Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6734/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar xxxxxxxxxxxxxxxxxxxxx və xxxxxxxxxxxxx, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Rəviyə Mövsüm qızına, Bədəlova Əlilə Möhsüm qızına və Cavabdeh3 qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) «mülkiyyət hüquqlarına xitam verilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair ilk, xxxxxxxxxxxxxxxxxxxxx və xxxxxxxxxxxxx və Cavabdeh3 cavabdehlər İddiaçı və ƏMDK-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyətin bazar iqtisadiyyatına uyğun dəyərləndirilib naturada bölünüb ayrılması» tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı 2(010)-1310/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Rəviyə Mövsüm qızı, Bədəlova Əlilə Möhsüm qızı və Cavabdeh3 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Rəviyyə Mövsüm qızına, Bədəlova Əlilə Mövsüm qızına və Cavabdeh3 (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi və ona əlavə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlər Rəviyyə Mövsüm qızının, Bədəlova Əlilə Mövsüm qızının və Cavabdeh3 Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarına xitam verilməsi, həmin yaşayış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və həmin yaşayış evinin tam mülkiyyət hüququ ilə onun adına qeydə alınması, qətnamənin icrası zamanı RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət Reyestrindən Çıxarışda cavabdeh Bədəlova Əlilə Mövsüm qızının adının səhvən “Cavabdeh2” kimi göstərilməsinin nəzərə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı fərdi yaşayış evi xx xxxxxx 1987-ci ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən 1/6 hissəsi Əlilə Mövsüm qızına, 1/6 hissəsi Rəviyyə Mövsüm qızına, 1/6 hissəsi Fəriyə Mövsüm qızına və 3/6 hissəsi isə atası Mövsüm Məhərrəm oğluna məxsus olmuşdur. Bədəlova Əlilə Mövsüm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin real qaydada bölünməsini xahiş etmişdir. O, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə kimi tanınmağını və digər vərəsələrə paylarına uyğun kompensasiya verilməsini tələb etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli qətnaməsi ilə onun qarşılıqlı iddiası qismən təmin edilmiş, miras evə 3/6 payı müəyyən edilmiş, onun Əlilə Mövsüm qızına 3.672.128 manat, Rəviyyə Mövsüm qızına 3.572.128 manat və Fəriyə Mövsüm qızına 3.872.128 manat kompensasiya verilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2- 230/2012 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və o, qətnamədə göstərilən kompensasiyanı cavabdehlərə ödəmiş, qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra o, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququnun yalnız onun adıına qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş, lakin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə heç bir öhdəlik qoyulmadığına və qətnamənin nəticə hissəsində qeyri-müəyyənlik olduğuna görə onun hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2002- ci il tarixli, 2-230/2012 saylı qətnaməsi ilə cavabdehlərə onların paylarına uyğun kompensasiya verilməsi qət edilsə də, verilmiş kompensasiyanın müqabilində onların mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi həll edilmədiyinə görə hal-hazırda da onların mülkiyyət hüquqları barədə dövlət reyestrində aparılmış qeyd ləğv edilməmiş, onun tərəfindən cavabdehlərə kompensasiya ödənilsə də, əsassız olaraq həmin ev üzərində mülkiyət hüququ hələ də 3/6 hissədə saxlanılmışdır. Halbuki, həmin şəxslərin mübahisəli əmlakda olan paylarına uyğun onlara artıq kompensasiya ödənilmiş, həmin evə onların mülkiyyət hüquqları qalmamışdır. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Rəviyə Mövsüm qızı, Bədəlova Əlilə Mövsüm qızı və Cavabdeh3 cavabdehlər İddiaçı və ƏMDK 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyətin bazar iqtisadiyyatna uyğun dəyərləndirilib naturada bölünüb ayrılması» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara düşən 1/6 hissə payların yenidən dəyərləndirilməsi, miras mülkün indiki bazar iqtsadiyyatına uyğun hesablanması, mükiyyətlərində olan paylarının naturada bölgüsünün aparılması, Sürəya Qurbanovanın 3/6 hissə pay çıxarışının ləğv edilməsi və onlarının paylarını 1987-ci idən bu günə kimi zəbt etdiyinə görə uzun illər onlara dəyən maddi və mənəvi ziyana görə hər birinə 100.000 ABŞ dolları həcində təzminatın verilməsini, miras mülkün həyətində yeni tikli villanı bölgüyə salıb cavabdehə düşən paya hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il tarixli, 30/150 saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı ev 1/6 hissəsi Əlilə Mövsüm qızı, 1/6 hissəsi Rəviyyə Mövsüm qızı, 1/6 hissəsi Fəriyə Mövsüm qızı və 3/6 hissəsi Mövsüm Məhərrəm oğlunun adına qeydiyyatdan keçmişdir. A yaşayış evi 4 otaqdan, yəni sahəsi 14,4 kv.m, 20 kv.m, 27 kv.m, 18 kv.m, aynabəndin sahəsi 23 kv. M, mətbəx 9 kv.m-dən ibarətdir. Yaşayış evinin ümumi sahəsi 111,4 kv.m-dir. Torpaq sahəsinin həsmi isə 1022,0 kv.m-dir. Hazırda mübahisəli mülkün böyüklüyünə görə bölünməsi mümkündür. Cavabdeh Qurbanova Sürəyyə Mövsüm qızı adına olmayan miras mülkün həyətində 2 mərtəbəli villanı özü üçün tikdirmişdir. Bədəlova Əlilə Mövsüm qızının 36 yaşında həyat yoldaşı vəfat etmişdir, 7 uşağı tək-tənha böyüdüb, külfəti böyükdür, evdə ruhi xəstəsi var. Qurbanova Sürəyyə Mövsüm qızı isə bunları bildiyi halda tamah ona güç gəlmişdir. Bacısı onun payının ayrılmasına maneəçilik törədir, onların paylarını zəbt edir. xx.xx.2002-ci il tarixli məhkəmə qərarı qanunsuzdur. Vərəsəliyi qəbul etməyən cavabdeh Qurnabova Sürəyya, Sona Mövsüm qızı və Səriyyə Mövsüm qızı itirilmiş müddəti bərpa etmədən eyni qərardadla xx.xx.2002-ci il tarixdə həm vərəsəliyi qəbul edirlər, həm də Sona və Səriyyə Mövsüm qızları öz paylarını İddiaçı bağışlayırlar, həmçinin 1/6 paylar ayrılır. Bölünmə mümkün olduğu halda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində olmayan haim hüququ normatin aktları pozaraq 10 il müddətinə kompensasiya ayırmışdır. Bu müddət ərzində cavabdeh villarının sayını artırır. Bu qərardadın çıxarılması heç bir məntiqə, heç bir qanuna uyğun gəlmədiyindən, 2002-ci ildən bəri məhkəmələrdə süründürməçiliyə məruz qalmışlar. xx.xx.2013-cü il, 8(010)-1128/2013 saylı icra vərəqəsinin icraatına xitam verilərkən onlar çağırılmamışlar. Sonradan xx.xx.2016-ci il tarixdə sikayətinə əsasən, xx.xx.2002-ci il tarixli, 2(010)- 230/2013 saylı icra vərəqəsinin icraatına xitam verilməsinə dair qərardad ləğv edilmişdir. Buna baxmayaraq, Qurbanova Sürəyyə Mövsüm qızı 3/6 hissəsi payı öz adına keçirmişdir, həmin çıxarış qanunsuzdur, ləğv edilmişdir, çünki icraata xitam verilməmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Rəviyə Mövsüm qızı, Bədəlova Əlilə Möhsüm qızı və Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra, həmin qərar əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış hazırlanmış həmin çıxarışda Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququnun 3/6 hissəsi İddiaçı, 1/6 hissəsi Bədəlova Əlilə Mövsüm qızına, 1/6 hissəsi Rəviyə Mövsüm qızına, 1/6 hissəsi Cavabdeh3 məxsus olduğu göstərilmişdir. Buna səbəb odur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-230/2002 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsində mirasın bölüşdürülməsi çıxarışda göstərilən qaydada öz əksini tapmışdır və həmin qətnamədə kompensasiyanın ödənilməsi təqdirində mülkiyyət hüququnun xitamı ilə bağlı hər hansı bir göstəriş yoxdur. Qanunvericilikdə elə bir hala imkan vermir. Qanunvericilik normasının tətbiqi yalnız miras bölüşdürülməsi zamanı üçün aktualdır. Hazırda isə məsələ paylı mülkiyyət üzrə payçıların mülkiyyət hüququnun itirilməsi və ya paylı mülkiyyətin naturada bölüşdürülməsi ilə əlaqədardır. Belə ki, hətta məhkəminin kompensasiya ödənilməsinin mülkiyyət hüququnun itirilməsinə əsas kimi qəbul edən yanaşmasını hüquqi hesab etsələr belə bu normanın seçilməsi yanlışdır və iş materiallarından aydın olur ki, məhkəmə qərarı üzrə icraat yekunlaşmayıb və tələbkarlar kompensasiya məbləğini əldə etməyiblər. Kompensasiya məbləği və onun ödənilməsi məhkəmə qətnaməsi (2002-ci il) ilə müəyyən edilib. Ona görə də bu halda hər hansı hüquqi nəticəyə yalnız məhkəmə qərarının icrası səbəb ola bilər. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-1128/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadından müəyyən olunur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2- 230/2013 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsinə əsasən borclu Sona Mövsüm qızı və Səriyyə Mövsüm qızı öz paylarının bacısı Sürəyyanın xeyrinə imtina etdikləri üçün İddiaçı miras evə 3/6 payı müəyyən edilməlidir. İddiaçı tərəfindən Əlilə Mövsüm qızına ******* manat, Rəviyyə Mövsüm qızına ******* manat, Fəriyə Mövsüm qızına ******* manat kompensasiya verilməlidir. Borclu kompensasiyanı tam olaraq ödəmiş, həmçinin icra sənədində qeyd edilən paylar müəyyən edilmişdir. Ona görə də icra sənədi üzrə icra icraatına xitam verilməsini məhkəmədən xahiş edilir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-230/2002 saylı icra vərəqəsinin icraatına xitam verilmişdir. Lakin iş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(010)-1128/2016 saylı qərardadından müəyyən olunur ki, Bədəlova Əlilə Mövsüm qızı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 8(010)-1128/2013 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona kompensasiya verilməmişdir. X2 Mövsüm qızının Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 8(010)-1128/2013 saylı qərardadından verdiyi şikayətin təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 8(010)-1128/2013 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Bununla bağlı məhkəmə hesab etmişdir ki, icra sənədinə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı icra vərəqəsində göstərilmiş vəsaiti tam olaraq ödəmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab etmişdir ki, Suraxan İcra Şöbəsinin depozit hesabına köçürülmüş kompensasiya məbləğinin tələbkar Bədəlova Mövsüm qızı tərəfindən qəbul edilməsini təmin etmək üçün Bakı şəhəri Suraxanı Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 8(010)-1128/2013 saylı qərardadı ləğv edilməlidir. Bu qərarla icraat yenidən açılmışdır və indiyədək icraata xitam verilməmişdir. Hazırda isə məhkəmə qətnaməsi icra olunmadığı və xitam üçün digər əsaslar olmadığı üçün icraata xitam verilməmişdir. Məhkəmə icraata xitam verilməsi ilə bağlı heç bir sənədə istinad etmədən əsassız şəkildə, öhdəliyin xitam ilə bağlı normanı tətbiq edərək qərar qəbul etmişdir. Bu isə qeyd edilən kimi maddi hüquq normasının düzgün tətbiq edilməməsidir. Qeyd edir ki, məhz bu norma məhkəmənin kökündən yalnış olan dar yanaşmasını əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normasıdır. Yuxarıda qeyd olunanlardan aydın olur ki, bu norma da düzgün tətbiq edilməmiş, normanın mübahisələndirilən münasibətə tətbiqi yolverilməzdir. İlk iddianın təmin edilməsi ilə bağlı məhkəmə qətnaməsinin digər bir hüquqazidd tərəfi isə aidiyyət və məhkəmə səlahiyyətləri ilə bağlı məsələdir. Qeyd edir ki, məsələyə miras şərikləri yox, paylı mülkiyyətçilər arasında mübahisə kimi baxılmasını düzgün hesab edirlər. Ancaq hər iki halda belə məhkəmin yeni daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üzrə yeni çıxarışın qəbul edilməsi məsələsi ümümi məhkəmələrin səlahiyyəti xaricindədir. Bütün bunları nəzərə alaraq, qeyd edə bilər ki, məhkəmə qətnaməsinin mülkiyyət, hüququnun qeyd alınma hissəsi tamamilə əsassızdır və məhkəmə aidiyyətinin pozulması ilə qəbul edilmişdir. İş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət Reyestrindən Çıxarışdan görünür ki, qarşılıqlı iddiaçı olaraq hər biri Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı evdə 1/6 nisbətində paya malikdirlər, yəni həmin əmlak üzərində mülkiyyət hüquqları vardır. İddia tələbləri qanunvericiliklə tam şəkildə tənzimlənir və qanunvericilik bu tələblə bağlı konkret, işlək mexanizmlər təklif edir. Məhkəmə isə sadəcə iddiaları heç yoxlamamış, qanunvericiliyi araşdırmamış və nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, vərəsəliyin bölüşdürülməsi ilə bağlı maddələrdə artıq dövlət qeydiyyatına alınmış mülkiyyət hüququndan söhbət getmir. Ona görə də, mülkiyyət hüququnun xitamı ilə bağlı müddəa yoxdur. Əgər bir neçə şəxsin əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınırsa bu, təqdim etdikləri kimi paylı mülkiyyətlə bağlı münasibətlərdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(010)- 230/2002 saylı qətnaməsini əsas götürsək belə həmin maddədə mülkiyyət hüququnun xitamı ilə bağlı hər hansı bir müddəa yoxdur, əksinə həmin qətnamə ilə vərəsələr müəyyən olunmuş və onların daşınmaz əmlak üzərində hüquqları təsbit olunmuşdur. Mülkiyyətin xitamı məhkəmənin yalnız bu sonuncu qərarında öz əksinə tapmışdır. Ona görə də, hətta bu əsassız qərarla belə mülkiyyətə xitam verildikdə MM-nin 211-ci maddəsinə uyğun olaraq əmlak mövcud bazar qiyməti ilə qiymətləndirilməlidir. Çünki hüquqi nəticəyə səbəb olan qərar yalnız sonuncudur. Buna görə də, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(010)-230/2002 saylı qətnaməsi ilə müəyyən edilmiş kompensasiyanın ödənilib, ödənilməməsinin mülkiyyət hüququnun xitamına üçün əsas ola bilməz və əmlaka görə kompensasiya yenidən hesablanmalıdır. Apelyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Rəviyə Mövsüm qızı, Bədəlova Əlilə Möhsüm qızı və Cavabdeh3 hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(010)- 230/2002 saylı qətnaməsinə əsasən, Sona Mövsüm qızı və Səriyyə Mövsüm qızı öz paylarının bacısı Sürəyanin xeyrinə imtina etdikləri üçün İddiaçı miras evə 3/6 payının müəyyən edilməsi, Qurbanova Sürayyə Mövsüm qızının, Həlilə Mövsüm qızına 3.672.128 manat, Rəbiyyə Mövsüm qızına 3.572.128 manat, Fəridə Mövsüm qızına 38.721.128 manat kompensasiya verməsi, Qurbanova Sürayya Mövsüm qızına həmin kompensasiyanın ödənilməsi üçün səkkiz il möhlət verilməsi qət edilmişdir. Həmin qətnamə mübahisələndirmiş və yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 8(010)-1128/2013 saylı qərardadı ilə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2- 230/2002 saylı icra vərəqəsinə əsasən borclu Sona Mövsüm qızı və Səriyyə Mövsüm qızı öz paylarının bacısı Sürəyyanın xeyrinə imtina etdikləri üçün İddiaçı miras evə 3/6 payı müəyyən edilmiş, İddiaçı, Həlilə Mövsüm qızı ******* manat, Rəbiyyə Mövsüm qızının ******* manat, Fəridə Mövsüm qızına ******* manat kompensasiya verilmişdir, ona görə də Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 2-230/2002 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-230/2002 saylı qərardadı ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2- 230/2002 nömrəli mülki iş üzrə xx xxxxx 2002-ci il tarixli qətnaməsinin nəticəvi hissəsinə düzəliş edilərək, Fəridə Mövsüm qızına verilməli olan kompensasiya məbləğinin 38.721.128 manat deyil, 3.872.128 (üç milyon səkkiz yüz yetmiş iki min yüz iyirmi səkkiz) manat kimi oxunması qərara alınmışdır. Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 3058 saylı qərardadı ilə İddiaçı Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2- 230 saylı qətnaməsində yaranmış yanlışlığın aradan qaldırılması barədə ərizəsi təmin edilmiş Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-230 saylı qətnaməsində “Fəridə” və “Fərimə” kimi yazılmış ifadələrin “Fəriyə" kimi, "Rəbiyyə”, "Rəbiyə”, "Rebiyyə” "Kəbiyyə və “Rədiyyə” kimi yazılmış ifadələrin “Rəviyə" kimi, “Sürəyya”, “Sürəya”, “Sürəyyə”, “Sürayə” və ‘Sürayyə" kimi yazıblmış ifadələrin “Sürəyya" kimi, ’’Həliliə" kimi yazılmış ifadənin “Həlilə” kimi oxunması qərara alınmışdır. Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, ünvan 1 ünvanının 1/6 hissəsi Bədəlova Alila Mövsüm qızının adına, 1/6 hissəsi Əliyeva Fariyə Mövsüm qızının adına, 1/6 hissəsi Raviyə Mövsüm qızının adına, 3/6 hissə Qurbanova Sürayyə Mövsüm qızının adına qeydiyyata alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(010)-1128/2016 saylı qərardadından müəyyən olunur ki, Bədəlova Əlilə Mövsüm qızının şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 8(010)- 1128/2013 saylı qərardadı ləğv edilmiş, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-230/2002 saylı icra vərəqəsinin icraata xitam verilməsinə dair təqdimat təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(010)-230/2002 saylı icra sənədinə əsasən borclu İddiaçı Əliyeva Əlilə Mövsüm qızına 3.672.128 manat (indiki 734,42 manat), Əliyeva Rəviyə Mövsüm qızına 3.572.128 manat (indiki 714,42 manat) və Cavabdeh3 3.872.128 manat (indiki 774,42 manat) pul kompensasiyasını İcra və probasiya şöbəsinin müvafiq depozit hesabına ödəmiş, sonradan tələbkar tərəfin təqdim etdiyi bank hesabına müvafiq ödəniş sifarişlə köçürülmüşdür. Yuxarıda göstərilənlərə əsasən, iş üzrə tələbkar tərəf ərizə ilə İcra və Probasiya şöbəsinə müaciyyət edərək icra sənədini Məhkəməyə geri qaytarılması xahiş etmiş və “İcra haqqında” Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi xx.xx.2019cu il tarixində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1 və 1303-cü maddələrinin tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən, miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır. Mülki Məcəllənin 1304-cü maddəsinə əsasən, üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, miras açılanandək azı 1 il miras qoyanla birlikdə yaşadığına görə İddiaçı miras əmlak olan Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 8 saylı döngədə yerləşən 8 saylı fərdi yaşayış evini almaqda üstünlük hüququ, bunun qarşılığında digər vərəsələr Rəviyə Mövsüm qızına, Bədəlova Əlilə Möhsüm qızına və Cavabdeh3 onların paylarına uyğun pul konpensasiyası vermək öhdəliyi yaranmışdır. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və qanunvericiliyin tələbinə əsasən mübahisələndirilmir, habelə yenidən sübut edilmir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2(010)-230/2002 saylı icra sənədinə əsasən, borclu İddiaçı Əliyeva Əlilə Mövsüm qızına 3.672.128 manat (indiki 734,42 manat), Əliyeva Rəviyə Mövsüm qızına 3.572.128 manat (indiki 714,42 manat) və Cavabdeh3 3.872.128 manat (indiki 774,42 manat) pul kompensasiyasını İcra və probasiya şöbəsinin müvafiq depozit hesabına ödəmişdir. Həmin məbləğlər şifarişlə tələbkarların hesabına köçürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən, ümumi paylı mülkiyyətinin payçılarına kompensasiyası verildiyindən öz paylarına mülkiyyət hüququnu itirmişlər. Beləliklə, qanunvericiliyə uyğun olaraq öhdəliyin icrası ilə xitam üçün əsas yaranmışdır. Qeyd edilənlərə əsasən, cavabdehlərin qeyd edilən fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarına xitam verilməsi barədə əsas tələbin, həmin yaşayış evinə dair verilmiş çıxarışın ləğv edilməsi və həmin yaşayış evinin tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınması barədə törəmə tələblərin təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bununla yanaşı, Kollegiya qeyd edir ki, tərəflərə düşən paylar qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə dəyərləndirilmiş, tənasübsüz zərər vurulmadan miras əmlakın paylara uyğun bölünməsi mümkün olmadığından üstünlük hüququ tanınan Sürəyya Mövsüm qızının xeyrinə digər payçılar öz hüquqlarından kompensasiya verilməsi qarşılığında imtina etmişdir. İcra icraatı çərçivəsində İddiaçı tələbkarların xeyrinə kompensasiya məbləğini İcra və probasiya şöbəsinin müvafiq depozit hesabına ödəmiş, sonradan tələbkar tərəfin təqdim etdiyi bank hesabına müvafiq ödəniş sifarişlə köçürülmüşdür. Rəviyə Mövsüm qızı, Bədəlova Əlilə Möhsüm qızı və Cavabdeh3 vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsələr də, bu tələbi təsidqləyən hər hansı sübutu məhkəməyə təqdim etmədiklərindən qarşılıqlı iddianın təmin olunmaması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, hazırkı iş üzrə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Rəviyə Mövsüm qızı, Bədəlova Əlilə Möhsüm qızı və Cavabdeh3 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1310/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6734/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6734/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver