Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6733/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC BOKT-un Cavabdeh qarşı «əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-574/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 4959,32 (dörd min doqquz yüz əlli doqquz manat, 32 qəpik) manat məbləğində dəymiş zərər və əldən çıxmış faydanın həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı’’ Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-244 saylı, 27.07.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASCnin Suraxanı filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borcalan”) arasında 19.08.2013-cü il tarixli, 1761 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. 19.08.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LX-*** dövlət qeydiyyat nişanlı, “AUDİ Q7” markalı minik avtomobili (buraxılış ili 2011, Ban - VVAUGD4L7BD035526, rəngi-QARA metal) 19.08.2013-cü il tarixdə, 1138 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 19.08.2013-cü il tarixli, AA seriyalı, 097514 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələb ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə Borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. 13.04.2018-ci il tarixli, 2(011)-1409/2018 saylı Bakı şəhəri Xətai rayon Məhkəməsinin Qətnaməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsaslanaraq cavabdehdən iddiaçı “Aqrarkredit" QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək 13659,48 (on üç min altı yüz əlli doqquz ABŞ dolları, 48 sent) ABŞ dolları əsas borc, 3554.12 (üç min beş yüz əlli dörd ABŞ dolları, 12 sent) ABŞ dolları isə faiz, borcu olmaqla cəmi 17213.60 (on yeddi min iki yüz on üç ABŞ dolları, 60 sent) ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir. Xətai rayon Məhkəməsinin qətnaməsindən sonra 13.04.2018-ci il tarixindən 18.09.2020-ci il tarixədək cavabadeh Cavabdeh Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış dəymiş zərər və fayda 4959,32 (dörd min doqquz) yüz əlli doqquz manat, 32 qəpik) manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-574/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərilmişdir ki, cavabdehin öhdəliyini icra etməməsi onu sübut edir ki, borc öhdəliyi cavabdehin üzərindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh öhdəliklərini icra edərək, borcun bağlanmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh ipoteka predmeti olan avtomobili özündə saxlayaraq, 13.04.2018-ci il tarixli 2(011)- 1409/2018 saylı qətnamənin icrasını gecikdirir, bu da bilavasitə cavabdehin öhdəliklərini icra etmədiyinə dəlalət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın və apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş edərək, əlavə olaraq bildir ki, hazırki iddia tələbinin əsasını Mülki Məcələnin 449.1-ci maddəsi təşkil edir. Belə ki, cavabdeh qanuni qüvvəsini almış qətnaməyə əsasən üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. Müəyyən edilmiş borc məbləği hazırki vaxtadək ödənilməmiş qalmışdır. Belə olan halda iddiaçı məhz Mülki Məcələnin 449.1-ci maddəsinə istinad etməklə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1409/2018 nömrəli, 13.04.2018-ci il tarixli qətnaməsinə əsasən, ödəniş gününə qüvvədə olan məzənnə ilə 13659,48 (on üç min atı yüz əlli doqquz dollar 48 sent) ABŞ dolları məbləğində əsas borc, 3554,12 (üç min beş yüz əlli dörd dollar 12 sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 17213,60 (on yeddi min iki yüz on üç dolları 60 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus “Audi Q7” markalı, ** LX *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 17213,60 (on yeddi min iki yüz on üç dolları 60 sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı İddiaçı QSC-yə ödənilməsi, qalan məbləğ isə Cavabdeh qaytarılması qət edilmişdir. İş materiallarında olan 23.09.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh kredit üzrə dəymiş zərərin 4959,32 manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə istinad etdiklərini bildirmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehlərdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz. MPM-nin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyinəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-574/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-6733/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6733/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver