Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6744/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı iş üzrə; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə; (Açar sözlər: alimentin artırılması və azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 və cavabdeh (qarşılıqli iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqli iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017-cı il tarixli, 2(008)-8635/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X6 ilə Cavabdeh arasında Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il bağlanmış və 1552 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Ağazadə Dəniz qızının və xx.xx.2014-cü il təvəllüdlü X8 boşanmadan sonra anası X3 yanında qalması, Ağayev İltifat oğlundan 27 iyul 2017-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılaması üçün hər ay hər uşağa görə 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin alınaraq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh ikinci dəfə xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşdur, yeni nikahdan bir övladı vardır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 2(008)-8635/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi, ödənilmiş mediasiya xərcinin 25 manatının cabdehdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaqlar böyüdükcə artan xərclərinə kifayət etmir.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi müraciət edərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli, 2(008)-8635/17 saylı saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək hər uşağa görə ondan 90 manat məbləğində, cəmi 180 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, aliment təyin edildikdən sonra Cavabdeh maddi vəziyyətində heç bir artım olmamışdır, əksinə o, 1-ci qrup əlil olmuş, bütün təqaüdü alimentə tutulur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4740/23 saylı iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) ilk iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)- 8635/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, xx.xx.2013cü il tarixdə doğulmuş X4 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulararq İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşlılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması”na dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hazırkı halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və ağlabatan hesab etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.2, 112-ci maddəsi, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddia üzrə cavabdehin ailə vəziyyətində dəyişiklik olmasını, yəni onun himayəsində başqa uşağın olmasını, ona əlillik dərəcəsinin müəyyən edilməsini, əmək qabiliyyətini itirdiyinə görə onun maddi vəziyyətində də dəyişiklik olmasını nəzərə almamışdır. İlkin iddia üzrə Cavabdeh hal-hazırda heç yerdə işləmir, ancaq 270 manat məbləğində pensiya alır, heç bir əmlakı yoxdur. Bir əlil kimi onun kənar köməyə ehtiyacı vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
13. İddiaçının nümayəndəsi S.Xudaquliyev məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar;
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən mübahisələndirildiyindən və qarşılıqlı iddia rədd edilldiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şəratini və diqqətəlayiq olan digər halları nəzərə alaraq azyaşlı uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını hər uşaq üçün 200 manat müəyyən etmişdir.
22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, həmin dəlillər alimentin artırılmasını istisna etmir.
23. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş məbləğ uşağın yaşaması üçün minimum təlabatları ehtiva etməklə, onun ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün digər xərclərin tələb olunmasını istisna etmir. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə uşaqların saxlanması üçün tutulan alimentin artırılmış miqdarı uşaqlar üçün yaşayış minimumundan da aşağı həddədir.
24. Həmiçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxarkən məhkəmələr iş üzrə bütün halları nəzərə alaraq ilk növbədə uşağın mənafeyini qorumalıdır.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh (qarşılıqli iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.