Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-674/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-435/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxx” BOKT X3 cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 qarşı kredit üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2 birgə qaydada iddiaçının xeyrinə 15756,81 ABŞ dolları əsas borc, 8631,57 ABŞ dolları faiz borcu və 4657 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 29045,38 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092- 11643 saylı kredit xətti müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092- 11643/1 və xx xxxxxx 2015-cil tarixli BAKU0-2092-11643/2 saylı razılaşmalara əsasən, ikinciyə illik 20 faiz hesablanmaqla 36 ay ərzində qaytarılması şərtilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Zamin1 və Zamin2 borclu Cavabdeh ilə birgə məsuliyyətini nəzərdə tutan xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092-11643+BAKU2-22118 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh 15756,81 ABŞ dolları əsas borc, 8631,57 ABŞ dolları faiz borcu və 4657 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 29045,38 ABŞ dolları borcu yaranmış və ödənilməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarxidə 250 ABŞ dolları ödəmişdir. Məhkəmədən iddiaçı təşkilatın iddia tələbinin təmin edilməsini xahiş edir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-435/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 birgə qaydada 15756,81 ABŞ dolları məbləğində əsas borcu, 6625,68 ABŞ dolları məbləğində faiz borcu və 100 (yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 22482,49 ABŞ dolları məbləğində borc pul vəsaitinin (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə onun iştirakı olmadan baxılmış,işin halları tam araşdırılmamışdır. O, qətnamə ilə razı deyil. Belə ki, “xxxxxxxxxx” BOKT MMC-dən illik 20 % olmaqla, 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür və hər ay vaxtından ödənişlər etmişdir. Lakin bank iddiasında ödədiklərini nəzərə almamış və ondan 29045.38 ABŞ dolları kreditə görə ödənilməmiş pul tələb edir. Ona görə də hesab edir ki, qətnamə qismən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etməklə yanaşı izahatında bildirdi ki, mövcud borc məbləği ilə razı olsa da hesab edir ki, bank ona kredit müddətinin uzadılması üçün güzəştlər etməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümyəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının sonuncu iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlilini qeyd olunan kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-435/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092-11643 saylı kredit müqaviləsinə, ödəniş cədvəlinə, kredit müqaviləsinin tərkib hissəsi olan xx xxxxxx 2015- ci il tarixli BAKU0-2092-11643/1 saylı və xx xxxxxx 2015-cil tarixli BAKU0-2092-11643/2 saylı razılaşmalara əsasən, həmin cavabdehə illik 20 faiz hesablanmaqla 36 ay ərzində qaytarılması şərtilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli BAKU0-2092-11643+BAKU2-22118 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092- 11643 saylı krediti müqaviləsinin təminatı olaraq “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC ilə Zamin1, Zamin2 arasında zaminlik müqaviləsi bağlanmış və zaminlər əsas borclu ilə birgə bank qarşısında öhdəlik daşıyıcısı olmuşlar. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, BAKU0-2092-11643 AgrNo:BAKU0-2092- 11643 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092-11643 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixinə kredit öhdəliyi üzrə 16906,81 ABŞ dolları məbləğində əsas borc, 8731,57 ABŞ dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 6328 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixə “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı X1 əsas kredit borcu 17990,43 ABŞ dolları, faiz borcu 6625,68 ABŞ dolları, cəmi borcu 24616,11 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsa---sən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, mə-sə--lən, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hə-rə-kətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquq-larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adət-lərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 -ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin apellyarota münasibətdə qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla apellyatora aid hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində iştirakının təmin edilmədiyini göstərsə də iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən onun ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə şikayətçiyə aid hissədə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-435/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-435/2019 saylı xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-674/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-674/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver