Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6731/2025 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh Cavabdeh təqsiri üzündən onun idarə etdiyi “Toyota Prius” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı təqsirli sürücü cavabdeh Cavabdeh hesab edilmiş və onun barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək hadisə nəticəsində onun avtomobilinə dəymiş ziyanın cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 8.095 (səkkiz min doxsan beş) manat məbləğində pulun, ödənilmiş 100,95 manat (yüz manat doxsan beş qəpik) dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində, saat 10:30 radələrində, Binə qəsəbəsi ərazisində cavabdeh Cavabdeh idarə etdiyi “Toyota Prius” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona məxsus olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş ona məxsus olan avtomobilin bir çox detalı əzilərək yararsız vəziyyətə düşmüşdür. Hadisə yerinə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Xəzər Rayon DYP əməkdaşları gəlmiş, hadisənin baş vermə səbəbləri araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəticə etibarı ilə onun barəsində TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, qeyd edilən inzibati xətanı törətdiyinə görə barəsində 40(qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ona məxsus olan avtomobilə dəyən zərərin məbləği hesablanmış və müəyyən olunmuşdur ki, avtomobilinə usta xərci də daxil olmaqla 13.095 (on üç min doxsan beş) manat zərər dəymişdir. Cavabdehin avtomobili sığortaladığından ona “xxxx” şirkəti tərəfindən 5.000 (beş min) manat pul ödənilmişdir. Cavabdeh bu günədək ona dəymiş zərəri ödəməkdən boyun qaçırır. Nəticə etibarilə dəymiş maddi zərər hələ də ödənilməyib. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixində törətdiyi yol nəqliyyat hadisəsi ilə: 1) Qanunazidd hərəkət törətmişdir. (Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununu kobudcasına pozmuşdur. Sübut: TP ******* saylı qərar); 2) Qanunazidd hərəkəti ilə ona 13.095 (on üç min doxsan beş) manat miqdarında manat məbləğində maddi zərər vurmuşdur. Zərərin 5.000 manat məbləği sığorta tərəfindən ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 8.095 (səkkiz min doxsan beş) manat dəymiş zərər, 100.95 (yüz manat, doxsan beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi, 200 (iki yüz) manat ekspertiza xərcinin cavabdeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak edən iddiaçı on dəymiş ziyanı təsdiq edəcək qiymətləndirici rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh sözügedən yol-nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın iddia tələbi həcmində deyildə daha az olduğunu bilirmiş və “xxxx” ASC tərəfindən təqdim edilən qiymətləndirici rəyi və həmin rəy ilə razılığa dair iddiaçının ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən mübahisə olunan halların araşdırılması üçün ekspertiza təyin edilmiş, məhkəmənin təyin etmiş olduğu ekspertizanın rəyi iddiaçı tərəfindən təqdim edilən qiymətləndirici rəyinə yaxın məbləğ müəyyən edilmişdir. Bundan sonra məhkəmə “xxxx” ASC tərəfindən qiymətləndirmə aparılmış “xxxx” AZ MMC ilə digər ekspert rəyləri arasında olan uyğunsuzluğun araşdırılması üçün “xxxx” AZ MMC sorğu göndərmiş, sözügedən qiymətləndirmə şirkəti onu tərəfindən təqdim edilən qiymətləndirmə rəyinin avtomobilə dəymiş ümumi zərərin məbləği olmadığını, rəyin icbari siğorta müqaviləsində nəzərdə tutulmuş həddə münasibətdə verilmiş olduğunu məhkəməyə bildirmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyan məbləği iddiaçı tərəfindən təqdim edilən qiymətləndiricinin rəyinə uyğun 13.095 manat müəyyən edilməli və iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın ödənilməmiş olan hissəsi 8095 manat təqsirli sürücü olan cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Məhkəmə idda tələbinin 100.95 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi təmin edildiyindən iddia tələbinin dövlət rüsumuna aid olan hissəsində təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi və 103 manat məbləğində pulun cavabdehdən tutulması və qalan hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi və məhkəmənin mövqeyindən aydın olan hal bu olmuşdur ki, iddiaçıya məxsus avtomobilin zərəri avtomobilin real bazar dəyərinin 40 faizini təşkil etmişdir. Belə ki, iddiaçıya məxsus avtomobilin yararlı, işlək vəziyyətdə hazırki bazar dəyəri maksimum 28.000-30.000 manat olduğu halda hadisədən sonra sürüldüyünə baxmayaraq 13.095 manatlıq zərəri olduğu barədə rəy verilməsi məhkəmənin daxili inamını səhv yönləndirmənin sübutudur. Lakin məhkəmə iddiaçının zərərinin 5.103 manatdan artıq olmasına dair heç bir mötəbər sübut olmadığı və iddiaçının özünün 5.103 manatı qəbul etdiyinə baxmayaraq məhkəmə qanunsuz qətnamə qəbul edərək cavabdehin hüquqlarını pozmuşdur. Göründüyü kimi sığorta ödənişi sığorta şirkəti tərəfindən dəymiş zərərdən cəmi 100 manat az məbləğdə iddiaçıya tam ödənmiş, lakin iddiaçının tələbetmə hüququ yalnız qalıq 100 manata dair olduğu halda məhkəmə formal ekspertizalar keçirmiş və qanunsuz qətnamə qəbul etmişdir. Vurulmuş zərər işin mübahisəsiz halı olsa da, vurulan zərər 5.100 manat müəyyən edildiyi və iddiaçının bu məbləğlə razılaşdığı halda sonradan dəymiş zərərə dair heç bir mötəbər sübut sayılmayan iki ziddiyətli rəy əsasında iddia təmin etməsi tam qanunsuz və əsassızdır. Məhkəmə sübutlara qərəzli, qeyri-obyektiv yanaşaraq işə tam, hərtərəfli baxmamış, işin həqiqi hallarına uyğun olmayan, iclasda tədqiq edilməmiş sübutlar əsasında baxmışdır. Bu səbəbdən tədqiq edilmiş sübutlar əsasında yenidən baxılmalı, iddianın qismən təmin edilməsi, 103 manat məbləğində pulun cavabdehdən tutulması və qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Göründüyü kimi iddiaçı tərəfindən mülkiyyətində olan avtomobilin hansı hissələrinin zədələndiyini, avtomobilin mülki iş gedişində təmir edildiyi halda qeyd edilən ehtiyyat hissələrinin alışına, təmir xərclərinə dair qanuni, əsaslı qəbz və sair sübut təqdim etmədiyi halda məhkəmə onun əvəzinə iddia sübut etmişdir. Iki ekspert rəyi arasında ziddiyət olmasına və həmin rəylərin məhkəmə üçün məcburi qüvvəsi olmadığı halda digər sübutlarla yanaşı qiymətləndirilməmiş, iki və daha artıq sübutun arasındakı ziddiyət aydınlaşdırılmadan qərəzli qətnamə qəbul edilmişdir. Iddiaçı heç nəyi sübut etməyə çalışmasa da, məhkəmə onun yerinə iddianı sübut etməyə çalışmış və qərəzli, qanunsuz, əsassız qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə iki ziddiyətli ekspert rəyini məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəyə malik bir sübut etmişdir. Göründüyü kimi iş üzrə ən önəmli və əsas sübut ondan ibarətdir ki, sığorta hadisəsi zamanı avtomobilə dəymiş zərər 5.100 manat müəyyən edilmiş və iş üzrə iddiaçı həmin məbləğlə razı olduğunu bildirmiş və həmin məbləği mübahisələndirmədən məbləğin hesabına köçürülməsini xahiş etmişdir. Lakin bunun əksinə məhkəmə iş üzrə heç bir əlavə sübuta gərək duymadan, işdə iki fərqli ekspertiza rəyinin olmasını, onlar arasındakı ziddiyətin olduğunu, həmin ziddiyətlərin nədən ibarət olduğunu aydınlaşdırmadan, heç bir şəkil, sübut olmadan, avtomobilə baxış keçirmədən iddiaçının sifarişi ilə hazırlanmış formal rəy ilə qanunsuz, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddianı təmin etdiyi həcmdə heç bir tutarlı əsas gətirmədən ekspert rəyinin məhkəmə üçün heç bir hüquqi qüvvəsi olmadığı və iddiaçının sığorta zamanı dəymiş zərərin 5.100 olması barədə razılığını nəzərə almadan qanunsuz, əsassız qətnamə qəbul etmişdir. Halbuki məhkəməyə təqdim edilmiş iki ekspertiza rəyi belə bir-birinin ziddinə olmuş və hər iki ekspertiza avtomobilin real zədəsini, real xərcini bilməmiş, görməmiş, formal cümlələrlə və sifarişçi kimi iddiaçının göstərişlərinə əsasən yazılmışdır. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi “xxxx” MMC-nin mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-F-**/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1272.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ##.##.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh Cavabdeh təqsiri üzündən onun idarə etdiyi “Toyota Prius” minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və iddiaçı məhkəməyə müraciət edərək hadisə nəticəsində onun avtomobilinə 13.095 manat məbləğində ziyan dəymiş olduğunu, ona dəymiş ziyanın 5.000 manat hissəsini avtomobilin icbari siğorta olduğu siğorta şirkət tərəfindən ödənildiyini lakin yerdə qalan məbləğin cavabadeh tərəfindən ödənmədiyini bildirərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə tərəfindən mübahisə olunan halların araşdırılması üçün ekspertiza təyin edilmiş, məhkəmənin təyin etmiş olduğu ekspertizanın rəyi iddiaçı tərəfindən təqdim edilən qiymətləndirici rəyinə yaxın məbləğ müəyyən edilmişdir. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, 01/02-018 AS nömrəli qüsur aktından məlum olur ki, İddiaçı məxsus “Kia Sorento” markalı minik avtomobilinin qəzasının nəticəsində dəymiş zərərin həcmi 13.095 (on üç min doxsan beş) manat təşkil edir. Həmçinin “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ** nömrəli rəyindən görünür ki, ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Sorento” markalı, **-HS- *** dövlət qeydiyyat nişanlı avtomobilinin zədələnməsi nəticəsində onun təmiri üçün (materiallar və usta haqqı nəzərə alınmaqla) tələb olunan vəsait 13.430 manat təşkil edir. Təhqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Bununla belə X3 “xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, ##.##.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “Kia Sorento” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilənə “xxxx” ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 5.000 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsi ilə həyata keçirilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi “xxxx” ASC tərəfindən qiymətlənirmə aparılmış “xxxx AZ” MMC ilə digər ekspert rəyləri arasında olan uyğunsuzluğun araşdırılması üçün “xxxx AZ” MMCyə sorğu göndərmiş, sözügedən qiymətləndirmə şirkəti onu tərəfindən təqdim edilən qiymətləndirmə rəyinin avtomobilə dəymiş ümumi zərərin məbləği olmadığını, rəyin icbari siğorta müqaviləsində nəzərdə tutulmuş həddə münasibətdə verilmiş olduğunu məhkəməyə bildirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, sözügedən yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyan məbləği iddiaçı tərəfindən təqdim edilən qiymətləndiricinin rəyinə uyğun 13.095 manat müəyyən edilməli və iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyanın ödənilməmiş olan hissəsi 8.095 manat təqsirli sürücü olan cavabdehdən iddiaçının xeyrinə tutlmalıdır. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, vurulmuş zərər işin mübahisəsiz halı olsa da, vurulan zərər 5.103 manat müəyyən edildiyi və iddiaçının bu məbləğlə razılaşdığı halda sonradan dəymiş zərərə dair heç bir mötəbər sübut sayılmayan iki ziddiyətli rəy əsasında birinci instansiya məhkəməsinin iddia təmin etməsi tam qanunsuz və əsassızdır. Göründüyü kimi hazırki mübahisə məhz ##.##.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı olmuşdur. Bu baxımdan apellyasiya baxışı zamanı iddiaçının mülkiyyətində olan “Kia Sorento” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” ASC tərəfindən icbari sığortalanmasına dair müvafiq sənədlər “xxxx” ASC-dən götürülməklə iş üzrə obyektiv nəticəyə gəlmək üçün eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi üçün ##.##.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam həcmini müəyyən edilməsi zəruri olmuşdur və ##.##.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam həcmini müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-F-**/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, ##.##.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12.405 manat təşkil edir. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx”nin MMC-nin ##.##.2025-ci il tarixli, 01/02-018 AS nömrəli qüsur aktı və “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ** nömrəli rəyləri arasındakı ziddiyyəti əsaslandırmadan, sadəcə birini seçməklə, yəni avtomobilə dəymiş ziyanın məbləği iddiaçı tərəfindən təqdim edilən qiymətləndiricinin rəyinə uyğundur qeyd etməklə kifayətlənmişdir. Apellyasiya baxışı zamanı isə iş üzrə mütəxəssis rəyinin alınması artıq o deməkdir ki, əvvəlki rəylər şübhə altına alınıb və ziddiyyətin həlli üçün yeni rəyə ehtiyac olmuşdur. Belə ki, apellyasiya baxışı zamanı təqdim edilmiş rəy (12.405 manat) işin faktiki hallarını ən son və ən obyektiv şəkildə əks etdirən sübut kimi qiymətləndirilir. Belə k, bu rəydən aydın görünür ki, əvvəlki iki rəydəki qeyri-dəqiqlikləri (ehtiyat hissələrinin qiyməti, köhnəlmə əmsalının düzgün hesablanmaması) aradan qaldırılmışdır. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş rəy digər mövcud rəylə ziddiyyət təşkil etdiyi halda, həmin ziddiyyət araşdırılmadan nəticəyə gəlinmişdir. Lakin apellyasiya baxışı zamanı təyin edilmiş mütəxəssis rəyinin nəticəsində ziyanın real miqdarının 12.405 manat olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi olmasa da, əvvəlki rəylərdəki çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinə əsasən avtomobilə dəymiş ziyanın miqdarı məhz 12.405 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Kollegiyası qeyd edilən nəticəyə gələrkən eyni zamanda “xxxx” MMC-nin ##.##.2026-ci il tarixli, PQ-F-**/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyini şübhə altına alan hər hansı halın müəyyən edilməməsini də nəzərə alır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, ##.##.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçı İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, **-HS- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 12.405 manat müəyyən edilməli, həmin məbləğdən də iddiaçıya ödənilmiş 5.000 manat məbləğində sığorta ödənişi çıxılmaqla cavabdehdən tutulmalı olan məbləğ 7.405 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (rəylər arasında ziddiyyətlərə qiymət vermərəyək) iddia tələbini cavabdehdən tutulmalı olan məbləğə münasibətdə tam təmin etdiyindən Məhkəmə Kollegiyası həmin məbləğin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizə avtomobilə dəymiş zərərin 5.000 manat müəyyən edilməsi ilə razı olması ilə bağlı olmamış, həmin ərizə ilə iddiaçı sığorta ödənişinə görə ödənilməli olan məbləğlə razı olmuşdur və həmin məbləğ sığorta hadisəsi baş verdikdə dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilən hissəsidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 5100 manatla bağlı dəlilləri ilə bağlı qeyd edir ki, “xxxx AZ” MMC-nin məhkəmənin sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubu iddianın əsassız olmasına dəlalət etmir. Belə ki, həmin cavab məktubundan görünür ki, “**-HS-*** dövlət qeydiyyat nişanlı zərər dəymiş “Kia Sorento” nəqliyyat vasitəsinin dəyərləndirməsinə dair ## ###### 2025-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, əgər zədələnmiş avtomobil icbari sığorta üzrə ödənişin alınması üçün sığorta şirkətinə müraciət edirsə və ilkin qiymətləndirmə zamanı avtomobilin zərəri icbari sığorta üzrə ödənilən məbləği aşırsa, sığorta şirkəti ilə razılaşma əsasında dəymiş zərər məbləği kimi 5.100 manat göstərilir. Belə olduğu halda avtomobilə dəymiş ziyanın tam müəyyənləşdirilməsi üçün avtomobilin zədələnmiş hissələrinin demontajı həyata keçirilmir. Sözügedən avtomobilin tam bərpası üçün tələb olunan vəsait bu məbləğdən çoxdur. Dəqiq məbləğ ödənişli əsaslı qiymətləndirilmədən sonra təqdim oluna bilər. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının avtomaşınına dəyən zərərin məbləği konkret olaraq 5100 manat olmamışdır. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh Cavabdeh tutulmalı olan məbləğ 7.405 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 600 manat məbləğində vəsaitin 300 manat hissəsi iddiaçı tərəfindən ödənildiyindən qalan 300 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə dəymiş zərərə görə tutulmalı məbləğ 7.405 (yeddi min dörd yüz beş) manat müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 600 manat məbləğində vəsaitin ödənilməmiş 300 manat hissəsi cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün. Qətnamədən, cavabdeh tərəfindən qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.