Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6738/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxx” QSC-nin nümayəndəsi İsmayılova Gülnar Əlvan qızının iştirakı ilə, İddiaçı “xxxxxxxxxx” QSC-nin cavabdehlər Qurbanov Nazim Aydın oğlu və Nəsirov Firdovsi Əbdülqasım oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-725/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” QSC cavabdehlər Qurbanov Nazim Aydın oğlu və Nəsirov Firdovsi Əbdülqasım oğluna qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlər Qurbanov Nazim Aydın oğlundan, Nəsirov Firdovsi Əbdülqasim oğlundan müştərək qaydada iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1421.11 manat məbləğində kredit borcu, 666.48 manat məbləğində faiz borcu və 210.44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2298 manat 03 qəpik məbləğində borcun; 004R********** saylı kredit razılaşması üzrə 1958.69 ABŞ Dolları məbləğində kredit borcu, 402.12 ABŞ Dolları məbləğində faiz borcu və 290.04 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2650 ABŞ Dolları 85 sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını etmişdir. İddiaçı “xxxxxxxxxxx” QSC iddiasını onunla əsaslandırmışdır ki, Qurbanov Nazim Aydın oğluna “xxxxxxxxxx” QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 04L000003010 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 150000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə N.Qurbanov «xxxxxxxxxx» QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 004R**********S saylı, xx.xx.2017-ci il tarixli 004R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. N.Qurbanov kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. N.Qurbanov götürdüyü kredit borcundan 3578.89 manatödəmiş, onun 1421.11 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən N.Qurbanov kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 451 gün üçün hesablanmış faiz borcu 666.48 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 451 gün üçün hesablanmış cərimə 210.44 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə N.Qurbanov “xxxxxxxxxx” QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 004R**********S saylı, xx.xx.2017-ci il tarixli 004R**********SA saylı, xx.xx.2017-ci il tarixli 004R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. N.Qurbanov kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. N.Qurbanov götürdüyü kredit borcundan 3041.31 ABŞ Dolları ödəmiş, onun 1958.69 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən N.Qurbanov kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019- cu il tarixə 451 gün üçün hesablanmış faiz borcu 402.12 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 451 gün üçün hesablanmış cərimə 290.04 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə N.Qurbanovun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Nəsirov Firdovsi Əbdülqasim oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh N.Qurbanov ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-725/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Qurbanov Nazim Aydın oğlundan iddiaçı “xxxxxxxxxx” QSC-nin xeyrinə 004R********** saylı kredit sazişi üzrə 1421.11 manat məbləğində kredit borcu, 219.41 manat məbləğində faiz borcu və 21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1661,52 manat pulun tutulması, cavabdeh Qurbanov Nazim Aydın oğlundan iddiaçı “xxxxxxxxxx” QSC-nin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1958.69 ABŞ Dolları məbləğində kredit borcu, 402.12 ABŞ Dolları məbləğində faiz borcu və 29 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2389.81 ABŞ Dolları məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pulun tutulması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh Qurbanov Nazim Aydın oğlundan iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı “xxxxxxxxxx” QSC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddia tələbinin Firdovsi Nəsirova aid hissədə təmin edilməyən, həmçinin cərimə borcunun təmin edilməyən hissələrində ləğv olunmasını və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarının onlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, hazırki işdə birinci instansiya məhkəməsi həmin qərarlara istinad edərək zaminə münasibətdə iddia tələbini təmin etməməkdə səhvə yol vermişdir. Həmçinin birinci instansiya məhkəməsi əsassız olaraq cavabdehlərdən tələb olunan cərimə borcunu azaldmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi bankın şikayətini müdafiə edərək onun təmin olunmasını istəmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazmi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin olunmadığı hissədə və iddiaçıya münasibətdə yoxlanılması təşkil edir. Çünki iddiaçı təşkilat qətnaməni ancaq iddia tələbinin təmin olunmadığı hissədə mübahisələndirmiş, cavabdehlər isə şikayət verməmişlər. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxx” QSC ilə Qurbanov Nazim Aydın oğlu arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə kredit razılaşmasına əsasən bank borcalana 120 ay müddətinə 150.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin müqaviləyə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 004R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 manat məbləğində kredit vermişdir. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2015-cu il tarixli, 004R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 ABŞ Dolları məbləğində kredit vermişdir. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 004R**********S saylı sazişə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, bank ilə Kredit Alan arasında xx xxxxxx 2010-cu il tarixli 04L000003010 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış 004R********** Kredit Razılaşması əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq xx xxxxxxxx 2017-ci il tarixədək banka ödəməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 004R**********SA saylı sazişə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, bank ilə Kredit Alan arasında xx xxxxxx 2010-cu il tarixli 04L000003010 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış 004R********** Kredit Razılaşması əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq xx xxxx 2018-ci il tarixədək banka ödəməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında iddiaçı cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 004R**********SB saylı sazişə əsasən, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmiş, bank ilə Kredit Alan arasında xx xxxxxx 2010-cu il tarixli 04L000003010 saylı Kredit Xətti Müqaviləsi üzrə xx xxxxxxxx 2015-ci il tarixdə bağlanmış 004R********** Kredit Razılaşması əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx xxxxxx 2017-ci il tarixli Ödəniş Planına uyğun olaraq banka ödəməlidir. İş materiallartında olan xx.xx.2020-ci il tarixli 0173 saylı maliyyə arayışından görünür ki, Qurbanov Nazim Aydın oğlunun xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə «xxxxxxxxxx» QSC-yə xx.xx.2018-ci il tarixə 1421.11 manat məbləğində əsas kredit borcu, 219.41 manat məbləğində faiz borcu və 376.71 manat məbləğində cərimə borcu, ümumilikdə 2017.23 manat məbləğində borcu vardır. İş materiallartında olan xx.xx.2020-ci il tarixli 0174 saylı maliyyə arayışından görünür ki, Qurbanov Nazim Aydın oğlunun xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə «xxxxxxxxxx» QSC-yə xx.xx.2018-ci il tarixə 1958.69 ABŞ dolları məbləğində əsas kredit borcu, 946.2 ABŞ dolları məbləğində faiz borcu və 519.2 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 3424.09 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 04S000004660 saylı zaminlik müqaviləsindən görünür ki, Nəsirov Firdovsi Əbdülqasım oğlu Qurbanov Nazim Aydın oğlunun xx.xx.2010-cu iltarixli kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli 004R********** və 004R********** saylı kredit razılaşmaları üzrə «xxxxxxxxxx» QSC qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı üçün «xxxxxxxxxx» QSC ilə müqavilə bağlamış və bank qarşısında zamin durmuşdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, Firdovsi Nəsirov zamin qismində öhdəliyin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacağı barədə müqavilə bağladığından, əsas, faiz və cərimə borcunun əsas borclu ilə yanaşı ondan da müştərək qaydada tutulması ilə bağlı iddianı təmin etməməkkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, Mülki Məcəllənin 500.1-ci maddəsinin tələblərinə görə, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Həmin Məcəllənin 472-ci maddəsinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə Mülki Məcəllənin 477.0.1-ci maddəsini tətbiq etməklə səhvə yol vermiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin .əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” xx xxxxxxx 2019-cu il tarixli qərardadını nəzərə almamışdır. Belə ki, yuxarıda istinad olunan qərardada əsasən “Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1- ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarına əlavə edilən kredit müqavilələrindən göründüyü kimi iddiaçı bankla cavabdehlər arasında hüquq münasibətləri xx.xx.2018-ci il tarixindən əvvəl yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh Qurbanov Nazim Aydın oğlu arasında kredit xətti müqaviləsi və həmin kredit xətti müqavilə üzrə bağlanmış kredit razılaşmaları müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2015-ci il tarixlərində imzalanmışdır. Digər cavabdeh, yəni Nəsirov Firdovsi Əbdülqasim oğlu ilə iddiaçı arasında zaminlik müqaviləsi 2010-cu ildə bağlanmışdır.Bununla yanaşı, istinad olunan müqavilələr üzrə iddiaçı iddia tələbi ilə xx.xx.2019-cu il tarixində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, hazırkı iş Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olmamış, həmçinin iddiaçı ilə cavabdeh arasında münasibətlər Plenumun müvafiq Qərarların qüvvəyə minməsindən əvvəl yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbləri zamin qismində Nəsirov Firdovsi Əbdülqasım oğluna münasibətdə də təmin edilməlidir. Bununla belə kollegiya apellyasiya şikayətinin əsassız olaraq cərimə borcunun azaldılması barədə dalillərini əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclularının kredit müqavilələri üzrə müvafiq olaraq 1421,11 manat və 1958,68 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borclarına münasibətdə iddiaçı bank müvafiq olaraq 210,44 manat və 290,04 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğlərin əsas borclara mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-725/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qurbanov Nazim Aydın oğlu və Nəsirov Firdovsi Əbdülqasım oğlundan müştərək qaydada iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit sazişi üzrə 1421.11 manat məbləğində kredit borcu, 219.41 manat məbləğində faiz borcu və 21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1661 (min altı yüz altmış bir) manat 52 (əlli iki) qəpik pul tutulsun. Cavabdeh Qurbanov Nazim Aydın oğlu və Nəsirov Firdovsi Əbdülqasım oğlundan müştərək qaydada iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1958.69 ABŞ Dolları məbləğində kredit borcu, 402.12 ABŞ Dolları məbləğində faiz borcu və 29 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 2389 (iki min üç yüz səksən doqquz) ABŞ dolları 81 (səksən bir) ABŞ senti məbləğində (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pul tutulsun. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Qurbanov Nazim Aydın oğlu və Nəsirov Firdovsi Əbdülqasım oğlundan müştərək qaydada iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı “xxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6738/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6738/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver