” hissəsində icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-287/2021 saylı, 11 mart 2021ci il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün 2(009)-287/2021 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5302/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 287/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı və cavabdehlər Cavabdeh1 Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(009)-287/2021-ci il saylı qətnaməsindən ayrıayrılıqda apellyasiya şikayəti vermişlər. Həmin apellyasiya şikayətlərinə baxılması 14 iyun 2021-ci il tarixli qərardadla mümkün hesab edilərək, məhkəmə iclası 06 sentyabr 2021-ci il tarixə, saat 09:30-a təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Babayev tərəfindən göndərilmiş 01 iyul 2021-ci il tarixli məktubdan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5302/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirilməsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin ona təqdim edilməyi xahiş olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən kassasiya şikayətinə münasibət bildirilməsi və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq iş üzrə qəbul olunmuş 02.06.2021-ci il tarixli qərardaddan verilmiş kassasiya şikayətinə münasibət bildirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Babayevə təqdim edilməlidiir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-287/2021-ci il saylı, 211 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5302/2021 saylı, 02.06.2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinə münasibət bildirilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin hakimi F.Babayevə təqdim edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar