Məhkəmə qərarları › İş №2(103)-6752/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6752/2021

22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6752/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-837/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4064.4 manat məbləğində əsas borcun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4094.4 manat borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli 2(072)-430/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsin göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 25.08.2017-ci il tarixli, 03/23213 saylı "Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Azəriqaz” İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00524 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “X5nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır.İddiaçı İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri- qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən aktlar tərtib edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il, tarixli 2(003)-837/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-837/2021 saylı iş üzrə 13.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, brinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. İddiaçı ilə abonent X4 arasında 25.08.2017-ci il tarixində 03/23213 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X8 Departamenti tərəfindən **********00524 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 İtron markalı 1602AZ**********60 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və "X5”nın tələblərinə əməl etmək), “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan qanunazidd və təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 28.03.2018-ci il tarixli ******* saylı akt əsasında 989,40 manat; 2. 29.06.2018-ci il tarixli ******* saylı akt əsasında 266,40 manat; 3. 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 4. 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat; 5. 19.09.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; 6. 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat; 7. 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 8. 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat; 9. 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; 10. 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 11. 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 12. 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 13. 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 14. 28.06.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 15. 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 16. 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 17. 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 18. 30.10.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 19. 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 20. 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 21. 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 22. 28.02.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 23. 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 24. 02.04.2020-ci il tarixli ******* saylı akt əsasında 19,70 manat olmaqla, cəmi 4.052,90 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Qeyd olunan ilk 5 akt üzrə toplanmış məbləğ smart qaz sayğaclı abonentin qaz kartına borc qimində köçürülmüş olduqdan sonra, cavabdeh tərəfindən ümumilikdə 13 manat məbləğində ödəniş edilmiş və həmin ödənişin 8,50 manat hissəsi borca tutularaq ümumi borcdan silinmişdir. Cavabdehin borc məbləğlərindən əlavə olaraq 2020-ci ilin aprel, may və iyun ayları üçün istifadə edilmiş qaz sərfiyyatına görə ödənilməmiş 14,90; 4,70 və 3,70 manat məbləğində debitor borcları yaranmışdır. 05/2020ci il tarixində cavabdehin ümumi borcundan 3,30 manat məbləğində borc silinmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə debitor borclarla birlikdə ümumi olaraq 4.064,40 manat təşkil etməkdədir. Bildirirlər ki, iş üzrə əhəmiyyətli hallan özündə əks etdirən dəymiş ziyan aktları, fotoşəkillər, abonent saldosu məhkəməyə təqdim olunmasına baxmayaraq bunlar sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını rədd etmişdir. Qeyd olunan fotoşəkillərə baxdıqda aydın görünürki dəfələrlə qazdan qeyr-qanuni istifadə olunmuşdur. Heç bir ekspertiza və yerli baxış keçirilmədən cavabdehin şifahi sözləri əsasənda qansuz xəttdən istifadə nəticəsində yaranmış borc sillinmişdir. Qeyd edirlər ki, məhkəmə qanunsuz qoşulma ilə yanaşı sayğac üzrə olan borcuda silmişdir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X8 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 25.08.2017-ci il tarixli, 03/23213 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarından görünür ki, verilən qaz xətti üzrə **********00524 sayla qeydiyyata alınmış abonent koduna 4064.4 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, 28.03.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 989.4 manat, 29.06.2018-ci il tarixli akt üzrə 266.4 manat, 26.07.2018-ci il tarixli akt üzrə 133.2 manat, 28.08.2018-ci il tarixli akt üzrə 133.2 manat, 19.09.2018-ci il tarixli akt üzrə 115.2 manat, 31.10.2018-ci il tarixli akt üzrə 66,6 manat, 30.11.2018-ci il tarixli akt üzrə 142.2 manat, 31.01.2019-cu il tarixli akt üzrə 100.8 manat, 28.02.2019-cu il tarixli akt üzrə 142.2 manat, 29.03.2019-cu il tarixli akt üzrə 142.2 manat, 30.04.2019-cu il tarixli akt üzrə 142.2 manat, 30.05.2019-cu il tarixli akt üzrə 32.4 manat, 28.06.2019-cu il tarixli akt üzrə 32.4 manat, 31.07.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.08.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.09.2019-cu il tarixli akt üzrə 32.4 manat, 30.10.2019-cu il tarixli akt üzrə 32.4 manat, 29.11.2019-cu il tarixli akt üzrə 142.2 manat, 30.12.2019-cu il tarixli akt üzrə 295.2 manat, 30.01.2020-ci il tarixli akt üzrə 295.2 manat, 28.02.2020-ci il tarixli akt üzrə 295.2 manat, 30.03.2020-ci il tarixli akt üzrə 295.2 manat, 02.04.2020-ci il tarixli akt üzrə 19.7 hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində istehlakçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən cavabdehin abunə koduna hesablanmış borcun ödənilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(003)-837/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar