Məhkəmə qərarları › İş №2(103)-6734/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6734/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6734/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti dövlət rüsumu əlavə edilmədiyindən, imzalanmadığından, eyni zamanda elektron qaydada verilmədiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 vəkili X1 tərəfindən elektron kabinet vasitəsilə verilmiş və elektron qaydada imzalanmış apellyasiya şikayəti birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2840/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti ona geri qaytarılmışdır. Bundan sonra Cavabdeh1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4935/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və mülki iş baxışdan çıxarılaraq digər cavabdehlərin (Cavabdeh2 və Cavabdeh3) apellyasiya şikayətinə münasibət bildirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Qərardadda qeyd olunur ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi müəyyən olunur ki, birinci instansiya məhkəməsi yalnız Cavabdeh1 şikayət vermə müddətinin bərpasına dair ərizəni təmin etmiş, digər cavabdehlərə münasibətdə isə yuxarıda qeyd edilənlərə əsasən hər hansı prosessual hərəkət etməmiş və onların apellyasiya şikayəti açıq qalmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, mülki iş materiallarından görünür ki, elektron qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilən apellyasiya şikayətini nümayəndə və vəkil kimi Rasim Bəgülov yalnız Cavabdeh1 adından imzalamışdır, həmçinin, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adından şikayəti imzalamaq və digər bu kimi hüquqlarının olmasına dair şikayətə etibarnamə əlavə edilməmişdir. (Şikayətə sadəcə Cavabdeh1 hüquqlarının təmsil edilməsinə dair etibarnamə və hüquqlarının müdafiəsinə dair vəkil orderi əlavə edilmişdir.) Halbuki, “Elektron məhkəmə” informasiya sistemində olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, “PDF formatlı” apellyasiya şikayətini Cavabdeh1 başqa, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da imzalamışlar, həmçinin apellyasiya şikayətinin məzmunundan da məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsini digər cavabdehlərin mübahisələndirdiyi açıq aydın bəlli olur. Bununla da müəyyən edilir ki, nümayəndə və vəkil R.Bəgülovun digər cavabdehlərin adından apellyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 17 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Bundan sonra, hazırki mülki iş Cavabdeh1 apellyasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4935/2022 saylı, 13 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2022ci il tarixli qərardadı ləğv edilib Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək mülki iş baxışdan çıxarılaraq digər cavabdehlərin (Cavabdeh2 və Cavabdeh3) apellyasiya şikayətinə münasibət bildirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Düzdü, birinci instansiya məhkəməsi də 2(005)-4566/2021 saylı, 17 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılması barədə qərardad qəbul etmiş, lakin eyni, yəni hər üç cavabdeh tərəfindən birgə verilmiş apellyasiya şikayətini baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ancaq Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti Cavabdeh1 şikayəti ilə birgə olduğundan, deməli sonuncu tərəfindən də verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verilmişdir. Başqa sözlə hər üç cavabdeh tərəfindən verilmiş birgə apellyasiya şikayəti iki cavabdehə münasibətdə geri qaytarılırsa, onda digər cavabdehə münasibətdə də geri qaytarılmış olur. Lakin birinci instansiya məhkəməsi 2(005)-4566/2021 saylı, 17 avqust 2022-ci il tarixli qərardadında bu məsələlərə ümumiyyətlə münasibət bildirməmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 74, 361, 363, 366, 400, 402- 407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4566/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti(Cavabdeh2 və Cavabdeh3 ilə birgə verdiyi) üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar