Məhkəmə qərarları › İş №2(103)-6735/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6735/2023

03.11.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6735/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə edilmiş mənzilin yarısına mülkiyyət hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidyyətinə görə, iddia ərizəsinə Sabunçu RM-də baxılmalı deyil, çünki cavabdeh Şəki rayonunda qeydiyyatdadır. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, müstəsna aidiyyət qaydasına görə iddia ərizəsinə Sabunçu RM-də baxılmalıdır, çünki iddia ərizəsində daşınmaz əşyaya (evə) mülkiyyət hüququnun tanınması tələb olnub, ev isə Sabunçu rayonunda yerləşdir. Şikayət təmin oluna bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına görə, ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Mülki- Prosessual Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışıdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Hazırkı iddia ərizəsində tələb olunub ki, nikah müddətində əldə edilmiş mənzildə iddiaçının payı ½ hissə müəyyən edilsin. Bu ərizə mahiyyətcə ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiadır. Ona görə də iddia ərizəsinə baxmaq səlahiyyəti Mülki- Prosessual Məcəllənin 35.1-ci maddəsinin göstərişinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə aiddir. Cavabdeh isə Şəki rayonunda qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar