Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6733/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı İKB X6 cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh N.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB X7 cavabdehlər “xxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “xxxxxxxxxxxxxx” MMC-dən İddiaçı X4 ASC-nin xeyrinə 2015-ci il 18 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 49824 ABŞ dolları əsas, 15094 ABŞ dolları faiz, 8486,51 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3155,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 76560,36 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq "İddiaçı” X1 təhvil verilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 49824 ABŞ dolları əsas, 15094 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu və gecikdirilmiş dövr üçün illik beş faizlə hesablanmış 2558,72 ABŞ dolları əldən çıxmış fayda, cəmi 67.676,72(altmış yeddi min altı yüz yetmiş altı dollar 72 sent) ABŞ dolları məbləğində borc ödəniş anında məzənnə üzrə manatla, habelə iddiaçı tərəfindən bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı, həmçinin iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 26,5 manat hissəsi alınaraq iddiaçı "İddiaçı” KB ASC-yə ödənilməsi, Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manatın 176,8 manat hissəsi cavabdeh “xxxxxxxxxxxxxx” MMC-dən, qalan 23,2 manat hissəsi İddiaçı KB ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, tutulacaq məbləğin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) manat olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində İddiaçı KB ASC-yə ödənilməsi, İddiaçı KB ASC-yə ödənilməli olan cəmi kredit borcu və dövlət rüsumları ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh2 qaytarılması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 3 otaqlı 133,1 kv.m ümumi, 70,8 kv.m yaşayış, 62,3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 179 nömrəli mənzili hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzindən istifadə hüquqları itirilmiş hesab edilsin və bir ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzili boşaltmadığı təqdirdə onlar mənzildən çıxarılmaları və mənzilin boşaldılıb İddiaçı KB ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh N.Məmmədov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi həqiqəti əks etdirmir. Borc düzgün hesablanmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş cavabdeh N.Məmmədova münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 25-BİZ-1-0-189-15 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi ilə “xxxxxxxxxxxxxx” MMC (Cavabdeh3 - direktor) ilə İddiaçı İKB ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya dövriyyə vəsaitlərin artırılması məqsədləri üçün illik 22 faiz dərəcəsi ilə, 24 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit vermişdir. xx xxxxxxxx 2015-ci il tarixli İpoteka müqaviləsi ilə, “xxxxxxxxxxxxxx” MMC ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxxxx 2015ci il tarixli 25-BİZ-1-0-189-15 №li Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,1 kv.m, yaşayış sahəsi 70,8 kv.m olan 3 otaqlı mənzil İddiaçı İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxxxxxxxxxxxx” MMC-nin 25-BİZ-1-0-189-15 saylı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə banka 49824 ABŞ dolları əsas, 15094 ABŞ dolları faiz borcu, 8486,51 ABŞ dolları cərimə borcu, gecikdirilmiş dövr üçün illik beş faizlə hesablanmış 3155,85 ABŞ dolları əldən çıxmış fayda olmaqla, ümumilikdə 76.560,36 ABŞ dolları məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 2686 saylı rəyindən görünür ki, xx xxxxxxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-189-15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “xxxxxxxxxxxxxx” MMC-nin "İddiaçı” İKB ASCyə xx xxxxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 50.000 ABŞ dolları əsas borcu, 15.101,18 ABŞ dolları faiz borcu, cəmi 65.101,18 ABŞ dolları borcu, xx xxx 2018-ci il tarixə (iddia tarixinə 5%-lə hesablanmaqla) 49.824 ABŞ dolları əsas, 15.101,18 ABŞ dolları faiz, 1447,04 ABŞ dolları faiz borcu (5%-lə hesablanmaqla) cəmi 66.372,22 ABŞ dolları borcu, xx xxxxxx 2018-ci il tarixə (iddia ərizəsinə əlavənin tarixinə 5%-lə hesablanmaqla) 49.824 ABŞ dolları əsas borcu, 15.101,18 ABŞ dolları faiz borcu, 2558,72 ABŞ dolları faiz borcu (5%-lə hesablanmaqla), cəmi 67.483,90 ABŞ dolları borcu olduğu müəyyən edilir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin QXM 219M saylı, xx.xx.2018-ci il tarixli Qiymətləndirmə Rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 4 saylı evin, 179 saylı mənzili bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin xx.xx.2015-ci il tarixində bazar dəyəri 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 2686 saylı rəyindən görünür ki, xx xxxxxxxx 2015-ci il tarixli, 25-BİZ-1-0-189-15 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla “xxxxxxxxxxxxxx” MMC-nin "İddiaçı” İKB ASC-yə xx xxxxxxxx 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 50.000 ABŞ dolları əsas borcu, 15.101,18 ABŞ dolları faiz borcu, cəmi 65.101,18 ABŞ dolları borcu, xx xxx 2018-ci il tarixə (iddia tarixinə 5%-lə hesablanmaqla) 49.824 ABŞ dolları əsas, 15.101,18 ABŞ dolları faiz, 1447,04 ABŞ dolları faiz borcu (5%-lə hesablanmaqla) cəmi 66.372,22 ABŞ dolları borcu, xx xxxxxx 2018-ci il tarixə (iddia ərizəsinə əlavənin tarixinə 5%-lə hesablanmaqla) 49.824 ABŞ dolları əsas borcu, 15.101,18 ABŞ dolları faiz borcu, 2558,72 ABŞ dolları faiz borcu (5%-lə hesablanmaqla), cəmi 67.483,90 ABŞ dolları borcu olduğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə iddia tələbi həddində baxılmalı olduğundan birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqla qərar qəbul eməsi düzgün olmuşdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88-ci maddələri). Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, tərəflər birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ipoteka predmetinin dəyərini mübahisələndirməmişlər, bununlada həmin məbləğlə bağlı öz iradə ifadələrini bildirmişlər. Belə olan halda yenidən əmtəəşünaslıq ekspetizasının təyin edilməsi və əmlakın likvid dəyərinin müəyyən edilməsi məqsədəmüvafiq hesab edilmir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-79/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Fuad Talışinski Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-6733/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6733/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver